Azərbaycan diLİ FƏNNİNDƏN


Qeyri — müəyyən miqdar sayları



Yüklə 203,13 Kb.
səhifə10/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
Qeyri — müəyyən miqdar sayları

Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn beş-altı (kitab), üç-dörd (uşaq) və s Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları aşağıdakılardır az. çox, xeyli, birqədər, bir çox, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki, on-on beş və s. Az və çox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az (otaq), lap çox (adam), daha çox (məhsul) və s.

Az sayından sortra gələn isim təkdə işlənır: az adam. Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdəişlənə bilir: çox uşaq, çox adamlar. onlarla şagird, yüzlərlə tələbə və s Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isim lər isə təkdəişlənir: xeyli adam, bir qədər odun və s.


Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin