girdə heykəl və relief heykəl (qabarıq). Relyef də həcmli təsvirdir. Lakin o, yastı səthin üzərində yerləşən təsvirdir. Relyefə biz tez-tez rast gəlirik. Bu, binalara vurulan memorial (xatirə) lövhələridir. Relyefin bir neçə növü vardır. O, daha çox, yaxud daha az çıxıntılı heykəltəraşların dediyi kimi – hündür və ya alçaq olur. Əgər yastı səth üzərində fiqurların yarıdan çox hissəsi kənara çıxarsa, belə relyefə qorelyef deyilir. Əgər yastı səth üzərində fiqurların az hissəsi kənara çıxrsa, belə relyefə barelyef deyilir.
Tarixi şəxsiyyətlərə, dövrünün ən adlı-sanlı adamlarına və yaxud adsız qəhrəmanlara abidələr qoyulur. Bunlar monumental heykəltəraşlıq əsərləridir.
Dostları ilə paylaş: |