Mövzu 13. Elmi üslub xüsusiyyətləri
Elmi üslub milli elmi təfəkkürün təzahür forması olub müxtəlif elm sahələrinin dilidir. Elmi üslub dərsliklərin, müxtəlif elm sahələri ilə əlaqədar kitab, monoqrafiya və məqalələrin dilidir.
Elmi üslubun əsas xüsusiyyətləri: məntiqlilik, ardıcıllıq, konkretlik, dəqiqlik, terminlərin olması. Elmi üslubda bu üsluba xas sözlər – terminlərdaha çox işlənir. hər elmin özünəməxsus terminologiyası olur. Elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr də az olmur. Elmi üslubda olan mətnləri başa düşmək üçün tələb olunur:
terminləri başa düşmək
sintaksisi anlamq, yəni müxtəlif anlayışlar arasındakı əlaqələri dərk etmək.
Elmi üslubda fikri daha yığcam ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan, qrafik vasitələrdən, rəqəm, diaqram və cədvəllərdən istifadə olunur.
Elmi üslubda müəyyən istisnaları çıxmaqla, bütövlükdə obrazlılığa, emosionallığa, çoxmənalılığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilə bilməz. Elmi üslubda fikirlər, hökmlər, cümlələr, ifadələr birmənalı olur.
Sözün elmi üslubda əsas vəzifəsi onun terminoloji funksiya daşımasıdır. Terminoloji funksiya daçıyan söz, yaxud ifadə termindir. Termin müəyyən elm sahəsinə aid olur, çox vaxt ancaq həmin elmin mütəxəssislərinə, o elmi bilənlərə aydın olur. Elə sözlər var ki, sırf teürmin kimi işlənir. məs: leksem, fonem, sintaksis, sinekdoxa, morfologiya, janr və s.
Elə sözlər də var ki, yalnız elmi mətndə termin kimi işlənir, digər mətnlərdə ümumişlək söz də ola bilir. Məs: güc, xəbər, sifət, bucaq, şüa, say, enerji və s.
Terminlər müxtəlif məna çalarları ifadə etmir, konkret bir anlayışı ifadə edir. əgər çoxçənalı söz (qüvvə, xəbər) termin kmi işlənirsə, digər əlavə məna çalarlarını itirir, həmin mətndə birmənalı olur.
Azərbaycan dilində eləcə də dünya dillərində alınma terminologiya daha geniş yayılmışdır. Həm şərq, həm qərb dillərinə aid terminlər dilimizdə milli terminologiyanı üstələyir. Bu da elm sahəsinin beynəlmiləl xarakterindən irəli gəlir. Dünyanın bir çox dillərində eyni terminlər işlənir.
Elmi təfəkkürün inteqrasiyası güclənir – hər bir alim öz sahəsi ilə bağlı kəşfləri mənimsəmək istəyir və ya hər bir alim araşdırmalarını dünyaya çatdırmaq istəyir. Beləliklə, elmin dili daha çox beynəlmiləlləşir. Bu vaxt aşağıdakı cəhətlər özünü göstərir:
Beynəlmiləl terminlər milli terminləriu sıxışdırır.
Elmi üslub get –gedə daha çox formullara, şərti işarələrə, hamı üçün anılaşıqlı digər vasitələrə meyl edir.
Elmi məlumat və araşdırmaların nəticələri daha çox beynəlxalq dillərdə elan edilir.
Elm sahələri aşağıdakı kimi qruplaşır:
Humanitar elmlər: tarix, fəlsəfə, filologiya, psixologiya, sosilogiya və s.
Təbiət elmləri: biologiya,coğrafiya, tibb və s.
Texniki elmlər: riyaziyyat, fizika, kimya və s.
Hər bir sahənin özünəməxsus terminologiyası, ifadə tərzi var.
Dostları ilə paylaş: |