Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (adtgt)



Yüklə 14,96 Kb.
tarix23.10.2017
ölçüsü14,96 Kb.
#11891

Azяrbaycan Demokratik Tяlяbя Gяnclяr Tяшkilatы (ADTGT)

Azerbaijan Democratic Student & Youth Organization (ADSAYO)
30/07/09

MƏTBUAT AÇIQLAMASI № 06

Layihə fəaliyyəti icraasının (II mərhələ) yekunları barədə

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclər üçün Məşğulluq və Karyera quruculuğu: gənclər üçün bərabər məşğulluq imkanlarının yaradılması" layihesinin I merhelesi uğurla başa çatdıqdan sonra iyunun 15-den avqustun 1-dək müddətdə layihə fəaliyyətinin II mərhələsi həyata keçirilmişdir. İyunun 15-dən 20-dək müddətdə bir daha II mərhələnin hazırlıq işləri aparılmış, regionlardan (Bərdə və Quba) təlimlərdə iştirak etmək üçün ərizə göndərmiş iştirakçılarla əlaqə saxlanılmış, təlimlərdə istifadə etmək üçün zəruri dəftərxana materialları alınmış, çap məhsulları, təlim modulları və sənədləri cəmlənmişdir.

I təlim (“iş axtaran gənclər üçün məşğulluq və karyera quruculuğu” təlimi) iyunun 22-23-də Bərdə şəhərində “ÇİNAR” restoranında 20 nəfər yerli gənc fəalın iştirakı ilə keçirilmişdir. 18-30 yaş şkalalı gənclərlə yanaşı təlimdə Bərdə rayon gəncər və idman idarəsinin rəisi Anar Məmmədov və rayon məşğulluq mərkəzinin direktoru Sevda Əliyeva da qonaq qismində iştirak etmişlər. Təlimi “XƏZƏR” TV işıqlandırmış və tədbir haqqında KİV-ə açıqlama verilmişdir. Təlimdə peşəkar təlimçi, PhD. Asif Nəsibov tərəfindən yerli gənclərə iş axtarmaq yolları və metodları, iş müsahibələri, CV, maraq məktublarının hazırlanması, məşğulluq sahəsində qanunvericilik, normativ-hüquqi sənədlərin hazırlanması və digər zəruri, maraqlı mövzularda ətraflı məlumat və bilgilər verilmişdir. İştirakçıların və təlimin səviyyəsi anketlər vasitəsilə qiymətləndirilmiş və sonda təlimdə iştirak edənlərə Şuranın möhürü və məsul şəxsinin imzası ilə təsdiqlənmiş sertifikatlar verilmişdir.

Quba şəhərində yerli gənclər üçün nəzərdə tutulan, sayca II təlim isə iyulun 04-05-də Quba Regional QHT-in Təlim və Resurs Mərkəzində keçirilmişdir. Eyni təlim proqramına uyğun aparılan və yekunlaşdırılan Quba tedbirində rayon gənclər və idman idarəsi rəisinin müavini Mansur Ağayev, rayon məşğulluq mərkəzinin baş məsləhətçisi Nurməmməd Mahmudov və monitorinq nümayəndəsi qismində Şuranın məsləhətçisi Şahin Məhərrəmov iştirak etmişlər. Təlim yerli “XƏYAL” TV vasitəsilə işıqlandırılmışdır. Iyulun 10-12-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində müxtəlif qruplardan (əsasən ali məktəblərin son kurs tələbələri) olan gənclər üçün təlim keçirilmişdir. Bakıdakı təlim qısa müddətli (gündə 2 saat) olmuş və 3 gün təşkil etmişdir. Layihə fəaliyyətinin II mərhələsinə uyğun regional təlimlərdə iştirak edən gənc fəallar arasında təşəbbüs irəli sürülmüş, layihənin davamlılığı və gələcək fəaliyyət üçün könüllü təlimçilər şəbəkəsi qurulmuş və təlimçinin hazırladığı əhatəli və zəngin təlim materialları və modulları əsasında təlim bazası formalaşdırılmış, elektron və çap şəklində yerli könüllü təlimçilərə paylanmışdır. İyulun 14-20 arası ADTGT rəhbərliyi və Şuranın maliyyə dəstəyi ilə layihə həyata keçirən Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən layihə fəaliyyətinin monitorinqi aparılmış və müsbət qiymətləndirilmişdir.

Yekunda layihə fəaliyyətində iştirak edənlərin əlaqə məlumatları bir daha dəqiqləşdirilmiş və gələcəkdə ADTGT tərəfindən bu layihənin davamlılığında onların potensial və resurslarından istifadə olunması nəzərdə tutulmuşdur.


ADTGT Ictimai elaqeler ve

informasiya departamenti


Азярбайъан Республикасы, Бакы шящяри, АЗ 1012, ЫЫ Йени Йасамал, бина 2, мянзил 82

2/82, Apt. #2, AZ 1012, Йени Йасамал, Baku, Azerbaijan Republic

Tel/Faks: (994 12) 434 46 44



adsayo@щотмаил.ъом

Моб: (994 50) 211 52 74, 500 15 65



Yüklə 14,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin