Əzələ təqəllüsünün biokimyası
16. Əzələ toxumasının kimyəvi tərkibi hansı maddələrdən ibarətdir?
A) yalnız üzvi maddələrdən
B) su, üzvi və qeyri-üzvi maddələrdən
C) su və qeyri-üzvi maddələrdən
D) yalnız amin turşulardan
E) azotlu üzvi birləşmələrdən
17. Hansı üzvi maddələr əzələ toxumasının kimyəvi tərkibini təşkil edir?
1.karbohidratlar, lipidlər
2.aminturşular, zülallar
3.fosfat turşusu, kreatinfosfat, ATF
4.fosfat turşusu, zülallar, ATF
A) 2,3
B) 1,4
C) 1,2
D) 2,4
E) 3,4
18. Əzələ toxumasının 72-80%-i nədən təşkil olunmuşdur?
A) qeyri üzvi maddələrdən
B) karbohidratlardan
C) sudan
D) zülallardan
E) fmin turşularından
19. Skelet əzələlərində neçə növ liflər vardır?
A) 1
B) 3
C) 5
D) 2
E) 4
20. Əzələ liflərinin yığılmasında hansı zülallar iştirak edir?
A) kollagen
B) aktin, miokinaza
C) aktin, miozin
D) kreatin
E) elastin, kollagen
21. Sarkoplazma zülalları əzələ toxumasında hansı funksiyanı yerinə yetirir?
A) təqəllüs
B) struktur
C) mübadilə
D) müdafiə
E) ehtiyat
22. Miofibrillərin əzələ toxumasında rolu nədir?
A) müdafiə funksiyasını yerinə yetirirlər
B) əzələ təqəllüsünü yerinə yetirirlər
C) mübadilə proseslərini yerinə yetirirlər
D) nəqliyyat funksiyasını yerinə yetirirlər
E) ehtiyat funksiyasını yerinə yetirirlər
23. Stroma zülalları əzələ toxumasında hansı funksiyaları yerinə yetirir?
A) ehtiyat
B) quruluş-struktur
C) mübadilə
D) tənəffüs
E) təqəllüs
24. Əzələ təqəllüsündə Ca2+ ionunun rolu nədir?
A) ATF-in əzələ liflərində parçalanmasını təmin edir
B) əzələ liflərinə hərəki sinir siqnalını ötürür
C) əzələ liflərinə duyğu sinir impluslarını ötürür
D) təqəllüsdə iştirak edən zülalları inaktivləşdirir
E) Ca2+ ionunun əzələ təqəllüsündə heç biri rolu yoxdur
25. Əzələ lifinin quruluş vahidi nədir?
A) lipoproteidlər
B) polisaxaridlər
C) miofibrillər
D) bioloji membranlar
E) hər biri
26. Tropomiozin zülalı aşağıdakı funksiyalardan hansını yerinə yetirir?
A) energetik maddə rolunu oynayır
B) Ca2+ ionlarının miqdarını azaldır
C) aktin və miozinlə əlaqəni kəsir
D) ATF-in hidrolizini zəiflədir
E) ATF-in miqdarını artırır
27. ATF əzələ toxumasında əsasən hansı funksiyanı yerinə yetirir?
A) sinir impluslarının ötürülməsini
B) enerji mübadiləsini və hidroliz proseslərini
C) assimilyasiya proseslərini
D) mübadilə proseslərini
E) dissimilyasiya proseslərini
28. ATF molekulunun kimyəvi tərkibi necədir?
A) adenin azot əsası+fosfat turşusu
B) adenin azot əsası+dezoksiriboza+fosfat turşusu
C) adenin azot əsası+riboza+trifosfat turşusu
D) adenin azot əsası+qlükoza+fosfat turşusu
E) adenin azot əsası+kreatin+fosfat turşusu
29. Miozinin ferment xassəsi hansı maddənin parçalanmasını kataliz edir?
A) AMF-in
B) ATF-in
C) KrF-ın
D) ADF-in
E) zülalların
30. Miozinin ferment aktivliyi onun molekulunda hansı funksional qrupun olması ilə bağlıdır?
A) COOH
B) OH
C) SH
D) C=O
E) –S–S–
31. ATF-in hidrolizi zamanı hansı miqdarda enerji ayrılır?
A) 20 kkal
B) 10 kkal
C) 30 kkal
D) 60 kkal
E) 80 kkal
32. Əzələlərdə kreatinfosfatın miqdarı ATF-dən neçə dəfə çoxdur?
A) 5
B) 4
C) 3
D) 2
E) 10
33. Əzələlərin təqəllüsü üçün ATF-in qatılığı neçə faiz olmalıdır?
A) 0,40%
B) 100%
C) 0,05%
D) 50%
E) 0,01%
Dostları ilə paylaş: |