3. MÜRƏKKƏB ZƏRFLƏR
Mürəkkəb zərflər, başlıca olaraq, aşağıdakı yollarla düzəlir:
Sadə sözlərin təkrarı ilə;
Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə;
Antonim, yaxud yaxın mənalı sözlərin yanaşı işlənməsi ilə;
Yönlük halda işlənən bir sayına digər sayın qoşulması ilə;
-ba2bitişdiricisi ilə;
Müxtəlif mənalı sözlərin birləşməsi ilə.
ZƏRFİN MƏNACA NÖVLƏRİ
Zərfin məna növləri bunlardır: tərzi-hərəkət, zaman, yer miqdar zərfləri.
1. TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ
Hərəkətin icra tərzini bildirir: birdən, asta, cəld, qaçaraq.
Sualları: necə?, nə cür?
Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirə bilir: yaxşı danışmaq, pis bilmək və s.
2. ZAMAN ZƏRFLƏRİ
Hərəkətin icra olunduğu zamanı bildirir: dünən, sabah, sonra, əvvəl.
Sualları: nə zaman?, nə vaxt?, haçan?
Dostları ilə paylaş: |