Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə3/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   62


Tək və cəm isimlər

İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən  lar2   şəkilçisini qəbul edir:kitablar. insanlar, evlər, şagirdlər və s.



Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı  olaraq, bəzi səkillərdə[-rar2], [-nar2 ], [-dar2] kimi tələffüz olunur: qatar-
— [qatarrar], şəhərlər — [şəhərrər], qazlar — [qazdar], buludlar [bulutdar], igidlər — [igiddər]. oğlanlar — [oğlannar], əkinlər –[əkinnər] və s.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var.

Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. dəstə, partiya Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El  yaylağa köçür. Xalq azadlığına qovuşdu və s.



Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin