Felin leksik mənaca növləri
Feillərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
4 Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5 Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkətvardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.
Dostları ilə paylaş: |