Azərbaycan diLİ FƏNNİNDƏN


Aydınlaşdırma bağlayıcıları



Yüklə 203,13 Kb.
səhifə52/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş aldım.
Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.

  • Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.

    Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri


    Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:

    1. Zaman əlaqəsi

    2. Ardıcıllıq əlaqəsi

    3. Səbəb-nəticə əlaqəsi

    4. Aydınlaşdırma əlaqəsi

    5. Qarşılaşdırma əlaqəsi

    6. Bölüşdürmə əlaqəsi

    1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr


    Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.

    Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.


    Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
    Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.

    Yüklə 203,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   48   49   50   51   52   53   54   55   ...   62




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin