Azərbaycan Arxeologiyası



Yüklə 247.02 Kb.
tarix21.10.2017
ölçüsü247.02 Kb.

63

Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4

TƏPƏBƏŞI NEKROPOLU XəqaniAlməmmədov

(Azərbaycan МЕЛ Arxeologiya və Etnoqrafıya Institute)
Təpəbaşı nekropolu Şəki bölgəsinin Fazıl kəndinin cənub hissəsində yerləşir. 1984-cü ildə burada təsərmfat-tikinti işləri görülərkən burada ilk qəbir açılmışdır. AMEA-nın Arxeologiya və Etnoqrafiya Institutunun «Eneolit və tunc dövrü» şöbəsinin böyük elmi işçisi N.M.Muxtarovun ilkin tədqiqatları nəticəsində məlum olmuşdur ki, həmin ərazi Təpəbaşı yaşayış yerinə məxsus ııekropoldur. Təpəbaşı nekropolu eyni adlı yaşayış yerində 100-120 m qərbdə, təpədə yerləşir. Bu təpə şimal və şimal-qərbdən sərt yüksəlir, kəndin bu his-səsindən Əyriçayın sol sahilinədək 700-800 m-ə qədər uzanır. Təpəbaşı nal formasında şimal-şərqdən, cənub-qərbə tərəf uzanan, cənub-qərbdən Əyriçay-la tamamlanan, şərq və şimal-şərq, cənub tərəfdə düzənliklə (Böyük düz) da-vam edən yüksəklikdir. Şərq və cənub-şərqdən çökəklik, bataqlıq və Əyriçay-la sərhədlənir.

Təpəbaşı yaşayış yeri isə nekropoldan qərbdə əvvəllər əkin yeri, kolxoz ferması və otlaq kimi istifadə edilmiş böyük ərazini əhatə edir. Bu abidənin ərazisi uzun müddət təsərrüfat məqsədilə istifadə olunduğundan, uçqunlara məruz qaldığmdan, mədəni təbəqə güclü dağıntıya məruz qalmışdır. Odur ki, yaşayış yerində külli miqdarda keramika nümunələrinə və s. maddi-mədəniy-yət qalıqlarma rast gəlinir. Yerüstü müşahidələr, materialların təhlili e.ə. I mi­nilliyin ortalarından - е. I minilliyin ortalarınadək bu ərazinin yaşayış yeri kimi istifadə olunduğunu söyləməyə imkan verir. Yaşayış yerində mədəni qatın qa-lınlığı 100 sm-dəkdir.

Yaşayış yerindən fərqli olaraq Təpəbaşı nekropolunda 1984-cü ildən bu günə qədər davam edən arxeoloji qazıntılar zamanı 20-yə qədər torpaq qəbir tədqiq olunmuş, təxminən bir о qədər də dağıntıya məruz qalan qəbirlərdə xilasetmə işləri aparılmışdır ki, onların da dərinlikləri müxtəlif olub, 45 sm-dən 160 sm-dək dəyişir. Azərbaycanda tədqiq olunmuş bu dövrə aid abidə-lərdə torpaq qəbirlərin dərinliyi Mingəçevirdə 40,8-2 m (1), Yaloylutəpədə 1,5-2,8 m (2), Xınıslıda 1,5-5 m-dir (3).

Qəbirlərin uzunluğunda əhəmiyyətli fərq olduğu halda, enində bu fərq о qədər də böyük olmayıb, 120-180 sm-dir. Təpəbaşı nekropolunun digər maraqlı cəhəti ondan ibarətdir ki, «zəngin» qəbirlər daha dərində qazılıb və bu dərinlik əsasən sabit olub, 160 sm-dir. Belə qəbirlərin ölçüləri də böyük olub, uzunluğu 200-360 sm, eni 120-180 sm arasında dəyişir. Maraqlı cəhətlərdən biri də odur ki, qəbirlər arasındakı məsafə az olub, 40-100 sm-dir. Bu boş yerlərdə mövcud vəziyyətdə yer səthindən 30-40 sm dərinlikdə ayrı-ayrılıqda


Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archcolog Azərb Vol.: 8 Num.: 1- 2006

basdırılmış küplərə (qara və qırmızı rəngdə) təsadüf olunur. Güman etmfl olar ki, bunlar о dövrdə atılıb qalan qablar olmayıb, antik dövr qəbiristaB lığının müəyyən bir qaydası ilə bağlı olmuşdur. Tədqiq olunmuş 1 saylı qəfl nekropolun cənub-şərqində yerləşir. Təsərrüfat işləri ilə əlaqədər olaraq qəflj rin üst torpağı aparıldığından 35 sm dərinlikdən aşkar olunmuşdu. Qəbir ikitfl bəqəli olub, üst təbəqəsi yer səthindən 35 sm dərində yerləşir. Uzunluğu lfl sm, eni 62 sm-dir. Elə təsəvvür yaranır ki, bu təbəqə tabut kimi düzəldilərəi dəfn icra olunub və 10 qabdan ibarət qəbir avadanlığınm 5 ədədi bu təbəqəyj düzülmüşdür.

Ikinci təbəqə yer səthindən 67 sm dərinlikdə olub, eni 21 sm-dir. Bu təbfl qəyə skeletin ayaqları istiqamətində bir davar, skeletin dirsək sümüyü ilə kəll sümüyü arasında iki ədəd dopu, bir ədəd ağzı ləçək formalı qab qoyulmuşduı (I şəkil, la-6a).

1 saylı qəbirdə skclct tam bükülü vəziyyətdə olub, əlləri çənəsinə tərfl üzü cənuba, başı şimal(qərbə meyl edir) istiqamətində dəfn olunub. Onu Я qeyd edək ki, şimal (qərbə meylli) istiqamətində dəfn Təpəbaşı nekropoh üçün xarakterikdir. Yalnız 3 saylı qəbirdə qərb istiqamətində dəfn qeydo aim-mışdır. Olülərin bu vəziyyətdə dəfn olunmasını S.M.Qazıyev zülmətlə əlaqə-ləndirir (4).

Şimal istiqamətində dəfn vəziyyəti Küdürlü kurqanlannda da izlənilir (5Щ Dəfn istiqamətinin müxtəlifliyini O.Ş.lsmizadə dəfn olunanların cinsi mənsu-biyyəti ilə izah edir (6). Istiqamət müxtəlifliyini günəşlə də əlaqələndirirləı (7). C.A.Xəlilov isə belə hesab edir ki, Albaniya əhalisi dəfn zamanı sadəcB olaraq buna əhəmiyyət verməmişlər (8).

Qəbir avadanlığı dulus məmulatından ibarətdir ki, bunlar da 2 ədəd qanfl rəngli tayqulp dopu, kiçik qulplu nimçə formalı qırmızı qab, qırmızı rəngli ka-sa, qırmızımtıl rəngli qıılplu cam, qırmızı rəngli cüt qulplu ağzı ləçək formaB qab, açıq sarı rəngdə qulp əvəzi iki tərəfdən şaquli deşiyi olan dopudur (I şəfl kil, la-6a).

2 saylı qəbir 1 saylı qəbrin şərq hissəsində yerləşmişdir. Qəbir düzbucaqll formasında olub, ölçüləri 132X138X280 sm-dir.Qəbrin şimal-şərq hissəsindM insan arxası üstə dizdən bükülü, əlləri sinəsində, başınm istiqaməti şimaB (qismən qərbə meylli 6°) istiqamətində üzü cənuba dəfn olunmuşdur.

Skeletin ayaq sümükləri altında başınm istiqaməti şimal-şərqə xırdabuy-nuzlu heyvan qoyulmuşdur. Qəbir avadanlığının əsasını təşkil edən dulus qabl lar ən çox şimal-qərb tərəfə, uzununa iki və ya üç sıra, yəni qəbrin qərb künl cündən şərq küncünədək 280 sm boyunda düzülmüşdür. Üst tərəfə isə 74 sml enində iki sıra qab düzülüşündən sonra 186X60 sm olan hissədə insan və heyvan dəfn olunmuşdur. Qablar müxtəlif ölçülü olub boz, qara, qırmızı və

Azərbaycan Arxcologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4

mixəyi rəngdədirlər. Mixəyi rəngli qablar istisna olmaqla qablar əsasən sala-mat qalmışdır və onların içərisində quş, balıq, qaban və qoyun sümüklərinə təsadüf olunurdu. Qablardan başqa qəbirdə 32 sm uzunluğunda dəmir nizə uc-luğu, 18 sm uzunluğunda dəmirdən əyri xəncər tiyəsi, iri küpün içərisində sü-müklərlə birgə dəmir bıçaq tiyəsi aşkar olunmuşdur. Bunlardan başqa qəbir-dən bir ədəd halqavari mis bəzək əşyası da tapılmışdır (III şəkil, 14).

Qəbirdə ocaq yeri olmasa da, bütün qəbir boyu iri və xırda kömür qırıntı-lanna təsadüf olunmuşdur. Qəbirdə qabların üstündəki və arxasmdakı torpağa kül qatıldığı hiss olunurdu. Belə güman etmək olar ki, kül buraya səpilmişdir. 3 saylı qəbir təpənin üzəri düzəldilib, əkilən sahəyə çəkilmiş su arxının tən ortasmdan aşkar olunmuşdur. Qəbir tam dağılmışdır və yer səthindən 40 sm dərinlikdə idi. Dəfn edilmiş insan bükülü vəziyyətdə başımn istiqaməti qərbə, sol böyrü üstə idi. Mövcud vəziyyətə görə güman etmək olar ki, skelet kiçik adama məxsus olub, çünki kəllə sümüyü ilə ayaq sümükləri arasında məsafə 62 sm idi. Insan skeletinin ayaq sümüklərinə bitişik qaban başı və sümükləri aşkar olunmuşdur. Ümumiyyətlə, Təpəbaşıda əksər qəbirlərdə qaban sümük-lərinə və bəzək əşyası kimi işlənən deşilmiş qaban dişinə rast gəlinir. M.Hüseynova bunu qabana sitayişin qalıqları kimi izah edir və Azərbaycan son tunc və erkən dəmir dövrü abidələrində izlənildiyini qeyd edir (9).

Qəbir avadanlığı 6 dulus qabdan ibarət olub, qırmızı, qara rəngdədir. Qablar nəfis və simmetrik hazırlanıb (I şəkil, 1-6).

4 saylı qəbir Təpəbaşının qərb hissəsində ferma binası üçün qazılmış mü-dafıə səddinin şərq hissəsində aşkar olunmuşdur. Qəbrin dərinliyi 120 sm, eni 90 sm, uzunluğu 180 sm-dir. Qəbrə insan parçalanaraq qoyulub. Qəbrin şərq tərəfındə insanm bud və baldır sümükləri, şimal-şərq və cənub-qərb istiqamə-tmdə isə çanaqdan yuxarı hissəsi dəfn olunmuşdur.

Insanm parçalanaraq dəfnetmə adəti Cənubi Qafqazın erkən tunc dövrü abidələrində də izlənilir. 2 7 saylı Küdürlü kurqanlarında da parçalanıb dəfn olunma adəti qeydə alınmışdı (10). Bədəni iki hissəyə bolünərək qəbrin müxtəlif tərəflərində dəfn olunma adətinə Xaçmaz rayonu Seyidli kəndində tədqiq olunmuş kurqanda da rast gəlinmişdir (11).

E.ə. Ill minilliyin II yarısına aid olan Seyidli kurqanın təpə hissəsinin mərkəzində iki hissəli dəfn kamerasmda bir adam iki hissəyə bölünərək bud, baldır sümükləri və çanaq hissəsi bir kamerada, digər tərəfi isə ikinci kame-rada dəfn olunmuşdur (12).

Qəbir qərb hissəyə doğru təmizlənərkən orta hissədən yan-yana qoyul-muş 3 qab: kiçik dayaz nimçə, orta ölçülü dodaq hissəsi qismən qırılmış ör-dəkburun formalı qab, qısa boğazlı, xaşal gövdəli tayqulp bardaq və ona bitişik kiçik tayqulp dolça formalı qab aşkar olunmuşdur. Bunlardan 40-45 sm şimal-


Azərbaycan Arxeologiyası Azerbaijan Archeoloşş Azorbayc
2006 66 Vol.: 8 Num.: 1-1 2006
qərbə tərəf daha bir, yanı üstə qulpu aşağı qoyulmuş qısa boğazlı, xaşal göv-

dəli, ördəkburun formah bardaq qoyulmuşdur ki, ona da bitişik insanm dəu muşdul

olunmuş digər sümükləri aşkar edilmişdir. Sümüklər üst-üstə, alt hissəyə qa- maq üç

bırğa, çiyin sümükləri, onlann üstünə çənə və kəllə sümükləri, çəno və kəl-

lənin üzərinə də qol sümükləri qoyulmuşdur. Qol sümüyünün istiqaməti ds rongli ı

ayaq sümüklərinin istiqaməti ilə paralel olub, şimal- şərq və cənub-qərbədir. I

Qəbrin bir tərəfində güclü ocaq yandınlsa da sümüklərdə onun izi yoxduı. hissəys
Deməli, dəfn çalasında müəyyən ayinlərlə əlaqədar
olaraq ocaq yandırıldıq- en kəs:
dan sonra sümüklər qoyulub. ortası r

Qəbir avadanlığı 5 dulus qab (II şəkil, 11-13) alt çənə sümüyünün arxa tərəfində (qulaq nahiyəsində) aşkar olunmuş 1 ədəd dairə formasmda aypara qatlanı sırğadan ibarətdir. Sırğa tamamlanmış ay formasında tam dairəvi olsa da ucları mis m« birləşmir. Bu mis ayparanın üstündəki deşiyə mis zəncir həlqəsi keçirilmişdiı (III şəkil, 12). Ucları birləşməyən dairə formalı mis sırğalar, antik dövı dorinli abidələri olan Xanlar çiy kərpic qəbirlərində, Xınıslı və başqa abidələrdə (qismf aşkar olunub ki, bunlar da yerli sənətkarlar tərəfındən hazırlanmışdır (13).

Qəbrin özünəməxsusluğunun bir cəhəti də ondadır ki, nə qablann içəri- ölçülə
sində, nə də qəbirdə quş və
ya heyvan sümüklərinə təsadüf olunmamasıdır.
Yalnız insamn
bud sümüyünün altmda iribuynuzlu heyvanın bud sümüyüna rinin 1
rast gəlinmişdir. ropolı

4 saylı qəbir bəzi xüsusiyyətlərinə görə (qəbirdə ocaq qalanması, qəbrəB
heyvanın bir parçasının qoyulması) digər antik dövr Şəki abidələri
- Giləhli,
Doxun, Alagöyüt qəbiristanlığında müşahidə edilən adətlərlə uzlaşsa da dəfn
adətinə görə isə özünəməxsusluğu ilə seçilir. Qabıı


7 saylı qəbir ferma üçün qazılmış mühafızə xəndəyində aşkar olunmuşdur. qulpu
Qəbrin uzunluğu
200 sm, eni 120 sm, dərinliyi isə 160 sm olub, istiqaməti qab b
şimal-qərbədir. Qəbirdə meyid
six bükülü vəziyyətdə, üzü şərqə arxası cənubfl
qərbə, başının istiqaməti şimala dəfn olunmuşdur. Əlləri birləşdirilərək çənə-
nin qarşısma qoyulmuşdur.
Skeletin ayaq sümüklərinin alt hissəsində davar,
arxa tərəfındə isə
iri bir quş basdırılıb. muş<

Qəbir avadanlığı skeletin ayaq tərəfınə düzülmüş vəziyyətdə aşkar edile mişdir. Iri küp bu hissədə qəbri tamamlayırdı (IV şəkil, 2). Iri küpdən son™ yüksək sənətkarlıqla hazırlanmış nehrə qoyulmuşdur. Bu nehrənin deşikli məməciyi qulpun sağ tərəfındə olub, qulp və məməcik ağıza doğru mailidir (IVB şəkil, 4). Belə nehrələrə Şəki bölgəsində Daşüz Cıdır düzü nekropolunda dafl (son tunc ilk dəmir dövrü) təsadüf edilir. Lakin Cıdır düzü nehrələri bufl nehrələrdən fərqli olaraq uzun və məməciyi soldadır. Qəbirdə aşkar edilmişB kiçik bardaq Təpəbaşı dulusçuluğun səviyyəsini aydın göstərir. ŞargövdoliB bardaq bir qulplu parıltılı boz rəngli olub boğazı silindrikdir (IV şəkil, 1).

Qəbirdə qara parıltılı rəngdə ayaqları çox qısa üçayaqlı qab da aşkar olun-muşdur. Qabın ağzının kənannda qarşı-qarşıya dörd məməciyi var. Qabı as-maq üçün bu məməciklərin ortasmdan deşik açılmışdır (IV şəkil, 7).

Qəbir avadanlığı içərisində qeyri-metaldan hazırlanmış qırmızı və sarı rəngli muncuqlar da aşkar olunmuşdur.

Skeletin sinə hissəsində aypara formasmda bir ucu qalm, digər tərəfı uc hissəyə doğru getdikcə nazilən sümükdən bəzək əşyası tapılmışdır ki, bəzəyin en kəsiyi bərabəryanlı trapesiya formasında olub, bir üzü bütün səth boyu 12 ortası nöqtəli kiçik dairə ilə naxışlanmışdır (III şəkil, 3).

Qəbirdən həmçinin romb formasmda iki qarşı tərəfi içəriyə doğru dairəvi qatlanmış düymə parçası, iki kiçik zəncir həlqəsi keçirilmiş dairə formasmda mis medalyon və ikiyə bölünmüş dəmirdən biz tapılmışdır (III şəkil, lb, 1, 5).

8 saylı qəbir 7 saylı qəbrin şimal-şərq tərəfində aşkar olunmuşdu. Qəbrin dərinliyi 160 sm, eni 105 sm, uzunluğu 135 sm olub, dəfn istiqaməti şimaladır. (qismən qərbə meylli) Qəbirdə dəfn çalasınm skeletin başı olan tərəfı, ayaqları olan tərəfindən 30 sm hündür olub, tabut formasmda düzəldilmişdir. Tabutun ölçüləri 90X125 sm-dir (14).

Tabutun alt tərəfındə insanın ayaq sümüklərinin sağında davar sümüklə-rinin bir hissəsi aşkar edilib ki, bu da e.ə. I minilliyin sonlarmda Təpəbaşı nek-ropolunda qəbrə heyvan qoyulması adətinin qərarlaşdığım göstərir.

Qəbir avadanlıq baxımından kasıb olub silah, əmək aləti, bəzək əşyalarına rast gəlinməmişdir. Ancaq qəbrin şimal-qərbində kəllə sümüyünün yanında xeyrənin bir parçası, şimal-şərq tərəfındə isə bir ədəd qab aşkar olunmuşdur. Qabın govdəsi xaşal olub, boğazı qısa, rəngi tünd bozdur. Qabın ağız hissəsi, qulpu qınq olduğundan və bu hissələr tapılmadığından güman etmək olar ki, qab belə vəziyyətdə qəbrə qoyulmuşdur.

9 saylı qəbir 8 saylı qəbrin şimal-şərq hissəsində mühafızə xəndəyinin şərq tərəfmdə açılmışdır. Qəbrin dərinliyi 160 sm, eni 110 sm, uzunluğu 120 sm-dir. Qəbirdə Təpəbaşı üçün xarakterik olmayan dəfn adətinə təsadüf olun-muşdur. Burada 20 insanın kəllə sümüyü, 3 çanaq sümüyü, 2 bud sümüyü, 2 qol sümüyü, 4 iribuynuzlu heyvanın kəllə sümüyü və 2 itin kəllə sümüyü dəfn olunmuşdur. Ümumiyyətlə kütləvi dəfn adəti Şəki bölgəsində Cumaykənd-Məmmədəli kurqanı və Doxun nekropolunda izlənilmişdir. Doxun nekropo-lunda dəfn olunanların yanında 20 ədəd süngü tiyəsi, döyüş yabası, mizraq və s. aşkar olunmuşdursa, 9 saylı qəbirdən isə qara rəngli xeyrənin bir hissəsin-dən başqa heç bir maddi mədəniyyət nümunəsinə rast gəlinməmişdir. Burada sümüklər qəbrə atılmamış, onlarm dəfnində müəyyən bir qaydaya əməl edil-mişdir. Iribuynuzlu heyvanın kəllələri qəbrin qərb, şimal-qərb tərəfmə düzül-müşdür. Qol-bud, çanaq sümükləri kəllə sümüklərinin arasına qoyulmuşdur.




Azərbaycan Arxeologiyası

2006


68



Azerbaijan Archeology Azərl Vol.: 8 Num.: И 2006


Insanın kəllə sümükləri üst təbəqədə hamısı peysər tərəfı üstə qoyulmuşdursa, boz l
alt təbəqədə isə üzü üstə, udlaq nahiyəsi üstə qoyulmuşdur. Kəllələrin çoxı* alotd
nun alt çənə sümüyü peysər, alın sümükləri çürüdüyündən onları götürmət cənu
mümkün olmamışdır. Salamat qalmış
3 kəllə laboratoriya şəraitində öyrənil- nizə
mək üçün ATU-nun anatomiya kafedrasının müdiri
prof. V.B.Şadlinski tərə-
findən götürülmüşdür
(15). yadi]

Kəllələrin kraniometrik nöqtələri təyin olunmuş, ayrı-ayrılıqda ölçü əla- təqri mətləri müəyyən edilmiş, həmçinin digər ərazilərdən tapılmış kəllələrlə raü- iqtis qayisə edilmişdir. Kəllələrdən ikisi qadın, üçü kişi cinsinə mənsub, biri (I) olan subdolixosefal, (II-V) ikisi mezatisefal, ikisi (III-IV) dolixosefal, (kəllələrinön ardı< indeksinə görə), hündürlük indeksinə görə I-IV ortokran, V isə hipsikran, iiz dövı indeksinə görə (Virxov) I-evriprozop, II-III-IV mezoprozop, V leptoprozop, araş Kolmana görə xameprozopdur, göz indeksinə görə I-IV ellipsoid, II-romboid, etdiı III-pentoqoqoid,V-sferoid formadadır. I kəllə 30-70, II-V kəllələr 20-50, III-IV kəllələr 50-60 yaşda olan insanlara məxsus olmuşdur (16).

Kəllələrin tədqiqi nəticəsində onların sahiblərinin b.e.ə. VII əsrdə yaşaB dıqları türk-monqol milliyyətinə mənsub olması müəyyən edilmişdir (17).

Insan kəllələrindən başqa burada iki itin kəllə sümükləri dəfn olunfl muşdur. Albanların təsərrüfat həyatmda itlər əhəmiyyətli rol oynayırdı. EtnodB rafık materiallar göstərir ki, xırdabuynuzlu heyvan sürülərini yırtıcılardan qorumaq üçün Qafqaz çoban itlərindən istifadə olunurdu. Yuli Solin məlumat verir ki, bu itlər «öküzləri gücdən salır, aslanlara qalib gəlir, qarşısına çıxan hərl şeyi dişləri ilə saxlayır» (18). Valeri Flakın (I əsr) məlumatına görə öləndənB sonra da itlərə eyni ehtiram göstərir və onları əcdadlarının arasında kurqandaB və kişilərin yanında qəbirdə basdırırdılar (19). R.B.Göyüşov isə qəbirlərdəB itlərin dəfn olunması adətini, bu heyvanlara totem kimi sitayiş edilməsindəB görürdü (20).

10 saylı qəbir 9 saylı qəbirdən şərqdə aşkar olunmuşdur. Qəbrin eni 120 sfn, uzunluğu 135 sm, dərinliyi isə 48 sm olub, Təpəbaşında aşkar olunmuş ənfl dayaz qəbirdir. Qəbirdə insanm sümüklərinin bir hissəsi dəfn olunmuşdur ki, 1 onlarm da əksəriyyəti çürümüşdür.

Odur ki, skeletin vəziyyətini müəyyən etmək mümkün olmamışdır. 1 Güman etmək olar ki, qəbirdə atəşpərəst dəfn olunmuşdur. Həmçinin qəbirdə davar sümükləri aşkar edilmişdir.

Qəbir avadanlığı ayaqsız, ağız hissəsi qopmuş, qulpsuz, ağzının gövdəyə birləşdiyi yerdə dalğavarı xətlə bəzək vurulmuş, bu hissədə qarşı-qarşıya as- I maq üçün kiçik deşikli 4 məməciyi olan şamdandan (IV şəkil, 6), üzəri parıltılı I
* Bu kəllələrdən başqa Yoncalı yaşayış yerindən tapıtmış iki kəllə də tədqiq olunmaq üçün prof. V.B.Şadlinski tərəfındən götürmüşdür.

boz bardaqdan (IV şəkil, 8), nizə ucluğu, mizraq və təyinatı məlum olmayan alətdən ibarətdir. Nizə ucluğu dəfnə yarpağına oxşayır və ucunun istiqaməti cənuba idi. (III şəkil, 6, 6a) Mizraq çox pis qalmışdır və forma etibarilə kiçik nizə tiyəsini xatırladır (III şəkil, 7, 7a).

Təpəbaşı nekropolu Azərbaycanın olduqca zəngin tarixi dövrünün yadigarı olmaqla ilk antik dövründən (skif dövrü) ilk orta əsrlərə qədər təqribən min ilə yaxm bir dövrü əhatə edir. Azərbaycan xalqmın etnik, iqtisadi, mənəvi və siyasi tarixinin öyrənilməsi baxımından olduqca maraqlı olan abidə eyni zamanda cəmiyyətin həyatmda baş verən köklü prosesləri də ardıcıllıqla izləməyə imkan verir. Bu baxımdan da Azərbaycan tarixinin bu dövrə aid zəif öyrənilmiş problem məsələlərinin hər tərəfli elmi şəkildə araşdırılması baxımından Təpəbaşı abidəsində arxeoloji tədqiqatların davam etdirilməsi çox vacibdir.
ƏDƏBİYYAT:

  1. СМ. Казиев Археологические раскопки в Мингечауре. - В книге: Общее собрание АН СССР, посвящ. 30-летию Великой Октябрьской Социалисти­ческой Революции. Москва-Ленинград, 1948. с. 28.

  2. О.Ш.Исмизаде. Ялойлутепинская культура. Баку, 1956, с. 17-45

  3. Дж.А.Халилов. Материальная культура Кавказской Албании (IV в. до н.э. -III в. н.э.) Баку, 1984, с. 53

  4. S.M.Qazıyev. Qəbələ ərazisində qədim dəfn mərasimləri haqqında. AMM, VI cild.Bakı, 1965, səh. 238

  5. Т.И.Ахундов. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку, 2001, с. 89-170

  6. O.Ş.lsmizadə. Göstərilən əsəri, səh. 17-45

  7. N.Ə.Ciddi. Iran Azərbaycanında apanlan arxeoloji qazıntılann icmalı (1947-60-cı illər). - AMM, VI cild. Bakı, 1965, səh. 285

  8. C.A.Xəlilov. Göstərilən əsəri, səh. 56




  1. М.Гусейнова. Предметы культа и символы власти в памятниках материальной культуры Азербайджана эпохи поздней бронзы и раннего железа. Azərbaycan arxeologiyası. Baki, 2000, № 3-4, s. 17

  2. Т.И.Ахундов. Некоторые результаты исследования Шекинских курганов. Тезисы докладов конференции «Великий Октябрь и развитие археологиче­ской и этнографической науки в Азербайджане». Баку, 1988, с. 27

  3. Т.И.Ахундов, Т.Достиев. К изучению эпохи средней, бронзы в Северо-Восточном Азербайджане. «Tarix və onun problemləri», II buraxılış. Bakı,1997 səh. 47

12. Т.И.Ахундов, Т. Достиев, А.Мустафаев. Связи Азербайджана с Северным
Кавказом в эпоху бронзы, (по материалам кургана у селения Сеидли).



Azərbaycan Arxeologiyası 2006

Azerbaijan ArcheologJ Vol.: 8 Num.: II

Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə. İkinci Bakı BeynəlxaB Simpoziumunun materiallan. səh. 113-114

  1. C.A.Xəlilov, Göstərilən əsəri. səh. 60

  2. Muxtarov N.M., Bədəlova I.H. AMEA-nın Arxeologiya və etnoqrafıya İnstitııl tunun Şəki arxeologiya və folklor qrupunun 1997-ci il hesabatı. səh. 48

  3. В.Б.Шадлинский, С.М.Рустамова. О взаимоотношениях между анатоми! ческим изучением и историческими данными человеческих черепЯ A.S.Həsənovun anadan olmasının 100 illiyinə həsr olunmuş elnıi konfransl materialları. Bakı, 1999, səh. 144-145

  4. V.B.Şadlinski, S.M.Rüstəmova. Şəkidən tapılan kəllələrin antropoloji tədqiql N.Nərimanov adına Azərb. Tibb Institutunun 1997-ci ilin yekun elmi koni ransının materialları. Bakı, 1998, səh. 178

17. В.Б.Шадлинский, С.М.Рустамова. Сравнительный анализ краниометричя
ских данных черепов, найденных в Азербайджане. Актуальш питания мои
фологп. Фахове видання наукових праць II Национального конгресу анато]
мов, Ыстолопв
i топографоанатогшв Укра1ни. Луганськ, 1998 с. 253-254

  1. Кемал Алиев. Кавказская Албания. Баку 1974, səh. 227-228

  2. Azərbaycan tarixi. Baki, 1994, səh.164

  3. R.B.Göyüşov. Arxeologiya din. AMM, VI cild, Baki, 1965 səh. 275



Khagani Almammadov The necropol of Tepebashi Summary
The article is about the modem archaeological research in monuments on Tepebashi, located in the region of Sheki. This necropol is very reach in botj historical and chronological aspect. The construction of graves, burial rites, and grava inventers were studied and described in comparative way.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə