Azərbaycan dili Dİl nəDİR? DİLİn funksiyalari. DİLÇİLİk və onun diGƏr elmləR İÇƏRİSİNDƏ yeri. Yazi



Yüklə 443,94 Kb.
səhifə7/7
tarix20.01.2017
ölçüsü443,94 Kb.
#784
1   2   3   4   5   6   7
24 Rəsmi – işgüzar üslub.
Rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi – işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Bu üslub bir qədər quru görünür. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi – işgüzar üslubun lüğət tərkibi yığcam , sintaksisi məhdud olsa da, normalılığı möhkəmdir.

Bu üslub tarixi təkamül prosesində formalaşmış standarty formalardan kənara çıxmır. Buna görə də bu üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mehafizə oluna bilir. Rəsmi – işgüzar üslub dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdsən əvvəl ərəb, fars sonra rus dilinin təsiri bu üslubun tam fəaliyyətinə imkan verməmiş, milliliyinə xələl gətirmişdir. Indi Azərbaycan dövlətinin müstəqilliyi, ana dilinin həqiqi mənada dövlət dilinə çevrilməsi rəsmi – işgüzar üslubun funksional imkanlarını genişləndiri. Rəsmi – işgüzar üslub a) rəsmi və b) işgüzar sənədlərin dilini əhatə edir.

Rəsmi sənədlər: konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s.

İşgüzar sənədlər: tərcümeyi – hal, ərizə, bildiriş, elan, arayış və s.

Rəsmi sənədlər barədə bunları bilmək gərəkdir:


      • Rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s ilə təsdiq olunan sənədlərdir.

      • Həmin sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.

      • Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.

      • Dövlətlərarası və dövlətdaxili münsibətlər bu sənədlərlə tənzimlənir.

      • Rəsmi səınədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir.

      • Rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.

      • Rəsmi sənədlərdən fərqli olaraq, işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur.




      • Rəsmi sənədləri, bir qayda olaraq mütəxəssilər tərtib etdiyi halda, işgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlaya bilər. Işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalr olur. Hazır şablonlrın olması ona görə vacibdir ki:




      1. artıq vaxt aparmasın

      2. sənəddə artıq sözlər, ifadələr işlədilməsin

      3. imla xətaları və qüsurlu cümlələrə yol verilməsin.

Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.

Məktublar rəsmi – işgüzar sənədin ən sərbəst formasıdır.



25 Üslubların ayrılma və birləşmə xüsusiyyətləri. Fərdi üslub
Fərdin Ədəbi dilin ilk, qədim yaradılışı dövründə bugünkü qədər üslublar olmayıb. Ümumiyyətlə, qədim dövrlərdə indi müstəqil elm sahələri kimi tanıdığımız riyaziyyat, təbabət, dilçilik, estetika və s. bir elmin – fəlsəfə elminin tərkib hissələri olmuşdur. Deməli, bu ixtisas sahələrinə aid elmi məlumatlar uyğun dillə, vahid fəlsəfi üslubda verilmişdir. İnsanların həyat haqqında, təbiət və cəmiyyət haqqında bilikləri dərinləşdikcə fəlsəfənin içərisindən indi gördüyümüz elmlər müstəqil şəkildə formalaşmışdır. Bununla da elmi məlumatların, müxtəlif məzmunlu biliklərin fərqli üslublarla, müxtəlif ifadə üsulları ilə yazılışı meydana gəlir. Elmin qolları şaxələndikcə fikirlərin ifadə tərzində də rəngarənglik yaranır. Elmlərin tarixi inkişafı onların müxtəlif sahələrinin yenidən yaxınlaşmasına, hətta birləşib yeni elm formalaşdırmasına gətirib çıxarır. Məsələn, biologiya və kimya elmlərinin tədqiqləri üstündə duran biokimya, biologiya və fizikaya əsaslanan biofizika elmləri var; yaxud dilçilik elminin riyazi dilçilik adlanan bir sahəsi mövcuddur ki, onunla məşğul olan mütəxəssis həm dilçiliyi, həm də riyaziyyatı bilməlidir.

Göründüyü kimi, bir qoldan müxtəlif elm sahələrinin ayrılması (diferensiasiyası) və müxtəlif elm sahələrinin bir-birinə yaxınlaşması (inteqrasiyası) tarixin müxtəlif mərhələlərində təkrar olunan proseslərdir. Həmin proseslərlə bağlı ədəbi dilin üslublarında da diferensiasiya və inteqrasiya halları baş verir.

Son onilliklərdə elmi üslubumuzun məxsusi bir qolu fəaliyyət göstərir. Elmi üslubun bu qolunda bədii və publisist dilin də xüsusiyyətləri iştirak edir. Bu, savadlanmanın kütləviləşməsi ilə bağlıdır. Orta təhsilli insanlar müasir elmin naliyyətləri ilə maraqlanır, ancaq elmi anlayışları elmi üslubun verdiyi dərinliklə qavraya bilmirlər. Çıxış yolu: elmi məlumatı sadə, elm adamı olmayanın başa düşəcəyi aydın dillə ifadə etmək. Elmi məlumatın kütləvi dillə ifadəsi elm adamlarının özləri üçün də gərəkdir – bir elm sahəsində işləyən alim başqa elm sahələrindəki biliklərdən xəbər tutur, öz dünyagörüşünü genişləndirir. Cəmiyyətin yetkinləşdiyi, sivilizasiyanın daha da yayıldığı bu günümüzdə elmi, tarixi bilik və məlumatların camaata asan dillə çatdırılması bir zərurətdir. Belə halda tarixi şəxsiyyətlərə, elmin müxtəlif sahələrinə aid biliklər bir qədər obrazlılığa, bir qədər publisistikliklə sadələşdirilir. Bu ifadə tərzinə elmi kütləvi dil deyilir.

Şifahi və yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətlər olur. Həmin xüsusiyyətlər bütöv halda fərdi üslubu təşkil edir.



Fərdi üslub hər fərdin özünəməxsus xarakterik üslubudur.

  • Fərdi üslubun ən qabarıq ifadəsi bədii üslubdur, çünki bədii üslub hər bir fərdin, müəllifin keçirdiyi ovqatın, emosiyaların əksiidir. Deməli, bədii əsərdə fərdilik təbii ki, daha qabarıq, daha güclü olmalıdır. Bu mənada “Nəsimi dili”, “Füzuli dili”, “Axundzadə dili” ifadələri fərdi üslubu əks etdirir.

  • Fərdi üslub digər funksional üslublarda da özünü göstərə bilir. Belə ki, elmi, publisistik, məişət üslublarında da nitq fərdiliyi müəyyən qədər olur. Rəsmi – işgüzar üslubda fərdilik , demək olar ki, yoxdur.

Fərdi üslub dövrlə də bağlıdır. Belə ki, S. Vurğunun 30 – cu illərdə yazdığı əsərlərin dili ilə 50 – ci illərdəki əsərlərinin dili, ifadə tərzi fərqlidir.

Fərdi üslubu mövcud ictimai – tarixi şərait yaradır.
Yüklə 443,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin