Sayın təhlil qaydası
Say aşağıdakı qaydada təhlil olunur:
Ümumi qrammatik mənası, sualı
Hansı isimlə bağlı olması
Quruluşca növü
Mənaca növü
Cümlədə rolu
Məsələn: Birinci sinif şagirdi Günay dərslərindən beş qiymət alır.
Birinci — əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır, cümlədə təyindir.
Beş — əşyanın miqdarını bildirir, neçə? sualına cavab olur. Qiymət ismi ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.
İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Dostları ilə paylaş: |