Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə13/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

Sayın təhlil qaydası


Say aşağıdakı qaydada təhlil olunur:

Ümumi qrammatik mənası, sualı



  • Hansı isimlə bağlı olması

  • Quruluşca növü

  • Mənaca növü

  • Cümlədə rolu

Məsələn: Birinci sinif şagirdi Günay dərslərindən beş qiymət alır.
Birinci — əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır, cümlədə təyindir.

Beş — əşyanın miqdarını bildirir, neçə? sualına cavab olur. Qiymət ismi ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.


Mövzu 4. Əvəzlik haqqında ümumi məlumat


İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfinyerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin