Azərbaycan Bank Tədris Mərkəzi



Yüklə 106,06 Kb.
tarix23.10.2017
ölçüsü106,06 Kb.
#11791



Azərbaycan Banklar Assosiasiyası Prezidentinin müraciəti
Hörmətli oxucular!

Bu il Azərbaycan Banklar Assosiasiyasının 20, onun Bank Tədris Mərkəzinin isə 10 yaşı tamam olur. Bu gözəl yubileylər bizim üçün təkcə bayram deyil, həm də keçdiyimiz yola bir daha nəzər salmaq, qarşıdakı vəzifələrimizi götür-qoy edib dəqiqləşdirmək üçün vəsilədir.

Azərbaycan Bank Tədris Mərkəzi qurularkən onun qarşısında böyük məqsədlər qoyulmuşdu. Strateji hədəf – bank sektorumuzun yüksək peşəkarlıq səviyyəsinə və müasir iqtisadi təfəkkür üslubuna malik olan kadrlarla təminatına bilavasitə yardım göstərmək idi. Amma bununla yanaşı, Mərkəz həmçinin yeni bank xidmətlərinin və texnologiyalarının Azərbaycanda tətbiqinə, bankçılıq sahəsindəki qabaqcıl dünya təcrübəsini ölkəmizə gətirərək, yerli şəraitə uyğunlaşdırmağa, banklarımızın öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmasına dəstək verməli idi. Fərəh hissi ilə qeyd etmək istərdim ki, ötən illər ərzində ABTM bütün bu məqsədlərin gerçəkləşdirilməsi üçün əzmlə çalışmışdır və bu gün də çalışmaqdadır.

10-illik mövcudluğu dövründə Mərkəzin qazandığı nailiyyətlər həqiqətən də ürəkaçandır. O qədər də böyük olmayan bu zaman kəsiyində ABTM bankçılığın müxtəlif məsələləri üzrə 1 150-dən artıq kurs keçirmiş və bu kurslarda 15 500-dən çox dinləyici iştirak etmişdir. İlkin fəaliyyətinə qısamüddətli ixtisasartırma kursları ilə başlayan Mərkəz 2003-cü ildən etibarən uzunmüddətli sertifikasiya proqramları da həyata keçirir. Ümidvaram ki, yaxın illərdə bu proqramların çeşidi daha da genişlənəcək və dinamik tərzdə inkişaf edən bank sektorumuzun insan resurslarına olan ehtiyacını daha dolğun ödəməyə əsaslı kömək göstərəcəkdir.

İxtisasartırma problemləri ilə tanış olanlar bu işlərin nə qədər böyük zəhmət hesabına başa gəldiyini yaxşı bilirlər. Onu da nəzərdə tutmaq lazımdır ki, hər bir kurs üçün ayrıca proqramlar və təqdimat materialları hazırlanmalıdır və Mərkəz bu işi də, əsas etibarilə, öz gücü ilə görür. 10 il ərzində ərsəyə gətirilmiş 140-dan artıq təlim materialı buna əyani sübutdur.

ABTM eyni zamanda banklarımız və ümumiyyətlə maliyyə sektorumuz üçün dəyərli məsləhətçidir. O, bank-maliyyə işinin müxtəlif sahələri üzrə 50-dən artıq layihə həyata keçirmişdir və artıq ciddi bir təcrübə toplamışdır. Olduqca vacibdir ki, banklarımız bir çox məsləhət xidmətlərindən ötrü indi daha xaricə deyil, öz mütəxəssislərimizə müraciət edir.

Bununla bərabər, Mərkəz yeri gəldikcə xarici erspertlərin bilik və bacarığından da faydalanmağa calışır. Bu günə qədər onun kurslarında müxtəlif xarici dövlətləri təmsil edən 100-dən çox təcrübəli mütəxəssis iştirak etmişdir. Lakin ABTM-in uzunmüddətli hədəfi öz mütəxəssislərini inkişaf etdirmək, bundan ötrü onları, lazım gələrsə, xarici ölkələrə təcrübə mübadiləsinə göndərmək (bu məqsədlə ABTM indiyə qədər onlarla yerli eksperti xaricə ezam etmişdir) və son nəticədə yüksək peşəkar ekspertlər komandası formalaşdırmaqdır.

İnanıram ki, Azərbaycan Bank Tədris Mərkəzi öz məhsuldar fəaliyyətini qarşıdan gələn illərdə də uğurla davam etdirəcək, qarşısında dayanan vəzifələrin gerçəkləşdirilməsi üçün əzmlə çalışacaqdır. ABTM-in bütün kollektivini, onun xidmətlərindən faydalananların hamısını Mərkəzin 10 illik yubileyi münasibəti ilə təbrik edir, ölkəmizin bank-maliyyə sektorunun inkişafına yönəlmiş fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram!


Eldar İsmayılov,

Azərbaycan Banklar Assosiasiyasının prezidenti




ABTM-nin Direktorunun müraciəti

Hörmətli oxucu!

Böyük məmnuniyyətlə, Azərbaycan Bank Tədris Mərkəzinin 10 illik fəaliyyəti haqqında qısa hesabatı və gələcək planları barədə məlumatı Sizin diqqətinizə çatdırmaq istərdik.

Bu hesabatdan göründüyü kimi, ABTM beynəlxalq təşkilatların dəstəyi ilə yaradılmış və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən önəmli bazar infrastrukturlarından biridir.

Mən Sizin dəyərli vaxtınızı bu hesabatda əks olunmuş statistik rəqəmlərlə almaq deyil, daha çox Sizi ABTM-nin keçid dövründən sonrakı strategiyası barədə məlumatlandırmaq istərdim.

Gələcək 10 ildə ABTM əsasən aşağıdakı strateji məsələlərin inkişafına daha çox diqqət yönəltməyi düşünür:

Birincisi peşəkar kadr hazırlığı üçün uzunmüddətli sertifikasiyalı təlim proqramlarının çeşidini artırmaqdan ibarətdir. Biz bu proqramları daha çox iki dinləyici qurupu üçün nəzərdə tuturuq: (1) bank işi və biznesin idarə edilməsi üzrə hər hansı bir sahəni öyrənmək istəyənlər və (2) bu sahəni idarə edənlər və ya idarə etməyə hazırlananlar üçün. Bu iki hədəf qurupu arasında olan mütəxəssislər üçün isə biz daha dərin və praktik qısamüddətli kurslarımızı təklif etməyi davam etdirməyi düşünürük.

İkincisi Azərbaycanda yeni biznes liderlərin hazırlanması işində aktiv iştirak etməyi düşünürük. Çünki bizim araşdırmalarımız göstərir ki, bugün əmək bazarında həm zəngin praktiki vərdişlərə malik, həm də yeni idarəetmə texnologiyalarını bilən və onu tətbiq edən liderlər çatışmır. Belə ki, bəzən geniş təcrübəyə malik rəhbərlər inzibati idarəetmə prinsipləri ilə işlədiyinə görə loyal komanda yaradılması problemi ilə üzləşir, ya da yeni idarəetmə texnologiyaları üzrə nəzəri bilikləri olan rəhbərlər sahə üzrə praktiki vərdişləri az olduğundan qeyri-standart hallarda qərarların qəbulunda ciddi səhvlərə yol verirlər. Odur ki, ABTM bu sahədə geniş təcrübəyə malik qabaqcıl xarici institutlarla birlikdə Azərbaycan xalqının mentaliteti, iqtisati tarixi və mənəvi dəyərlərini nəzərə alan bir liderlik məktəbi yaratmağı düşünür.

Üçüncüsü təlim və məsləhət xidmətləri göstərməklə yanaşı, ölkə iqtisadiyyatının, o cümlədən onun “onurğa sütunu” hesab edilən bank sektorunun inkişafına dəstək verə biləcək davamlı araşdırmalar, ekspertizalar aparmaq, qanunverici və tənzimləyici dövlət orqanları ilə yaxın əməkdaşlıq qurmağı təmin etmək. ABTM yarandığı gündən özünün missiyasına sadiq qalaraq, bank işi və biznesin idarə edilməsi üzrə daima yeni texnologiyaları Azərbaycana gətirir və onu yerli şəraitə uyğunlaşdırır. Mərkəzin xidmətlərinin benefisarları əsas etibarı ilə real biznesdə çalışan praktiklərdirlər. Biz düşünürük ki, bir tərəfdən bank işi və biznesin idarə edilməsi üzrə qabaqcıl texnologiyaları Azərbaycan gətirən, digər tərəfdən isə onu real biznesi idarəedənlərə təklif edən ABTM, ölkənin qanunverici və tənzimləyici orqanları üçün məlumat mənbəyi ola bilər, birlikdə məsləhətləşmələr apara bilər və belə bir əməkdaşlıq bütün tərəflər: tənzimləyici orqanlar, onu bazara təlim və məsləhət xidmətləri vasitəsi ilə təklif edənlər və praktiki tətbiq edən təşkilatlar üçün çox dəyərli ola bilər.

Ümidvaram ki, ABTM yuxarıda sadalanan hədəflərə çatacaq və onun növbəti 10 illik dövr üzrə fəaliyyəti əvvəlkindən daha geniş və zəngin olacaqdır.


Cavanşir Abdullayev

Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru




ABTM-nin yaradılması

ABTM-nin yaradılması zərurəti

Azərbaycan Bank Tədris Mərkəzinin yaradılması aşağıdakı zərurətdən irəli gəlmişdir:



  • 1990-cı illərin sonlarından etibarən Azərbaycan iqtisadiyyatı stabil inkişaf et­mə­yə, ölkə iqtisadiyyatına qoyulan yer­li və xarici investisiyaların həcmi art­mağa, yeni biznes strukturları yaran­mağa baş­la­mışdı və məhz bu amillər bank sektorunun institusional inkişafı üçün ciddi zərurət yaradırdı. Təbii ki, bankların institusional inkişafı üçün ilk növbədə, peşəkar bank kadrları lazım idi. Lakin ölkədə bank işçilərinin ixtisas­la­rı­nın artırılması, onların peşəkar səviyyə­si­nin yüksəl­dil­məsi üçün daimi əsasda fəali­yyət göstərən bir infrastruktur yox idi.

  • Bu dövrdə müxtəlif beynəlxalq layihələr çərçi­və­sin­də bank işi üzrə xarici ekspertlər tərə­fin­dən davamlı olmayan təlim kursları keçi­ri­­lirdi. Lakin bu təlim kursları bir çox hallarda yerli şəraitə uyğun­laşmadan aparılırdı ki, bu da verilən biliyin qəbul olunması və tətbiqində müəyyən problemlər yaradırdı. Bundan başqa, kursdan sonra alınan biliklərin tətbiq olunduğu zaman belə hər hansı sual ortaya çıxdıqda, onu xarici ekspertlə aydınlaşdırmaq mümkün olmurdu.

  • Bankların böyük əksəriyyəti işçilərini xarici ölkələrdə olan təlim kurslarına göndərə bilmirdilər. Bunun əsas səbəbləri, (a) dil problemi, (b) yüksək xərc, (c) yerli şəraitə uyğun olmamağı, (d) əldə edilən biliyin tətbiqi zamanı köməyə ehtiyac olduğu təqdirdə, müraciət etməyə məsləhətçi şirkətin olmamağı, (e) işçi­lərinin sayı az olduğu üçün banklar işçilərini uzun müddətə işdən ayırıb, xarici ölkə­lərdə olan təlimlərə göndərə bilməmələri idi.

  • Respublikada olan beynəlxalq aud­i­tor təşkilatlarının ofisləri istisna olmaqla, ölkədə banklara məsləhət xidmətləri gös­tərə biləcək infrastruktur və məsləhətçilər yox idi. Beynəlxalq auditor təşkilatlarının isə belə xidmətlər üçün tarifləri çox yüksək olduğu üçün banklar onların xidmətlərindən istifadə edə bilmirdilər ki, bu da onlar üçün yeni texnologiyaların tətbiqində ciddi problemlər yaradırdı.

  • Qabaqcıl beynəlxalq praktikanı sistemli şəkildə ölkəyə gətirərək, bank işinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdıran, bank sektorunun avanqardında olan bir infrastruktura böyük ehtiyac var idi.

  • Azərbaycan Banklar Assosiasiyası özünün əsas vəzifələrindən biri olan üzv bankların insan kapitalının formalaşmasına dəstək verə bilmirdi.

Bütün bu sadalananları nəzərən alaraq, üzv­lə­ri­nin maraqlarını qorumaq missiyasını öz üzə­rinə götürmüş Azərbaycan Banklar Asso­siasiyası və bank sektorunun inkişafı üçün məsul olan Azər­baycan Mərkəzi Bankına bank sektorunda daimi əsasda fəaliyyət göstərən tədris mərkəzinin yaradılmasına dəstək üçün müxtəlif beynəlxalq təşki­lat­lara müraciət etdilər.

ABTM-nin yaradılması

Azərbaycan Banklar Asso­siasiyası və Azər­baycan Mərkəzi Bankının müraciəti əsasında Avropa Birliyinin TACİS proqramı Azərbaycan Bank Tədris Mərkəzinin yaradılması üçün 1999-cu ilin avqust ayından 2002-ci ilin dekabr ayına qədər olan dövrü əhatə edən texniki və maliyyə yardımı ayırdı, layihənin həyata keçirilməsi üçün Avropa Əmanət Bankları Qrupunun rəhbərliyi altında formalaşmış bir konsorsiumu bu layihənin podratçısı seçdi.

Layihə Qrupunun Assosiasiya ilə birgə səyləri nəticəsində 2000-ci ilin yanvarından Mərkəzin yerli Menecmenti formalaşmağa başladı, həmin ilin fevralından isə daimi əsaslarla, davamlı və ödənişli təlim kursları keçirilməsinə start verildi. Təlim kursları tam olaraq, birinci il Qərb ekspertləri, ikinci ildən başlayaraq isə, artıq xüsusi təlim keçmiş yerli ekspertlərlə birgə aparılmağa başladı.

ABTM Assosiasiyanın törəmə müəssi­səsi kimi, dövlət qeydiyyatından keçdi. Belə­liklə, ABTM həm fiziki, həm də hüquqi cəhətdən yaradıldı.




Bizim KOMANDA

ABTM-nin bugün təlim bazarında aparıcı yer tutmasının əsas səbəbi, onun yüksək peşəkar ekspertlər komandasına malik olmasıdır. Ekspertlərimizin böyük əksəriyyəti bugün Mərkəzi bank və onun infrastrukturlarında, banklar və digər özəl şirkətlərdə yüksək vəzifələrdə çalışan təcrübəli mütəxəssislərdir. Təlim işinin keyfiyyətinin daima artırılması və ekspertlərlə bağlı risklərin daha səmərəli idarə edilməsi üçün ABTM-nin ekspertlər komandası 3 qrupa bölünür. Birinci qrupa ehtiyat ekspertlər daxildirlər ki, onlar ABTM-də daimi işləyən menecerlər və məsləhətçilərdirlər. Onların hər biri bir mövzu qrupu üçün məsul olmaqla yanaşı, məsləhət xidmətləri də göstərirlər. Təlim materialları ABTM-nin menecerlərinin birbaşa rəhbərliyi altında ikinci qurupa daxil olan usta ekspertlər tərəfindən hazırlanır. Təlim kursları həm mövzu qurupu üçün məsul olan menecer və məsləhətçi, həm usta, həm də üçüncü qrupa aid olan və dərs deyən ekspertlər tərəfindən aparılır.

Davamlı olaraq, ekspertlərinin sayının və peşəkarlığının artırılması qayğısına qalmağı özünün əsas prioriteti hesab edən ABTM, daima inkişaf etmiş ölkələrdən təcrübəli ekspertlər dəvət edir, eyni zamanda öz ekspertlərinin də təcrübə mübadiləsi üçün xarici ölkələrə səfər­lərini təşkil edir, onların təlim resurslarla təminatı və motivasiyası qayğısına qalır. Bugün ABTM-nin ekspertlər komandası sayı 70 nəfərdən artıq olan yüksək səviyyəli peşəkarı özündə birləşdirir.



ABTM- 10 il qısa nəzərdə

ABTC-10 years at a glance


2000



2001



2002


2003



2004

2005



2006

2007



2008

2009


TƏLİM fəaliyyəti

Təlimə olan ehtiyacın öyrənilməsi

ABTM təlim üzrə siaysətini və illik təlim proqramlarını bir qayda olaraq, aşağıdakıları nəzərə alaraq, müəyyən edir:



  • kurs iştirakçıları arasında keçirilən sorğunun nəticələri;

  • rəhbər işçilərlin iştirak etdiyi forumlarda sorğunun nəticələri;

  • məsləhət xidmətləri layhələri çərçivəsində aparılan araşdırmaların nəticələri;

  • normativ bazanın dəyişməsinin yaratdığı tələbat və sair.

Təlim məhsullarının hazırlanması

ABTM-də yeni təlim məhsullarının hazırlanması əsas etibarı ilə xarici ekspertlərin cəlb olunması yolu ilə yerli ekespertlərlə birlikdə həyata keçirilir. Bir çox hallarda ayrı-ayrı ölkələrin təcrübələrinin öyrənilməsi məqsədi ilə eyni mövzu üzrə müxtəlif ölkələrdən xarici ekspertlər dəvət olunur. Xarici ekspertlər tərəfindən təqdim olunmuş materiallar yerli ekspertlər tərəfindən bizim şəraitə uyğunlaşdırılır.

Təlim materiallarının sonradan daimi təkmilləşdirilməsi yerli ekspertlər tərəfindən həyata keçirilir.

Təlim materiallarının ən azı 30%-ni biznes tapşırıq, biznes oyunlar və digər praktiki tədris materialları təşkil edir.



Təlimlərin təşkili

Təlim kursları bir qayda olaraq, ABTM-nin ofisində təşkil olunur. Dinləyicilərlə canlı dialoq qurulması, biznes tapşırıq və oyunların daha səmərəli tətbiqi üçün orta dinləyici sayı keçən dövrdə 14 nəfər təşkil etmişdir.



Təlimin keyfiyyətinin monitorinqi

Yarandığı gündən ABTM təqdim etdiyi təlim xidmətlərinin keyfiyyətini aşağıdakı alətlərlə monitorinq edir:



  • kurs gedişatı zamanı ayrı-ayrı dinləyicilərdən keyfiyyətə dair məlumat alınması;

  • kursların sonunda keçirilən anonim qiymətlədirilməsi forması;

  • əldə edilmiş biliklərin praktiki tətbiqinin vəziyyəti barədə keçirilən sorğu;

  • biznes tərəfdaşlarla keçirilən görüşlər və s.

Təlim üzrə statistika

Keçən 10 il ərzində ABTM 1170, o cümlə­dən 2009-cu ildə  184 kurs keçirmiş və on­lar­da 300-dən artıq bank və təşkilatdan müvafiq olaraq, 15570 və 2636 dinlə­yi­ci iştirak etmişdir.

Kurslarda orta iştirakçı sayı 12-16 nəfər təşkil etmişdir.

Kursların sayı



Dinləyicilərin sayı



Bir kurs üzrə dinləyicilərin orta sayı




MƏSLƏHƏT xidmətləri

Məsləhət xidmətlərinə 2001-ci ilin son­la­rın­dan başlayan ABTM keçən 10 ildə idarəetmə üzrə 50-dən artıq məsləhət xidməti və 25-dən artıq test vasitəsi ilə bilik səviyyəsinin yoxlanılması layihəsi icra etmişdir.

ABTM aşağıdakı səhələr üzrə məsləhət xidməti layihələrini həyata keçirmişdir:



##

Məsləhət xidməti sahəsi

Benefisarların sayı

Banklar

Şirkətlər

Dövlət orqanları



Korporativ İdarəetmə

18

2






Strateji İnkişaf

19

2






Təşkilati struktur

17

2






İT

10

1






İnsan resurslarının idarə edilməsi

9

1

3



Daxili Audit

6









Maliyyə Menecmenti

7

2






Marketinq və satış

4









Kredit biznesinin təşkili

3









Risk Menecment

3









Aktiv və passivlərin idarə edilməsi

3









Biznes proseslərin təşkili

1









Digər

6

2



ABTM-nin məsləhət xidmətləri bazarında aparıcı yer tutmasının əsas səbəbi bu xidmətlərin aşağıdakı üstünlükləri ilə əlaqədar olmuşdur:


  • mütərəqqi beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılaraq təqdim olunması;

  • yerli şərait və qanunvericiliyin nəzərə alınması;

  • məsləhət xidmətlərinin seminar, təlimat və proqramlarla müşayiət olunması;

  • tərəfdaşlarin istədikləri vaxta və məkanda xidmətimizi təklif edə bilmə;

  • təqdim olunmuş məsləhətlərin müşayiət edilməsi.




Beynəlxalq əməkdaşlıq

ABTM-nin benefisar olduğu layihələr

##

Layihənin qısa adı

Sponsor



Azərbaycan Bank Tədris Mərkəzinin yaradılması

Avropa Birliyinin TACIS proqramı (EU TACIS)



Trenerlər üçün təlim

ABŞ-ın Vətəndaş Həmrəyliyi Cəmiyyəti (CDC)



Trenerlər üçün təlim

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



Trenerlər üçün təlim

Almaniya, InWent təşkilatı



Trenerlər üçün təlim

Almaniya, InWent təşkilatı



Trenerlər üçün təlim

Kanadanın CESO hökümət təşkilatı



KOM üçün Biznes xidmətləri

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bp-Azərbaycan Neft Şirkəti



KOM üçün Biznes xidmətləri

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA)



ABTM-nin İnstitusional İnkişafı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)

ABTM-nin icraçı olduğu layihələr

##

Layihənin qısa adı

Sponsor



Cənubi Qafqazda Peşəkar Bank Təlimi

Avrasiya Fondu



Pərakəndə Bank Sisteminin Tətbiqi

Almaniya Yexniki Yardım Təşkilatı (GTZ)



Korporativ İdarəetmə

Almaniya İnkişaf Bankı (KFW)



Alman-Azərbaycan Fondunun Idarə Edilməsi

Almaniya İnkişaf Bankı (KFW)



Pərakəndə Bank Sisteminin Tətbiqi

Almaniya İnkişaf Bankı (KFW)



Azərbaycan və Gürcüstan Banklar Assosiasiyalarının Institusional İnkişafı

Avrasiya Fondu və Almaniya Yexniki Yardım Təşkilatı (GTZ)



AMB-də Kompensasiya Sistemlərinin Yaxşılaşması

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



Azərbaycan Neft Fondunda Kompensasiya Sistemlərinin Yaxşılaşması

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



Dövlət İnvestisiya Siyasəti və Səmərəlilik

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



CredAgroda Aktiv və Passivlərin Idarə Edilməsi

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)



Rabitəbankda Strateji Planlaşma

Beynəlxalq Maliyyə Korporasiyası (IFC



Azərbaycan İnestisiya Şirkətində Insan Resurslarının Idarə Edilməsi Sistemlərinin Yaxşılaşdırlması

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



Təhlil və Yeni Açılacaq Lizinq Şirkətinin Biznes Planı

İslam İnkişaf Bankı (IDB)



AMB-da Kompüterləşmiş Test Sisteminin Yaradılması

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)



Azəripoçt DM-si Işçilərinə Poçt-Maliyyə Xidmətləri Üzrə Təlim

Dünya Bankı (WB) (Azəripoçt DM



Kənd Təsərrüfatının Inkişafı və Kredit

Dünya Bankı (WB) (Azəripoçt DM



Kredit Zəmanət Fondu

Almaniya İnkişaf Bankı (KFW)

Yüklə 106,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin