Azərbaycan diLİ FƏNNİNDƏN


Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur



Yüklə 203,13 Kb.
səhifə44/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   40   41   42   43   44   45   46   47   ...   62
Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:

Mən oxuyuram,   

Biz oxuyuruq.

Sən oxuyursan,

Siz oxuyursunuz.

O oxuyur,

Onlar oxuyurlar.

III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:


1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.


2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.

  1. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.



Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin