Azərbaycan Arxeologiyası

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 92.88 Kb.
tarix21.10.2017
ölçüsü92.88 Kb.

96

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

ERKƏN PLEYSTOSENDƏ iQLtM REKONSTRUKSlYALARTNIN

BƏZIMƏSƏLƏLƏRİ

Ülviyyə .Xəlilova

(Azərbaycan Millı Elmlər Akademiyası Coğrafiya Institute)
Keçmişin iqlim şəraitinin öyrənilməsi böyük elmi və təcrübi əhəmiyyətə ma-likdir. Iqlimin tarixini və onun zaman və məkan daxilində dəyişməsi qanunauyğun-luqlarını dərk etmədən müasir və gələcək iqlimşünaslığın bir çox problemlərini həll etmək cətindir.

Təsərrüfatm məqsədəuyğun istiqamətləndirilməsi üçün keçmişin iqlim hadisələri dəqiqliklə öyrənilməli və onların əsasında yaxın gələcəyin düzgün proqnozları ve-rilməlidir. Bununla yanaşı, iqlimin proqnozlaşdırılması prosesində insanın təsərrüfat fəaliyyətinin ətraf mühitlə təsiri də nəzərə alınmalı və bu fəaliyyət nəticəsində atmosferin hər hansı termik rejimində nə kimi landşaft-iqlim şəraitlərinin əmələ gəl-məsi araşdırılmalıdır. Bu məsələlərin həllində paleoiqlim tədqiqatları əsas rollardan birini oynayır.

Paleoiqlim tədqiqatlan nəticəsində keçmiş şəraitin bərpası yolu ilə gələcəkdə yaranacaq yeni termik rejimdə əmələ gələn şəraitlərə analoq tapmaq olar.

Paleoiqlimşünaslığın əsas məqsədlərindən biri tədqiqatların metodologiya və metodikasmın işlənilməsi, paleoiqlimin mərhələlrinin və xronologiyasının təyini, qədim iqlim amillərinin və indikatorlarmın bərpası məsələləridir.

Dağ ölkələrində paleoiqlim şəraitinin bərpası böyük çətinliklərlə üzləşir. Bunun da əsas səbəbi dağlıq ərazilərdə tədqiq etdiyimiz dövr çöküntülərinin olmaması və yaxud az qisminin saxlanılması ilə əlaqədardır. Belə ki, Qafqazın heç bir yerində, xüsusən də Azərbaycanda, 1300-1400 m-dən yuxarıda tarixi dəqiq təyin edilmiş və geoloji çoküntülərinin tərkibində fauna və florası olan ərazilər aşkar edilməmişdir. Hətta süxurların qalınlığı böyük olduğu dağətəyi ərazilərdə yüksək dağlıq sahələr-dən gətirilmiş fauna flora qalıqlarına da çpx nadir halda təsadüf edilir. Pleystosen dövrü iqlim göstəricilərinin rekonstruksiyası zamanı bu materiallarm çatışmazlığı da-ha aydın nəzərə çarpır. Bu dövr çöküntülərinin bir çox çay dərələrində və az mailli dağ yamaclarında qalmasına baxmayaraq, bunlar öz tərkibinə görə çpx məsaməli olub fauna flora makroqalıqlarından məhrumdur və paleontoloji tədqiqatlar üçün yararsızdırlar. Ona görə Azərbaycanda bu dövrün iqliminin bərpası zamanı əsas istiqamət düzənliklərdə və paleolit düşərgələrinin açılmış kəsimlərində geniş yayıl-mış və üzvü qalıqlarla zəngin olan dəniz və kontinental pleystosen çöküntülərinin kompleks tədqiqatlara yönəldilmişdir (Məmmədov Ə.V.)

Məlum olduğu kimi paleoiqlim səciyyələrini öyrənilməkdə fauna əsas rol oyna-yır. Onurğalı faunanın istiyə və soyuğa davamlılığı kompleksləri artıq təyin edilmiş-dir. Məsələn, faunanın tərkibində nəcib marahn və süxurlarm qalıqları iqlimin isti olmasının, atların, dəvələrin, ceyranlarm qalıqları isə iqlimin daha kontinental olma-sının göstəricisidir. Lakin bu heyvanların temperatur və rütubətlik diapazonu çox genişdir. A.A.Veliçkonun (1985) tədqiqatına görə müşk öküzü yay temperaturunun 5°-dən artıq, qış temperaturunun isə 10°-dən aşağı olmayan iqlim şəraitinə daha üstünlük verir. Şimal tülküsü isə yay temperaturu 15°-dən çpx, qışı isə -5-10°-dən


Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4

aşağı olmayan iqlim şəraitinin indikatorudur. Beləliklə ayrı-ayn heyvanlar haqqinda məlumatlar iqlimin dəqiq kəmiyyət göstəricilərini verməsə də onun hüdudlannı təyin etməyə imkan verir.

Dağ ərazilərinin iqlim rekonstruksiyası prosesində burada saxlanılmış qədim buzlaşmaların işləri də böyük rol oynayır.

