Arxeologiya bir çox elmlər kimi tək yaşaya və inkişaf edə bilməz. O, bu və ya disər ölçüdə oir sıra elmləıiə six bağlıdır. Onun əsaslandığı elmi sahələrdən biri də yazılı abidəoəri öyrənən paleoqrafıyadır. Arxeoloji qazıntı və ya digər yolla əldə edilən yazı nümunələrini, onların xüsusiyyətinı, yazılış üslubunu və dövrünü, eləcə də müəllifini müəyyən etməklə paleqqrafiya arxeologiya, ümumilikdə isə tarix elminə misilsiz xidmət göstərə bilir. Istedadlı şərqşünas-alim Tahirə xanım Nurəliyevanın jurnalımız üçün yazdıgj məqalə polioqrafıya ilə bağjı maraqlı tədqiqatın nəticəsi olmaqla bu elmi sahənin dəyəri haqqında aydın təsəwür yaradır.