Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2
Şagirdin adı və soyadı ___________________________________Tarix_____________________________
1.Hansı cərgədəki sözlərdə k-y əvəzlənməsi baş verib?
A) köpək, kəpək B) püşk, türk C) peyk, idrak D) bərk, dərk
2. Hansı sırada frazeoloji birləşmə yoxdur?
A) başa düşmək, qulaq asmaq C) hirsi soyumaq, göz vurmaq
B) cin atına minmək, yola düşmək D) yola baxmaq, filmə baxmaq
3. Mücərrəd mənalı isimlər hansı sıradadır?
A) çalğı, daraq B) dost, saz C) yaxşılıq, sevgi D) gözlük, quzu
4.Omonimlər hansı sıradadır?
A) ay, həftə B) ləpə, biz C) qəm, şeir D) dəniz, sənəd
5. Sözlərdən neçəsi termindir?
Karikatura, mişar, tənlik, akvarel, not, saat, dəniz, portret, adam, antonim
A) 4 B) 5 C) 6 D) 2
6. Xüsusi isimlərdən ibarət məntiqi ardıcıllığı tamamla:
Bənövşə, Yasəmən, Qərənfil, .......
A)Təranə B)Əsmər C)Şəlalə D)Lalə
7. Hansı sözün son samiti öz qarşılığı ilə əvəz edərkən yeni yaranan sözün izahı dəyişir?
A) sahib B) sənəd C) divar D) kitab
8.Hansı sözlər məcazi mənada işlənə bilər?
A) acı, qızıl, şirin B) söz, həyət C) dadlı, ağac D) boz, yaxşı, çirkli
9.Cümlənin sonuna hansı frazeoloji birləşmə uyğun gəlir?
Öğey ana təzə gəldiyi evdəki oğlana ..................
A) hirsi təpəsinə vurmaq B) göz verib işıq verməmək
C) daşı ətəyindən tökmək D) ağzına su almaq
10.Cümlələrin hansında çoxmənalı söz var?
A) Adilin köynəyinin qolları çox uzun idi. B) Sevil kor-peşman evə qayıtdı.
C) Bu gün imtahanın son günü idi. D) Ana məhəbbəti sonsuzdur.
11. Bunlardan hansı ön şəkilçili deyil:
A) nadinc B) nadanlıq C) baməzə D) bisavad
12.Verilmiş şeir parçasında feilin sayını və hansı zamanda işləndiyini göstər:
Əyir budaqları bağlardakı bar,
Odlu şəfəq kimi almalar yanır.
Heyva ətir saçır, şirələnib nar,
Vüqarla göylərə çinar boylanır.
A) 3, indiki zaman B) 2, gələcək zaman
C) 4, indiki zaman D) 5, indiki zaman
13. Sıranı davam elətdir:
soyuqqanlı, bəstəboy, hazırcavab, ....
A) ağlı-qaralı B) ağzıbütöv C) açıq-bənövşəyi D) iri-iri
14. “Darvazanın ağzı” və “qazanın ağzı” birləşmələrindəki “ağız” sözü aşağıdakılardan hansıdır?
A) omonim B) sinonim C) antonim D) çoxmənalı söz
15. Tərkibində mürəkkəb isim olan cümləni seç:
A) O, al-əlvan çiçəkləri anası üçün yığmışdı.
B) Bu kol-kosun arasında hər şeyə rast gəlmək olardı.
C) Sevincin ən çox sevdiyi rəng açıq-bənövşəyi rəng idi.
D) Gözütox olduğundan süfrədəki nemətlərin heç birinə baxmırdı.
Düzgün cavabların sayı___
Səhv cavabların sayı___
Qiymət______
Müəllim___________________
Dostları ilə paylaş: |