Əvəzliyin quruluşca növləri
Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, birisi, kimsə əvəzlikləri düzəltmə;kim isə, heç kim, heç nə və s. əvəzlikləri isə mürəkkəbdir (tərkibi əvəzliklərdir)
Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir.Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəmolur və şəxsə görə üç növə bölünür:
I şəxs (danışan): təkdə — mən, cəmdə — biz
II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz
III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə — onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Qoyun ev heyvanıdır. O, ildə bir. bəzən də iki bala verir. Yaqut qiymətli daşdır O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə-im şəkilçisini qəbul edir. Müqayisə edin: dən ismi yiyəlik halda dən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
Dostları ilə paylaş: |