Azərbaycan diLİ FƏNNİNDƏN


Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir



Yüklə 203,13 Kb.
səhifə41/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   37   38   39   40   41   42   43   44   ...   62
Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Məsələn: Azərbayca, Azərbaycan!

Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:


1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər; Məsələn: böyüklərin sözünü kəsmək olmaz! Qoy bunu hamı bilsin!

2. Nidaların köməyilə əmələ gələnlər; Məsələn: Bəh-bəh necə ətirlidir! Oy, nə gözəl çiçəklənir, Çingiz!


Mövzu 9. Cümlə üzvləri


Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.

Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.


Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.

Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır.






  1. Baş üzvlər: mübtəda, xəbər.

  2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.


Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin