Təsirli və təsirsiz fellər
Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir.
Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır.
Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) - inandırmaq (kimi?), çatmaq (haraya?) - çatdırmaq (nəyi?), gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) - qaçırmaq (kimi?), bişmək (harada?) - bişirmək (nəyi?), köçmək (haraya?) - köçürmək (kimi? nəyi?) və s.
-ıl4, -m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) - açılmaq (harada?), çəkmək (nəyi?) - çəkilmək (haraya?), almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) - silinmək (harada?) və s.
Dostları ilə paylaş: |