Azərbaycan Arxeologiyası 000 Azerbaijan Archeology Vol.: Num.: 3-4



Yüklə 1,02 Mb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü1,02 Mb.
#110280
1   2   3   4
Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4

illərdə erməni elmi ədəbiyyatında ciddi tənqidlərə məruz qalmışdı. Lakin bu heç də onu ruhdan salmır, əksinə bu mövzunu davam etdirərək, zəngin arxeoloji, epiqrafik materiallar və yazılı mənbələr əsasında öz mövqeyini ciddi şəkildə müdafıə edir və 1986-cı ildə rus dilində «Qanzasar alban abidəsidir» adlı kitabçasmı çapdan buraxır. Ümumiyyətlə, 1960-cı illərin sonlarından R.B.Göyüşov «Qafqaz Albaniyasında xristianlıq» mövzusu istiqamətində tədqiqatlar aparmağa başlayır və bu məqsədlə o, ilk Alban rahibinin dəfn olunduğu və ilk orta əsr Alban memarlığınm ən böyük abidələrindən Ağoğlan məbədinin yerləşdiyi Amaras şəhər yerində fasiləsiz olaraq arxeoloji qazıntı işləri aparır.

Məlum olduğu kimi, erməni alimləri Amarası Şərqi Ermənistan ərazisində yerələşən erməni şəhəri kimi qələmə almışlar, hətta R.B.Göyüşov onlardan bir qmpunun qeyri-qanuni qazmtı işləri apararaq ilk Alban rahibi Qriqorisin qəbrini dağıtdıqlarmı müəyyən etmişdir. R.B.Göyüşov 10 ilə yaxın Amarasda apardığı qazıntılar zamanı şəhərin tarixinə, onun iqtisadi və sosial həyatına dair xeyli maddi mədəniyyət qalıqlan aşkara çıxarmış, nəticə olaraq, qazmtı materialları və yazılı mənbələr əsasında 1975-ci ildə özünün «Amaras-Ağoğlan» adlı monoqrafıyasmı nəşr etdirmişdir. Bu əsərə görə də erməni müəllifləri onu tarixi saxtalaşdırmaqda günahlandırmışlar.

1976-cı ilin sentyabrmda R.B.Göyüşov SSRI EA Dağıstan filialının Q.Dadasi adına tarix, dil və ədəbiyyat institutu tərəfmdən Cənubi Dağıstan arxeoloji ekspedisiyasına dəvət olunur. Burada о, 2 ay müddətində Dərbənd, Məhərrəmkənd, Qasımkənd və Axtı rayonları ərazilərində xristian abidələri ilə tanış olur və bu barədə özünün geniş hesabatını yazır.

1976-cı ildə R.B.Göyüşov özünün «Qafqaz Albaniyasında xristianlıq» adh doktorluq işini başa çatdırmış və onu uzun müzakirələrdən sonra, erməni alimlərinin ciddi və böhtançı çıxışlarına baxmayaraq 1979-cu ildə Gürcüstan EA Tarix institutu nəzdindəki Ixtisaslaşdırılmış Elmi Şurada müvəffəqiyyətlə müdafıə etmişdir. R.B.Göyüşov öz dissertasiya işini bir qədər də təkmilləşdirərək, 1985-ci ildə onu mo-naqrafıya kimi rus dilində (azərbaycan və ingilis dillərində xülasə ilə) nəşr etdirmişdir.

1970-1980-cı illərdə Azərbaycan bir növ nəhəng tikintilər meydanma çevrilmişdi. Ona görə də hələ 1970-ci ilin ikinci yansından başlayaraq R.B.Göyüşov institutda «Yeni tikinti sahələrinin arxeoloji tədqiqi» üzrə xüsusi şöbənin yaradılması ideyasıni irəli sürür və 1980-ci ildə məqsədinə nail olur, Azərbaycan EA Rəyasət heyətinin qərarı ilə həmin şöbə yaradılır və R.B.Göyüşov onun rəhbəri seçilir. Bu sahədə R.B.Göyüşov qızğın işlər aparır: Naxçıvanda Araz su qovşağı tikintisi zonasınm, Xudafərin və Qızqalası su qovşaqlarının, Yenikənd və Şamxor SES-nin, Mozdok - Qazıməmməd qaz kəməri çəkilişi zonası və digər böyük tikinti zonalarınm arxeoloji abidələri məhz onun rəhbərliyi ilə öyrənilmişdir.

Azərbaycanda arxeologiya elminin sürətli inkişafı və ali məktəblərdə həmin sahənin tədris edilməsində böyük ehtiyacı nəzərə alaraq 1986-cı ildə R.B.Göyüşov özünün «Azərbaycan arxeologiyası» adh dərs vəsaiti kimi nəzərdə tutulmuş ümumiləşdirici əsərini nəşr etdirir. Əsər elmi ictimaiyyət tərəfındən yüksək qiymətləndirilmişdir.

R.B.Göyüşov 1964-cü ildən başlayaraq respublikamızda (Bakı, Dəvəçi, Yevlax, Göyçay, Biləsuvar, Şəki, Qazax, Ismayıllı) və keçmiş Ittifaqm şəhərlərində (Moskva, Leninqrad, Səmərqənd, Alma-ata, Tbilisi, Yerevan, Novosibirisk və s.) çağırılan sessiya, konfrans və simpoziumlarda müntəzəm olaraq çıxışlar etmiş, apardığı tədqiqatların




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin