Mövzu 14. Publisistik üslub xüsusiyyətləri
Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzet və jurnalların, radio və televiziyanın, elmi kütləvi kitabların və s dilidir. Ona “mətbuat dili”, “qəzet dili”, “elmi kütləvi dil”, “televiziya dili” də deyilir. əlbəttə belə adlandırma publisistik üslubun müxtəlif formaları ilə əlaqədardır və təbii ki, bunların heç biri publisistik üslub anlayışını tam əhatə edə bilmir.
Publisiitik üslub şifahi və yazılı formada olur.
Şifahi publisistika radio və televiziya dilidir, kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən dildir.
Yazılı publisistika kütləvi qəzet və jurnalların, elmi – kütləvi kitabların və s- nin dilidr. Şifahi və yazılı publisistika dil cəhətdən bir – birindən o qədər də fərqlənmir. Publisistik üslubun əsas əlaməti kütləvi anlaşıqlılıq, aydınlıq, təsirlilikdir.
Publisistik üslub kütləvi nitq forması olduğundan xalq dilinə çox yaxındır. Buna görə də ümumxalq dilində gedən proseslər – dəyişmələr, yeniləşmələr publisistik üsluba, əksinə, mətbuatda gedən dəyişmələr ümumxalq dilinə təsir edir.
Publisistik üslub müxtəlif emosiyaları ifadə edir: qəzəb, nifrət, sevinc, həyəcan, təmkin və s. publisistik üslubda həm təsviri, həm də analitik şərhlərə təsadüf olunur.
Publisistik üslub ən ictimai nitq forması olduğuna görə digər funksional üslubların bir sıra əlamətlərini də daşıyır. Nəticədə publiisistik üslubun, əsasən, aşağıdakı növləri meydana çıxır:
bədii - publisitik dil
elmi- publisistik dil
rəsmi – publisistik dil
Bədii - publisistik dil publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən qədər obrazlı nitq formasıııdır. Bu üslubda məcazlara da təsadüf edilir.
Oçerklər, felyetonlar, bəzi məqalələr buna misal ola bilər.
Elmi - publisistik dil dedikdə müxtəlif elm sahələrinə, siyasətə, dinə və s. aid publisistik məqalələrin, kitabların dili nəzərdə tutlur.
Rəsmi – publisistik dil bilavasitə publisistik məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir.
Dostları ilə paylaş: |