Azərbaycanın dağlıq hissəsində pleystosen buzlaşmaların çoxlu miqdarda izləri-karlar, təknəvarı dərələr, morenlər-müşahidə edilir. Bunlar geomorfoloqlar tərəfın-dən (B.Ə.Budaqov, M.Ə.Abbasov, Y.Ş.Mərdanov) dəqiq öyrənilmişdir. Müəlliflərin apardığı tədqiqatlara görə qədim pleystosen (erkən və orta) buzlaşmasmın ocaqları (karlar) dar yüksəklik qurşağmda, 2600-2800 m arasında, müasir buzlaşma ocaqlan isə 4000 m və daha hündür ərazilərdə yerləşir. Bu məlumatlara əsasən aşağı və orta pleystosen üçün qar xəttinin yüksəklik depressiyası 1400-1200 m-ə bəradərdir.

Buşlaşma buğlarınm yayıldığı ərazilərin aşağı və orta pleystosen buzlaşmasmdan somakı qalxma amplitudunun (600-400 m) az olmamaq şərtilə nəzərə alsaq, onda deyə bilərik ki, aşağı və orta pleystosen buzlaşmaları 2400-2600 m yüksəklikdə əmələ gəlmişlər.

Bu nəzəriyyəni Qərbi Qafqazın cənub yamacmda, 1500 m yüksəklikdə yerləşən Kudara və Kirçik Qafqazın cənub-şərq hissəsində, 800 m yüksəklikdə yerləşən Azıx qədim paleolit mağaralarm tədqiqatlarmm nəticələri təsdiqləyir.

Kudaro mağarasının məlumatlarına görə Qərbi Qafqazda orta pleystosen buzlaş-masında qar xətti 2000 m mütləq yüksəklikdə yerləşirdi. Azıx mağarasınm məlumat-larma görə Kiçik Qafqazda da qar xətti həmin yüksəklikdən keçirdi.

Pleystosenin bu dövrünün iqlim göstəricilərinin bərpasının əsas metodlarından biri də palobotanik metoddur. Bu məqsədlə palinoloji tədqiqatlarm faktiki material -larından və flora yarpaqlarmın qazmtı məmulatlanndan istifadə edilmişdir.

Mövcud faktiki paleobotanik materiallar əsasında tədqiq edilən dövr kəsiyində iq­lim göstəricilərinin bərpası yalnız iki ərazi-Azıx və Siyəzən dayanacaqları üçün mümkün olmuşdur. Bir-birindən 235 km məsafədə və müxtəlif yüksəkliklərdə (800-120 m) yerləşən rayonlarda iqlim göstəricisi olan yanvar, iyul və orta illik temperatur şaquli qradiyentdən asılı olaraq eyni nöqtəyə gətirilmişdir. Şaquli qradiyent nəzərə almmaqla müasir yanvar, iyul və orta illik temperaturlar da həmin nöqtəyə gətiril-mişdir. Uyğun temperaturların həm rayonlararası, həm də rayonlar daxili qiymət-lərinin müqayisəsi onların arasında almmış fərqin uyğunluğunu göstərir. Bu, hər şeydən əwəl, ahnan paleoiqlim göstəricilərinin doğruluğunu təsdiq etməklə, eyni coğrafi enlikdə və iqlim zonasında yerləşən Azərbaycamn bütün düzənlik ərazisində həmin göstəricilərin aid edilməsinə imkan verir.

Dağlıq ərazinin iqlimini bərpa etmək üçün biz о fakta əsaslanırıq ki, pleystosenin əwəlində Böyük və Kiçik Qafqaz, Talis dağ sistemləri və Kür dağarası depres-siyasımn müasir oroqrafık elementləri artıq formalaşmış və iqlimin indikindən az fərqlənən formalaşma şəraiti yaranmışdır. Azıx və Siyəzən ətrafı ərazilərinin yan­var, iyul illik temperaturları arasında bərpa olünmuş fərq qiymətləri ilə həmin müddətdə iqlimin müasir göstəriciləri fərqinə uyğun olması bunu bir daha təsdiq edir. Bütün bunlar bizə əsas verir ki, temperaturun müasir şaquli dəyişkənliyi qanu-nauyğunluqlarının bütün dördüncü dövrə aid etmək olar.

Paleocoğrafların (Məmmədov və başqaları) apardığı tədqiqatlara görə Azərbay-canda pleystosen Abşeron və Bakı dövrünün arasında baş vermis qədim buzlaşma ilə başlanır və türkan dövriinün birinci yarısına aid edilir. Bu vaxt Xəzər dənizi indikin-dən 300 m aşağı idi. Umumiyyətlə, erkən pleystosendə Azərbaycanda beş dövr ayrı-lrr: üçü buzlaşma, ikisi isə buzlaşmaarası transqressiya dövrləridir. Beş dövrün beşinin də, iqlim və landşaft səciyyələrini vermək hələ ki, mümkün olmadığı üçün paleoiqlimin bərpası üçün iki dövr ayrılmışdır. Bunlardan Türkan vaxtının birinci yarısı və son transqressiya dövrləri götürülmüşdür.

Tədqiqatcılarm tərtib etdiyi orta yanvar, orta iyul orta illik xəritələrinə görə Türkan dövrünün iqlimi çox sort idi və qar xətti 2000 m-dən keçərək indiki vəziy-yətdən 2000 m aşağıda idi. Iqlimin sərtliyi orta yanvar temperaturunun paylanmasın-dan daha aydın gorünür.

Yuxarıda qeyd etdiyimiz iqlimlərin xəritələrinə əsaslanaraq və onları müasir xə-ritələrlə müqayisə edərək biz Türkan əsrini və Bakı əsrinin sonunun temperatur fərqləri xəritələrini tərtib etmişik.

Türkan əsrinin (məqalədə yer məhdudluğunu nəzərə alaraq yalnız bu əsrin temperatur fərqləri xəritələri verilir) xəritələri göstərir ki, bunlar müasir dövrün temperaturundan xeyli fərqlənirlər. Məsələn, Böyük Qafqazm orta dağlıq hissəsində temperatur fərqi -4°, yüksək-dağlıq hissədə isə -8° çatır. Bunu Kiçik Qafqaz haqqın-da da demək olar. Lənkəran zonasında, təbii şəraitindən asdı olaraq bu fərq təşkil edir (şək.l).

Bu əsrin orta iyul xəritələrindən göründüyü kimi-25° izoterm Kür-Araz ovalığının sərhədlərindən keçərək müasir dövrün temperaturuna uyğun gəlir. Ona görə fərq təşkil edir. 10° izotermi isə Böyük və Kiçik Qafqaz, Naxçıvan və Talışın orta dağlıq ərazilərdən keçir. Müasir dövrün temperaturunu bu ərazilərdə 15° olduğu üçün, fərq təşkil edir (şək 2). Orta illik temperatur Kür-Araz ovalığında +10° idi. Müasir dövrdə -14°-dir. Ona görə fərq +4° yaxındır. Orta dağlıq ərazilərdə temperatur fərqi +7°-ə bərabərdir (şək 3).

Bakı transqressiyası pleystosenin Azərbaycanda ən isti dovrü hesab olunur. О dövrün iqlimi müasir iqlimdən isti idi. Demək lazımdır ki, bu zaman Xəzər dənizi çox sahəni əhatə etmiş və Gəncə çayma qədər bütün Kür-Araz depressiyasını basmışdı. Bu cür böyük dəniz sahəsi ətraf ərazilərin iqlim xüsusiyyətlərinə təsir etməyə bilməzdi. Bu əsrin orta iyul temperaturunun müasir temperaturuna uyğun olmasına baxmayaraq, orta illik temperatur müasir dövrün temperaturundan 1°-1,5° yüksək olmuşdur. Bu da qış temperaturların 2°-3° yüksək olması ilə izah edilir.

Apardığımız tədqiqat nəticəsində deyə bilərik ki; 1) Azərbaycanın iqlimi bir neçə mərhələlərdən ibarət olub və soyuq buzlaq dövrləri buzlaşmaarası isti dövrlərlə əvəz olunmuşlar; 2) paleosedən indiki dövrə qədər iqlimin evolyusiyası gedir-yəni iqlimin kontinentallaşması və aridləşməsi nəzərə çarpır.
ƏDƏBİYYAT

  1. Атлас Азербайджанской ССР. Баку, 1973

  2. VELİÇKO А.А., ЯСАМАНОВ Н.А.- Современный климат /естественно-историче­ский аспект/. Изв. АН СССР, серия географических. М., 1986, № 6.

  3. ВЕРЕЩАГИН H.K. Млекопитающие Кавказа. М.-Л. Изд. АН СССР, 1959.

  4. ЗУБАКОВ В.А. Глобальные климатические события плейстоцена. Л., 1986.

  5. МАМЕДОВ А.В., АЛЕСКЕРОВ Б.Д. ВЕЛИЕВ С.С. Климаты Азербайджана в раннем плейстоцена/отчет за 1988 г./. Фонд ИГ АН Азерб. ССР. Баку, 1988.

  6. МАМЕДОВ А.В. АЛЕСКЕРОВ Б.Д. Палеогеография Азербайджана в раннем и среднем плейстоцене. Баку, 1988.

  7. МАМЕДОВ А.В., РАБОТИНА Е.Н. - О растительности Азербайджана в раннем и среднем плейстоцене. Изв. АН Азерб. ССР, серия наук о Земле. 1981, № 6.

  8. ЯСАМАНОВ Н.А. Древние климаты Земли. Л., 1985.


Ulvıyya Khahlova

PROBLEM OF CLIMATIC RECONSTRUCTION IN THEEARLY

PLEISTOTCENE Summary
Analysis of the maps of monthly and annual average temperatures of the Early Pleistocene and its time time sections in Azerbaijan and prepared maps with temperature deviations from modern ones allow to conclude that during the Early Pleistocene cold glacial epochs alternated with warm interglacial periods, and that the evolution of climate in Azerbaijan has a tendency to aridity and continentality.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə