Azərbaycan diLİ FƏNNİNDƏN


Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir



Yüklə 203,13 Kb.
səhifə46/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   42   43   44   45   46   47   48   49   ...   62
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.

İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.


Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.

Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.

Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

Vasitəsiz və vasitəli tamamlıqlar


Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir.  Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.

Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:



  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar

  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.


Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin