— ıl4: aç-ıl (maq), yaz-ıl (rnaq), səp-il (mək), əz-il (mək), vur-ul (maq), qur-ul (maq), süz-ül (mək), döy-ül (mək) və s.
— ın4 (-n): al-ın (maq), çal-tn (maq), bil-in (mək), sil-in (mək), yol-un(maq), böl-ün (mək), döy-ün (mək), qoru-n (maq), dara-n (maq), bəzə-n (mək) və s.
— ış4 (-ş): yaz-ış (maq), qaç-ış (maq), çək-iş (mək), dəy-iş (mək), vur-uş (maq), gör-üş (mək), salamla-ş (maq), ağla-ş (maq), mələ-ş (mək) və s.
— dır4: yaz-dır (maq), çat-dır (maq), sil-dir (mək), din-dir (mək), poz-dur (maq), gül-dür (mək) və s.
Bu şəkilçilər, aşağıda görəcəyimiz kimi, əsasən, felin qrammatik mənə növlərinin şəkilçiləridir.
Qeyd: Aşağıdakı fellər quruluşca sadədir;alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalışmaq, güləşmək və s.
Mürəkkəb fellər
Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı bir neçə yolla yaranır:
1. Antonimvə ya yaxın mənalı müstəqil fellərin birləşməsi ilə: atıb-tut (maq), küsüb-barış (maq), oturub-dur (maq), ölçüb-biç (mək, çalışıb-vuruş (maq) və s. Belə mürəkkəb fellər məcazi mənada işlənir və birinci tərəf çox vaxt –ıb4 şəkilçili feli bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feli bağlama şəkilçisiz də işlənir: ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb fellər defislə yazılır və əsl mürəkkəb fellər sayılır.
2. ol(maq), et (mək), elə (mək) köməkçi fellərinin başqa nitq hissələrinə qoşulması ilə: yoldaş ol (maq), yaxın ol (maq); kömək et (mək), məsləhət et (mək), təkrar et (mək) və s. Bu cür mürəkkəb felləri tərkibi fellər də adlandırırlar.
3. — ıb4 şəkilçili feli bağlama şəklində olan fellərlə getmək, gəlmək, çıxmaq, keçmək və s. fellərin qoşulması ilə: uçub get (mək), qayıdıb gəl (mək), gəlib çıx (maq, ötüb keç (mək) Bu cür fellər də tərkibi fellər sayılır.
4. Birinci tərəfi -a1 şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan fellər də tərkibi fellərdir: yaza bil (mək), görə bil (mək) və s.
5. Frazeoloji feli birləşmələrdən ibarət olan mürəkkəb fellər: başa düş (mək), qulaq as (maq), bel bağla (maq), aldm düş (mək), ürəyi yan (maq) və s.
Dostları ilə paylaş: |