Azərbaycan Banklar Assosiasiyasının Münsiflər Məhkəməsinin reqlamenti I. ÜMumi MÜDDƏalar



Yüklə 122,74 Kb.
tarix14.07.2018
ölçüsü122,74 Kb.
#56785
növüQaydalar


Azərbaycan Banklar Assosiasiyasının

Münsiflər Məhkəməsinin


REQLAMENTİ

I. ÜMUMİ MÜDDƏALAR
1. Reqlamentin tətbiq edilmə qaydası
Bu reqlament Azərbaycan Banklar Assosiasiyasında (ABA) mübahisəli məsələlərin həll edilməsi qaydalarına müvafiq olaraq tətbiq edilir və qeyd olunan Qaydaların tərkib hissəsidir.
2. Mübahisələrin ABA-nın Münsiflər Məhkəməsində həll edilməsi haqqında müqavilə
2.1. ABA-nın Münsiflər Məhkəməsi müzakirə üçün təqdim olunmuş mübahisələri yalnız yaranmış və ya gələcəkdə yarana biləcək mübahisənin ABA-nın Münsiflər Məhkəməsinə təqdim edilməsi haqqında münsiflik müqaviləsi olduqda qəbul edir.

2.2. Münsiflik müqaviləsi yazılı surətdə bağlanılır.

2.3. Mübahisənin ABA-nın Münsiflər Məhkəməsinə təqdim edilməsi haqqında müqavilə aşağıdakı kimi təqdim oluna bilər:
a. Müqaviləyə, bu müqavilənin icrası ilə bağlı yarana biləcək mübahisələrin ABA-nın Münsiflər Məhkəməsinə təqdim olunması haqqında müvafiq şərtin daxil edilməsi yolu ilə (Arbitraj qeydi); Arbitraj qeydi öz hüquqi qüvvəsini müqavilənin qüvvədə olub-olmamasından asılı olmayaraq qəbul edilir və onun tərkib hissəsi sayılır;

b. tərəflərin imzaladığı ayrıca Arbitraj müqaviləsinin bağlanması və yaxud məktub və ya belə müqaviləni təsbit edə bilən başqa elektron rabitə vasitəsilə məlumatların mübadiləsi yolu ilə;
3. ABA-nın üzvləri arasında yaranan mübahisələrin ABA-nın Münsiflər Məhkəməsinə verilməsi haqqında müqavilə
3.1. ABA-nın üzvləri, bu Reqlamentin 2-ci maddəsinin tətbiq edilməsinə zərər vurmadan, öz aralarında, mübahisələrin ABA-nın Münsiflər Məhkəməsinə təqdim olunması haqqında çoxtərəfli Müqavilə bağlamaq hüququna malikdir. Göstərilən Müqavilə Assosiasiyanın hər bir üzvü üçün onun imzaladığı və ya Müqaviləyə birləşmək barədə yazılı şəkildə təqdim olunan müvafiq ərizənin ABA-nın İcra aparatına təqdim edildiyi andan qüvvəyə minir.
3.2. ABA-nın İcra aparatı Assosiasiya üzvlərinin Müqaviləyə birləşməsi haqqında ərizələrin nüsxələrinin saxlanmasını və qorunmasını təmin edir.
4. Sənədlərin təqdim edilməsi
4.1. Tərəflər Arbitraj işinin aparılması üçün lazım olan sənədləri, Münsiflər Heyətinə daxil olan Münsiflərin, Münsiflər Məhkəməsinin və tərəflərin hər birinin bir nüsxə əldə etmək şərtini təmin edən sayda təqdim edir.

4.2. Münsiflər Məhkəməsinə ünvanlanmış iddia ərizəsi, həmçinin qarşılıqlı iddialar, başqa ərizələr, xahişlər ABA-nın Münsiflər Məhkəməsi haqqında Qaydalara əsasən Azərbaycan dilində və ya araşdırmanın aparıldığı dildə təqdim olunmalıdır.

4.3. Bu maddənin 4.2. bəndində göstərilən sənədlər istisna olaraq, tərəflərin mülahizəsinə uyğun olaraq başqa sənədlərin surətləri təqdim oluna bilər. Münsiflər heyəti öz mülahizəsi və yaxud tərəflərin birinin xahişi ilə sənədin orijinal nüsxəsini, təqdim olunan sənədin təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini və yaxud xaricdə verilmiş sənədin dürüst olmasının təsdiqini tələb edə bilər.

Münsiflər heyəti öz Mülahizəsi və ya tərəflərin birinin xahişi ilə, digər tərəfdən təqdim olunan sənədlərinin məzmununu Azərbaycan dilinə və ya işin aparıldığı dilə tərcüməsini tələb edə və ya onun hesabına tərcüməni təmin edə bilər.


5. Sənədlərin göndərilməsi və təqdimatı
5.1. Münsiflər Məhkəməsinin məsul katibi iş üzrə bütün sənədlərin tərəflərin göstərdiyi ünvanlara göndərilməsini təmin edir.

5.2. Əgər tərəflər məlumatların ötürülməsinin xüsusi formaları barədə razılığa gəlməyiblərsə və ya Münsiflər Məhkəməsi məlumatların ötürülməsini tərəflərin razılığına əsasən təmin edə bilməyibsə, iddia ərizələri, iddialar üzrə izahatlar, çağırış vərəqələri və qərarlar sifarişli məktubla və ya belə məlumatları təqdim edilməsinin təsdiqini təmin edən digər üsulla göndərilir.

5.3. Digər sənədlər sifarişli və ya adi məktubla, bildiriş və xəbərdarlıq məktubu isə şəxsən verilə, eləcə də faksla və ya e-poçtla göndərilə bilər.

5.4. Bu bölmənin 5.2 və 5.3 bəndlərdə sadalanan sənədlər tərəflərə sənədlərin qəbulu haqda arayış almaqla şəxsən təqdim edilə bilər.

5.5. Adresatın ABA-nın Münsiflər Məhkəməsi tərəfindən göndərilən sənədlərin qəbulundan imtina edilməsi və poçt idarəsinin və ya korrespondensiyanın təchizi ilə məşğul olan digər təşkilatının bildirişinə baxmayaraq sənədlərin qəbul etməməsi sənədlər təqdim olunmamış hesab edilə bilməz.
6. Yazılı məlumatların alınması
Əgər tərəflər digər şərtlər barədə razılaşmayıbsa, istənilən yazılı məlumat, ünvan sahibinə şəxsən və ya onun hüquqi ünvanına çatdırıldığı halda, qəbul edilmiş hesab edilir. Məntiqli axtarışlar yolu ilə hüquqi ünvanın müəyyən edilməsi qeyri mümkün olduğu zaman yazılı məlumat, sonuncu mövcud hüquqi ünvan üzrə sifarişli məktubla və ya bu məlumatin çatdırılması cəhdini göstərən digər yolla gödərildiyi halda, edilmiş hesab edilir.
7. Etiraz etmək hüququndan imtina
Əgər mövcud qanunvericilikdə, ABA-nın mübahisəli məsələlərin həll etmə qaydalarında, bu Reqlamentində və ya tərəflər arasında bağlanmış müqavilələrdə müəyyən edilmiş tələblərin pozulması haqqında məlumatlı olan və ya sonradan belə məlumatdan xəbərdar olan tərəf Münsiflər Məhkəməsində (müəyyən edilmiş müddətdə) ona məlum olan pozuntular barədə ləngimədən məlumat verməyərək işin baxılmasında iştirak etməyə davam edirsə, o, özünün

etiraz etmək hüququndan imtina etmiş hesab olunur.


8. Münsiflərin yığım və xərcləri
Münsiflər Məhkəməsinin münsiflər yığımı və xərclərinin odənilməsinin hesablanması və müəyyənləşdirilməsi bu Reqlamentin və ABA-nın “Mübahisəli məsələlərin həll edilməsi Qaydaları”nın ayırılmaz hissəsi olan tərəflərin münsiflər yiğimı və xərcləri barədə mövcud Əsasnaməyə əsasən həyata keçirilir.
9. Mübahisələrin münsiflərəqədərki tənzimlənməsinin üsulları
Azərbaycan Respublikasının mövcud qanunvericiliyində tərəflərin münasibətlərinə tətbiq edilə bilən qanunda və ya tərəflər arasında razılıqda mübahisələrin münsiflərəqədərki tənzimlənməsinin (danışıqların aparılması, şərik və ya barışıq müqavilələrində istifadə olunmasının) zəruri olması nəzərdə tutula bilər.
II. İŞİN QALDIRILMASI
10. İddianın irəli sürülməsi
10.1. Münsiflər Məhkəməsində işə baxılması ABA-nın Münsiflər Məhkəməsinə təqdim edilən iddia ərizəsi ilə başlanır.

10.2. İddia ərizənin tarixi, onun ABA-nın Münsiflər Məhkəməsinin katibliyinə təqdim olunması günü və ya poçt vasitəsilə göndərildikdə poçt idarəsinin möhürünün ilə müəyyən edilir.


11. İddia ərizəsinin məzmunu.
11.1. iddia ərizəsi aşağıdakıları özündə əks etdirməlidir:
- tərəflərin adları (iddiaçının, cavabdehin, üçüncü şəxslərin);

- ABA Münsiflər Məhkəməsinin səlahiyyətlərinin əsaslandırılması;

- iddia tələblərinin məzmununun ifadəsi;

- iddianın qiymətinin göstərilməsi (iddianın qiyməti, iddia tələblərinin məzmunundan asılı olmayaraq pul məbləğində ifadə olunmalıdır; əks halda iddianın qiyməti tərəflərin Münsiflər yığımı və xərcləri barədə Qaydaların müəyyən etdiyi minimal iddia qiymət sayılır);

- iddia tələblərinin əsası, çıxan faktiki və hüquqi hadisələrin ifadəsi və bu hadisələri təsdiq edən sübutların göstərilməsi;

- iddiaçın imzası;

- tərəflərin ünvanlan;

- iddiaçının seçdiyi münsifin ad və soyadı və ya münsifin Münsiflər Məhkəməsinin Sədri tərəfindən təyin edilməsi barədə xahiş ;

- münsiflər yığımının ödənilməsi haqqında arayış;

- iddia ərizəsinə əlavə edilən sənədlər.


11.2. İddia ərizəsi həmçinin, aşağıdakıları özündə əks etdirə bilər:


  • iddiaçının seçdiyi ehtiyat Münsifinin ad və soyadının göstərilməsi;

  • işə baxılma ilə əlaqədər yazılı məlumatların çatdırılması üsulları barədə tərəflərin əldə etdiyi razılığa dair məlumatlar.


12. İddia ərizəsində çatışmazlıqlarının aradan qaldırılması
12.1. İddia ərizəsinin bu Reqlamentinin 11-ci Maddəsində göstərilən tələblərə uyğun gəlməməsi müəyyən edilərsə, ABA-nın Münsiflər Məhkəməsinin məsul katibi iddiaçiya mövcud çatışmazlıqların aradan qaldırılmasını təklif edir.

Çatışmazlıqların aradan qaldırılması müddəti göstərilən təklifin alındığı gündən sonrakı 3 iş günündən çox olmamalıdır. Çatışmazlıqlar göstərilən müddət ərzində aradan qaldırıldığı halda, iddia ərizəsinin tarixi Reqlamentinin 10-cu maddəsinın 10.2. bəndində göstərilən tarix kimi müəyyən edilir. İddia ərizəsindəki çatışmazlıqlar aradan qaldırılana qədər işdə heç bir dəyişikliklər aparılmır.

12.2. İddiaçının iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması barədə təklifə baxmayaraq, işə baxmasının davam etməsini təkid etdiyi halda, Münsiflər Məhkəməsinin Sədri işin dayandırılması barədə qərar qəbul edir və ya məsələni Münsiflər Heyətinin müzakirəsinə təqdim edilir.
13. İddianın təmin edilməsi üzrə tədbirlər
13.1. ABA-nın Münsiflər Məhkəməsində işə baxıldığı zaman iddianın təmin etmə həcmi və forması müəyyən edilə bilər. Təmin edici tədbirlərin tətbiq edilməməsi ABA-nın Münsiflər Məhkəməsi tərəfindən hər hansı iş üzrə çıxarılan qərarın yerinə yetirilməsini çətinləşdirdiyi və ya qeyri mümkün edildiyi bütün hallarda iddianın təmin edilməsinə yol verilir.
13.2. İddianın təmin edilməsi üçün tədbirlərin görülməsi haqqında xahiş özündə sorğu verən tərəfin iddiasının təmin edilməsi üsulunu, eləcə da belə tədbirlər görümədiyi halda mövcud iş üzrə ABA-nın Münsiflər məhkəməsinin qərarlarının yerinə yetirilməsinin çətinləşməsi və ya qeyri mümkünlüyünü sübut edən amilləri əks etdirir. Xahiş mövcud mübahisənin baxılması üçün formalaşmış Münsiflər Heyətinə ünvanlandırılır və iddianın təmin edilməsi üzrə tədbirlərin görülməsi haqqında xahişə Münsiflər Məhkəməsinin məsul katibinə təqdim edildiyi gündən 3 iş günü müddətində baxılır.
13.3. İddianın təmin edilməsi barədə xahişə baxılmasının nəticələrinə görə müvafiq tədbirlərin görülməsi və ya onun qəbul edilməsinə etiraz edilməsi haqqında qərar çıxarılır. İddianın təmin edilməsi üzrə tədbirlərin görülməsi haqqında qarar çıxararkən Münsiflər heyəti iddiaçıdan iddianın təmin edilməsi nəticəsində cavabdeh şəxsə dəyə biləcək ziyanların ödənilməsi üçün təminat tələb edə bilər.
13.4. İddianın təmin edilməsi üçün tədbirlərin görülməsi barədə xahişlə tərəflərdən birinin məhkəmə orqanlarına müraciəti mübahisəli məsələlərin ABA-nın Münsiflər Məhkəməsində həll edilməsi haqqında razılığa zidd olmayacaq.

Tərəflərdən biri belə zəmanətlə ABA-nın Münsiflər məhkəməsində işə baxılmasına qədər və ya sonrakı ərəfədə məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir ki, bu halda o, (tərəf) mövcud zəmanətin (xahişin) açıqlanması barədə sonuncunu məlumatlandırmağa borcludur.


III. İŞİN HAZIRLANMASI
14. Cavabdehin xəbərdar edilməsi və onun tərəfindən Münsifin seçilməsi.
14.1. Bu Reqlamentinin 11-ci Maddəsinin tələblərinə uyğun olaraq Münsiflər Məhkəməsinin Məsul katibinə iddia ərizəsinin təqdim edilməsindən növbəti iş gününün sonuna qədər və ya mövcud Reqlamentin 12-ci maddəsının tələblərinə uyğun olaraq, çatışmazlıqların aradan qaldırılmasından sonra ABA-nın Münsiflər Məhkəməsinin məsul katibi cavabdehə, iddia ərizəsinin daxil olması barədə xəbər verir və ona iddia ərizəsinin və ərizəyə əlavə edilən sənədlərin surətlərinin və eləcədə Münsiflərin siyahısını göndərir.
14.2. Eyni zamanda məsul katib, cavabdeh tərəfindən iddia ərizəsinin alınmasından 20 təqvim günü sonra cavabdehdən müvafiq sübutlarla əsaslandırılmış yazılı izahatın təqdim etməsini təklif edir.
14.3. İddia ərizəsinin alındığı gündən 20 təqvim günü müddətində cavabdeh özünün seçdiyi Münsifin ad və soyadını elan etməli və ya Münsifin Münsiflər Məhkəməsinin Sədri tərəfindən təyin edilməsi barədə xahişini bildirməlidir. Cavabdeh, həmçinin ehtiyat Münsifini seçə bilər.
15. Münsiflər heyətinin formalaşdırılması
15.1. Bu Reqlamentinin 12-ci və 14-cü maddələrinə uyğun olaraq tərəflərin seçildiyi və ya Münsiflər Məhkəməsinin Sədri tərəfindən təyin edilmiş Münsiflər siyahısından Münsiflər heyətinin Sədrini seçirlər.
15.2. Cavabdeh tərəfindən bu Reqlamentin 14-cü maddəsində göstərilən müddətdə Münsif seçilmədiyi halda, Münsifi Münsiflərin siyahısından ABA-nın Münsiflər Məhkəməsinin Sədri seçir.
15.3. İkinci Münsifin seçildiyi və ya təyin edildiyi gündən 5 iş günü Müddətində Münsiflər, Münsiflər Heyətinin Sədrini seçməyə borcludurlar.

Əgər Münsifləri ikinci Münsifin seçildiyi və ya təyin edildiyi gündən 5 iş günü müddətində Münsiflər heyətinin Sədrini seçməyiblərsə, Münsiflər Heyətinin Sədri Münsiflər məhkəməsinin Sədri tərəfindən Münsiflər siyahısından təyin edilir.


15.4. İddiaçının və ya cavabdehin sayi iki və daha artıq olduqda, iddiaçı və cavabdeh tərəfin hərəsi bir nəfər Münsifi və əvəzləyici Münsifi seçmək hüququna malikdir. İddiaçılar və ya cavabdehlər arasında razılaşma alınmadıqda Münsif ABA-nın Münsiflər Məhkəməsinin Sədri tərəfindən təyin edilir.
16. Fərdi Münsifin seçilməsi və ya təyin edilməsi
Tərəflərin qarşılıqlı razılığı ilə işə Münsiflər siyahısından seçilmiş Münsif, əgər belə bir razılıq əldə edilməyibsə, ABA-nın Münsiflər Məhkəməsinin Sədrinin Münsiflər siyahısından təyin edilmiş fərdi Münsif tərəfindən baxılır.
17. İşə baxılmasına hazırlıq
17.1. Münsiflər Heyətinin Sədri onun 15-ci Maddəyə uyğun olaraq seçilməsindən və ya təyin edilməsindən sonra 5 iş günü ərzində işin sənədləri ilə tanış olub işə baxılmasına Münsiflər məhkəməsinin tərkibinin formalaşdırılmasından sonra 30 gündən gec olmayaraq başlanması üçün göstərişlər verir.
17.2. Münsiflər Heyətinə daxil olan Münsiflər işə baxılmasından əvvəl işin sənədləri ilə tanış olmalıdırlar və tərəflərdən yazılı izahat, sübut və digər əlavə sənədlərin tələb olunması ilə bağlı tədbirlərin zəruriliyi barədə Münsiflər Heyətinin Sədrinə təkliflər təqdim edə bilərlər.
17.3. Münsiflər Heyətinin Sədri iş üzrə məruzəçiyə və ABA-nın nəzdində Münsiflər Məhkəməsinin məsul Katibinə işə baxılmasına hazırlıq işlərinin görülməsi və baxılması barədə ayrı-ayrı göstərişlər verə bilər. O, Münsiflər Məhkəməsinin məsul katibinə tərəflərin iclasa çağırılmasını tapşırır.
17.4. Münsiflər Heyətinin Sədri və ya ABA-nın Münsiflər Məhkəməsinin sədri tərəfindən işin hazırlanması üzrə əlavə tədbirlərin görülməsi haqqında qərar qəbul edildiyi halda, onlar bu əlavə tədbirlərin yerinə yetirilməsinin müddətlərini müəyyən etməlidirlər.
18. İşə baxilması haqqında tərəflərin xəbərdar edilməsi
Tərəflər işə baxılmasının vaxtı və yeri barədə çağırış vərəqəsi vasitəsi ilə xəbərdar edilirlər. Bu çağırış vərəqələrinin çatdırılması hər bir tərəfin işin baxılmasına hazırlaşmaq və gəlmək üçün ən azı 15 gün vaxt müddətinə malik olmasının təmin edilməsi ilə nəzərdə tutulur. Tərəflərin razılığı ilə bu müddət azaldıl bilər.
19. Münsifin, mütəxəssisin və tərcüməçinin işdən kənar edilməsi
19.1. Tərəflərdən hər biri Münsifin, Münsiflər Heyətinin Sədrinin və ya fərdi Münsifin, onların qərəzsizliyi əsaslandırılmış şübhə doğurarsa, məsələn, onların işin nəticəsi ilə bağlı şəxsi və ya dolayı marağın mövcudluğu ehtimal edilə bilərsə, işdən kənar edilməsi haqqında ərizə təqdim edə bilər. Münsif, Münsiflər Heyətinin Sədri və ya fərdi Münsif yuxanda göstərilən səbəblərə görə öz namizədliyini geri götürə bilər.

İşdən kənar edilmə haqqında bəyanat işə baxılmasına başlamazdan əvvəl təqdim olunmalıdır.

İşə baxılmasına başlandıqdan sonra təqdim edilmiş belə bəyanat yalnız Münsiflər heyəti belə bəyanatın yubadılmasının səbəblərini üzrlü hesab etdiyi halda müzakirə edilir.
19.2. Namizədliyə etiraz edilməsi məsələsi Münsiflər Heyətinin qalan üzvləri tərəfindən müzakirə edilir. Münsiflər Heyətinin üzvləri razılığa gələ bilmədiyi halda və ya işdən kənar edilməsi haqqında ərizə iki Münsif yaxud fərdi Münsifə qarşı təqdim edildiyi zaman, məsələ ABA-nın yanında Münsiflər Məhkəməsinin Sədri tərəfindən həll olunur.
19.3. Bu Maddənin 19.1. bəndində göstərilən səbəblərə görə mütəxəssislər və tərcüməçilər işdən kənar edilə bilər. Bu halda məsələ Münsiflər heyəti tərəfindən həll olunur.
20. Münsiflər heyətində dəyişikliklər.
Münsiflər heyətinin Sədri, fərdi Münsif və ya Münsif işin baxılmasında iştirak edə bilmədiyi halda, Münsiflər Heyətinin yeni Sədri, fərdi Münsif və ya Münsif (əgər onun əvəz edici Münsifi yoxdursa) bu Reqlamentə uyğun olaraq seçilir, yaxud təyin olunurlar.

Zəruri hallarda və tərəflərin fikirlərini nəzərə almaqla Münsiflər heyəti yeni namizədlərin təyin olunmasından əvvəl müzakirə edilmiş məsələləri yenidən Müzakirə edə bilər.


IV. İSƏ BAXILMA
21. İclasda iştirak
Mübahisələr qapalı iclaslarda müzakirə edilir. Münsiflər Heyətinin icazəsi ilə və tərəflərin razılığı ilə işin mahiyyəti ilə bağlı olmayan şəxslər də iclasda iştirak edə bilər.
22. Tərəflərin iştirakı
22.1. Tərəflər öz işlərini ABA-nın yanında Münsiflər Məhkəməsində bilavasitə özləri və ya özləri tərəfindən vəkil edilmiş nümayəndələrin vasitəsi ilə apara bilərlər.
22.2. Arbitraj iclasının keçirilməsinin vaxtı və yeri haqqında müvafiq qaydada xəbərdar olunmuş tərəfin iclasa gəlməməsi işin baxılması üçün maneə deyil (gəlməyən tərəf işə baxılmasının başa çatmasından əvvəl üzrlü səbəbdən onun yubadılmasının tələb etməyibsə).
22.3. Tərəflərin hər biri işə baxılmasının onun iştirakı olmadan keçirilməsini xahiş edə bilər.
23. Mübahisənin barışdırıcı müqavilənin vasitəsi ilə həll edilməsi
İşə baxılmanın hər bir mərhələsində Münsiflər mübahisəni barışıq müqaviləsinin vasitəsi ilə həll edilməsi üçün mövcud imkanlardan istifadə edirlər.
24. Yazılı sənədlər əsasında işə baxılması
İş üzrə şifahi baxılma keçirilməyərək tərəflər arasında mübahisənin həll edilməsi barədə müqavilənin bağlanmasına yalnız yazılı sənədlər əsasında yol verilir. İşin mahiyyətinə görə həll edilməsi üçün təqdim olunmuş sənədlər kifayət deyilsə, Münsiflər heyəti işə şifahi baxılmanı təyin edə bilər.
25. Qarşılıqlı iddia
25.1. Birinci iddiaya baxılmasının başa çatmasından əvvəl cavabdeh qarşılıqlı iddia irəli sürmə hüququna malikdir. Cavabdeh tərəfindən qarşılıqlı iddianın təqdim olunmasının heç bir əsaslandırılmış səbəb olmadan yubadılması nəticəsində Münsiflər Məhkəməsində işə baxılması proseduru uzadıldığı halda, Münsiflər Məhkəməsi özünün bununla əlaqədər yaranmış əlavə xərclərinin və digər tərəfin xərclərinin ödənilməsini cavabdehin üzərinə qoya bilər.
25.2. Qarşılıqlı iddiaya təqdim olunan tələblər birinci iddiaya təqdim olunan tələblərlə eynidir.
26. Sübutlar
26.1. Tərəflər onların tələblərinin və ya etirazlarının əsası kimi götürülən, istinad olunan hadisələrin doğruluğunu sübut etməlidirlər. Münsiflər heyəti tərəflərdən əlavə sübutların təqdim edilməsini tələb edə bilər. Münsiflər heyəti öz qərarı ilə ekspertizanın keçirilməsini təyin etmək, üçüncü şəxslərdən sübutların təqdim edilməsini tələb etmək və şahidləri dəvət etmək, dinləmək hüququna malikdir.
26.2. Tərəflər öz sübutlarını yazılı sürətdə orijinal nüsxədə, yaxud onun təsdiqlənmiş sürəti vasitəsilə təqdim edə bilərlər. Zəruri hallarda Münsiflər Məhkəməsi sənədin orijinal nüsxəsini tələb edə bilər.

Münsiflər heyəti bu sənədlərin digər dilə tərcümə edilməsini tələb edə bilər (əgər bu işin baxılması üçün lazımdırsa).


26.3. Sübutların yoxlanması Münsiflər heyəti tərəfindən müəyyən edilmiş üsulla yerinə yetirilir. Münsiflər məhkəməsinin tərkibinin Qərardada görə yoxlanılması işlərinin həyata keçirilməsi Münsiflərin birinin üzərinə qoyula bilər.
26.4. Sübutların doğruluq səviyyəsi Münsiflər tərəfindən onların daxili əqidələrinə görə müəyyən edilir.
27. İşə baxılmanın yubadılması və istintaqın dayandırılması
Zəruri hallarda tərəflərin ərizəsi ilə və ya Münsiflər heyətinin təşəbbüsü ilə işin baxılması yubadıla və onun araşdırılması dayandırıla bilər. İşə baxılmasının yubadılması və onun araşdırılmasının dayandırılması haqqında Qarardad (Qarar) çıxarılır.
28. İclasın protokolu
28.1. Hər bir iclasda məruzəçi tərəfindən işin baxılması haqqında protokol tərtib olunur. Protokola iclasın gedişi haqqında qısa məlumat və tərəflərin təqdim etdiyi tələblər və bəyanatlar təqdim olunur. İclasın protokolunda aşağıdakılar əks etdirilməlidir: ABA-nın yanında Münsiflər Məhkəməsinin adı; iclasın keçirildiyi vaxt və yer; mübahisədə olan tərəflərin adları və onların iclasda iştirakı haqqında məlumat; Münsiflərin, tərəflərin nümayəndələri qismində çıxış edən şəxslərin; şahidlərin; mütəxəssislərin və iclasda iştirak edən digər şəxslərin S.A.A-ları. Protokol onu tərtib etmiş mürizəşi tərəfindən imzalanır və münsiflər məhkəməsinin tərkibi ilə təsdiq olunur.
28.2. Tərəflər protokolun məzmunu ilə tanış olmaq hüququna malikdirlər. Hər bir tərəfin tələbi ilə Protokola əlavə və dəyişikliklər edilə bilər.
28.3. Tərəfin tələbi ilə ona protokolun surəti təqdim olunur.
V. MÜNSİFLƏR MƏHKƏMƏSİNDƏ İŞƏ BAXILMASININ BAŞA ÇATMASI
29. Araşdırmanın başa çatması
29.1. Münsiflər Məhkəməsində işə baxılma qərar və Qərardadın (Qarar) çıxarılması ilə başa çatır.
29.2. Qərar mübahisə öz mahiyyətinə görə həll olunduqda çıxarılır (tərəflərin bağlanılmış barışdırıcı müqaviləyə uyğun olaraq və 13-cü maddəyə əsasən təminat tədbirlərinin görülməsi ilə bağlı qərarın tərəflərin xahişi əsasında çıxarılması halları daxil olmaqla).
30. Qararın qəbul edilməsi
30.1. Münsiflər heyəti mübahisə ilə bağlı bütün hadisələrin kifayət qədər aydınlaşdırıldığını hesab etdiyi halda, iş üzrə şifahi baxılmasını başa çatmış elan edib qərarın çıxarılmasına başlayır.
30.2. Qarar qapalı iclasda Münsiflər heyətinin səs çoxluğu ilə qəbul olunur. Münsiflərin əksəriyyəti ilə razı olmayan Münsif işə əlavə olunan öz xüsusi rəyini yazılı formada təqdim edir.
31. Qararın məzmunu
31 .1. Qərara aşağıdakılar daxil edilməlidir:


  • ABA-nın nəzdində Münsiflər Məhkəməsinin adı;

  • Qərarın qəbul edildiyi vaxt və yer;

  • Münsiflərin adları və soyadları;

  • Mübahisədə iştirak edən tərəflərin adları;

  • Mübahisənin mövzusu və iş ilə bağlı hadisələrin qısa məzmunu;

  • Qərarın əsası;

  • İddia tələblərinin yerinə yetirilməsi və ya qəbul edilməməsi və iş üzrə rüsumların və xərclərin tərəflər arasında bölüşdürülməsi haqqında ərizə;

  • Münsiflərin imzaları.

31.2. Münsiflərdən birinin qərarı imzalaya bilmədiyi halda, Münsiflər Məhkəməsinin Sədri öz imzası və səbəblərin göstərilməsi ilə qərarı təsdiq edir.


32. Qərarın elan edilməsi
32.1. Qarar çıxarıldıqdan sonra onun son hissəsi tərəflərə şifahi formada və ya yazılı surətdə çatdırılır.
32.2. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş müddət ərzində (15 gündən çox olmayaraq), tərəflərə yazılı formada əsaslandırılmış qarar təqdim olunmalıdır.
32.3. Bu maddənin 32.1.-ci bəndi istisna olmaqla, Münsiflər heyəti qərarı tərəflərin nəzərinə yazılı formada, şifahi elan edilməyərək, 15 gündən artıq olmayan müddət ərzində təqdim edilməsi haqqında qarar qəbul edə bilər.
32.4. Münsiflər Məhkəməsinin Sədri zəruri hallarda bu Maddənin 32.2.-ci və 32.3.-cü bəndlərində müəyyən edilmiş müddəaları artıra bilər.
33. Qərarlara əlavələrin və düzəlişlərin daxil edilməsi
33.1. Əsaslandırılmış qərarın qəbul olunmasından sonra 15 gündən gec olmayaraq, tərəfin xahişinə uyğun olaraq, onun bütün müvafiq qaydada təqdim olunmuş tələblərə cavabları qərara daxil edilmədikdə, Münsiflər heyəti əlavə qarar çıxarıla bilər.
33.2. Qərarın mətnində işin mahiyyətinə təsiri olmayan aşkar səhvlər, təhriflər və arifmetik səhvlər Münsiflər heyətinin tərifi, tərəfin xahişi və ya məhkəmənin təşəbbüsü ilə düzəldilə bilər.
33.3. Əlavə qərar və ya qərarın düzəlişi haqqında tərif düzəldilmiş qərarın ayrılmaz hissəsidir. Tərəflər qərarın əlavə olunması və ya düzəlişi ilə bağlı hər hansı xərclərin ödənilməsinə görə məsuliyyət daşımırlar.
34. Qərarın yerinə yetirilməsi
34. 1. ABA-nın nəzdində Münsiflər Məhkəməsinin qərarı könüllü olaraq, qərarda müəyyən edilmiş müddət ərzində yerinə yetirilir. Qərarın yerinə yetirilməsi müddətləri qeyd olunmayıbsa, qərar dərhal yerinə yetirilməlidir.
34.2. Könüllü olaraq yerinə yetirilmiş qararlar Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirilir.
34.3. Beynəlxalq iqtisadi əlaqələrlə bağlı yaranan mübahisələrə aid 34.1. bəndində müəyyən edilmiş müddət ərzində könüllü olaraq yerinə yetirilməmiş qərarların yerinə yetirilməsi “Beynəlxalq Kommersiya arbitrajı haqqında” Azərbaycan Respublikasının Qanununa və Müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
35. Qarar çıxarılmadan işin aparılmasının dayandırılması
35.1. İş üzrə qərar çıxarılmırsa, işin aparılması Qərardad çıxarılması ilə məhdudlaşdırılır.
35.2. İşin aparılmasının dayandırılması haqqında Qarar aşağıdakı hallarda çıxarılır:


  • ərizəçi tərəfindən iddia ərizəsi geri alındıqda;

  • 25-ci maddənin 2-ci bəndində göstərildiyi kimi tərəflər arasında qərarın çıxarılmasını tələb etməyən barışdırıcı müqavilənin imzalanması;

  • Mübahisəyə onun mahiyyətinə görə baxılması və həll edilməsi üçün zəmin yoxdursa, ərizəçinin fəaliyyətsizliyi nəticəsində işin 3 aydan artıq vaxt ərzində həll olunmamış qaldığı hallar daxil olmaqla.

35.3. ABA-nın Münsiflər Məhkəməsinin Qərarına qarşı müvafiq olaraq bu Reqlamentin 29-cu müddəaları tətbiq edilir.


35.4. Münsiflər Məhkəməsinin tərkibinin formalaşdırılmasından əvvəl işin aparılmasının dayandırılması haqqında Qərar ABA-nın nəzdində Münsiflər Məhkəməsinin Sədri tərəfindən çıxarılır.
36. ABA-nın nəzdində Münsiflər Məhkəməsinin qərarlarının dərc edilməsi
ABA-nın nəzdində Münsiflər Məhkəməsinin Sədrinin icazəsi ilə Münsiflər Məhkəməsinin qərarları dövri mətbuatda və ya xüsusi kitabçalarda dərc edilə bilər. Bu halda tərəflərin mənafeləri kommersiya və bank sirlərinin qorunması qaydaları və Münsiflər Məhkəməsində baxılan işlərin mülki xarakteri nəzərə alınmalıdır. Hər halda tərəflərin adlan, onların bank rekvizitləri və bu kimi məlumatlar dərc edilə bilməz.
Yüklə 122,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin