Azərbaycan dekorativ-təTBİQİ SƏNƏTİ: azərbaycan memarliği memarlıq haqqınd


Relyef səth üzərində olub, yalnız ön tərəfdən görünür. Həmin səth fon rolunu oynayır. Relyef aşağıdakı növlərə bölünür: – barelyef



Yüklə 22,54 Kb.
səhifə6/9
tarix01.01.2022
ölçüsü22,54 Kb.
#106836
1   2   3   4   5   6   7   8   9
Heykəltəraşlıq

Relyef səth üzərində olub, yalnız ön tərəfdən görünür. Həmin səth fon rolunu oynayır. Relyef aşağıdakı növlərə bölünür: – barelyef (az qabardılma; pul və medalların üzərindəki təsvirlər), qorelyef (çox qabardılma; monumental və dəzgah heykəltəraşlığında istifadə edilən) və kontrrelyef (möhürlərin və digər formaların üzərindəki kimi).

Hələ qədim dövrdən heykəltəraşlıq bir neçə sahəyə ayrılır: – monumental, dekorativ, dəzgah, kiçik forma heykəltəraşlığı.



Monumental hüykəltəraşlıq – bilavasitə memarlıqla əlaqədardır. Monumental heykəllər böyük şəhərlərin meydanlarında, enli küçə və xiyabanlarda, dövlət və ictimai binaların qarşısında qoyulur. Tarixi, ictimai ideyaları təbliğ edən bu heykəllər abidə kimi ayrı-ayrı tarixi hadisələrə, inqilabçı şəxslərə, dahi rəhbərlərə, görkəmli dövlət və mədəniyyət xadimlərinə həsr edilir və onların xatirəsini əbədiləşdirmək məqsədini güdür. Adətən, belə abidələr tunc, mərmər və qranit kimi davamlı və möhkəm materiallardan hazırlanır və xüsusi kürsülər (postament) üzərində ucaldılır. Monumentallıq heykəltəraşlığın imkanlarından biri olub, onun memarlıqla sintezini təmin edir. Monumental heykəllərə abidə, monument, çoxfiqurlu relyef və s. aiddir.


Yüklə 22,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin