Azərbaycan dekorativ-təTBİQİ SƏNƏTİ: azərbaycan memarliği memarlıq haqqınd



Yüklə 22,54 Kb.
səhifə2/9
tarix01.01.2022
ölçüsü22,54 Kb.
#106836
1   2   3   4   5   6   7   8   9
Heykəltəraşlıq

Azərbaycan memarlığının tarixi

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri – kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında”qalaça”, yaxud “hörükdaş” adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə.II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz ç. yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. VII əsrdən başlayaraq eyvanlı mənzil tipi təşəkkül tapmışdır.

E.ə. IV əsr – eramızın VII əsrində şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi (“uzun divarlar”), Çıraqqala (VII ə.), Ləkid kəndində dairəvi xristian məbədi (V-VI ə.ə.), Qum kəndində bazilika (təqribən VIə.), Mingəçevirdə məbədlər komplesi (VIIə.) bütün bunlar şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binalar – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı ərazisində Cavanşir qalası (təqr. VII ə.), Qazax rayonun Yuxarı Əskipara kəndi yaxınlığında qala kompleksi (V-VIII ə.ə.), Qəbələ rayonu Böyük Əmirli kəndində alban məbədləri (IV-VIII ə.ə.), Oğuz şəhərində alban kilsəsi (orta ə.ə.), Dağlıq Qarabağın Xocavənd rayonu alban kilsəsi (I ə.) və s. diqqəti cəlb edir.

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri olub. Bərdədə geniş tikinti işləri aparılıb, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam tikilib.


Yüklə 22,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin