Təsdiq və inkar fellər
Fellər hərəkətin icra olunub - olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər.
Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
İnkar fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s.
Felin lazım, bəzən də vacib şəklinininkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və i.
Indiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür.
Məsələn:
gəl+ir gəl+m+ir,
oxu+yur oxu+m+ur,
yaz+ar+am yaz+m+aram,
bax+ar+ıq bax+m+arıq,
gəl+ər gəl+m+əz,
oxu+yar+lar oxu+m+az+lar
Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
Qeyd: Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir.
Dostları ilə paylaş: |