Fiziki keyfiyyətlərin biokimyəvi xüsusiyyətləri
52. Orqanizmdə baş verən kimyəvi dəyişikliklərin dinamikası icra olunan fiziki hərəkətin hansı növündən asılıdır?
A) yalnız növündən və idmançının məşq səviyyəsindən asılıdır
B) şiddətindən,davametmə müddətindən və idmançının məşq səviyyəsindən asılıdır
C) şiddətindən, tipindən, davametmə müddətindən və idmançının məşq səviyyəsindən asılıdır
D) yalnız məşq səviyyəsindən asılıdır
E) davametmə müddətindən və məşq səviyyəsindən asılıdır
53. Ən böyük biokimyəvi dəyişikliklər hansı növ fiziki hərəkətlərdə baş verir?
A) regional
B) lokal
C) lokal və qlobal
D) qlobal
E) regional və qlobal
54. Uzunmüddətli fiziki işlər zamanı ATF əsasən hansı mexanizm hesabına bərpa olunur?
A) aerob və anaerob
B) miokinaza
C) kreatinfosfokinaza
D) aerob
E) qlikolitik
55. Qısamüddətli fiziki işlər zamanı ATF-in resintezində hansı mexanizmlər iştirak edir?
A) qlikolitik və miokinaza
B) yalnız qlikolitik
C) kreatinfosfokinaza və qlikolitik
D) yalnız miokinaza
E) kreatinfosfokinaza və miokinaza
56. Fiziki işin davametmə müddəti artdıqca anaerob mexanizmdə hansı dəyişikliklər baş verir?
A) şiddət sabit qalır, həcm artır
B) şiddəti və həcmi artır
C) şiddəti və həcmi azalır
D) şiddət və həcm dəyişkən olur
E) şiddəti azalır, həcm sabit qalır
57. Fiziki işin davametmə müddəti artdıqca aerob mexanizmdə hansı dəyişikliklər baş verir?
A) şiddət və həcm sabit qalır
B) şiddəti və həcmi azalır
C) şiddəti və həcmi artır
D) şiddət və həcm dəyişkən olur
E) heç bir dəyişiklik baş vermir
58. Oksigen eritrositlərdəki hemoqlobin ilə birləşib hansı maddəni əmələ gətirir?
D) trombositləri
A) oksihemoqlobini
E) albumini
B) mioqlobini
C) leykositləri
59. Aerob reakiyalar zamanı lazım olan oksigenin miqdarı necə adlanır?
A) oksigen çoxluğu
B) oksigen çatışmazlığı
C) oksigen ehtiyacı
D) oksihemoqlabin ehtiyacı
E) oksihemoqlabin çatışmazlığı
60. Sprint qaçışında enerjinin neçə faizini anaerob qlikoliz təşkil edir?
A) 20%
B) 10%
C) 50%
D) 30%
E) 60%
61. Marafon qaçışı zamanı neçə qrama qədər yağların oksidləşməsi baş verir?
A) 500qr
B) 100qr
C) 200qr
D) 300qr
E) 750qr
62. Əzələ işi zamanı əmələ gələn enerjinin neçə faizi zülalların hesabına olur?
A) 50%
B) 20%
C) 30%
D) 10%
E) 100%
63. Kritik şiddət oksigen sərfinin hansı səviyyəsi adlanır?
A) orta-aşağı
B) submaksimal
C) dəyişkən
D) maksimal
E) sabit
64. İşin şiddəti və davametmə müddəti bir-biri ilə hansı mütənasiblik əlaqəsindədir?
A) mütənasib deyildir
B) düz mütənasibdir
C) tərs mütənasibdir
D) kritik mütənasibdir
E) mütənasibliyi dəyişkəndir
Dostları ilə paylaş: |