Qeyri — müəyyən əvəzliklər ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir.Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s.
Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).
Kim ısə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır.
Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıqolur. Məsələn. Hamı gülür (mübtəda). Hərənizə bır sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.
Dostları ilə paylaş: |