Mövzu 12. Bədii üslub xüsusiyyətləri.
Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub obrazlı, emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin dilidr. Bu üslubda fikir obrazlı, yəni ifadəli şəkildə verilir. Başqa sözlə, bədii üslubun əsas cəhəti obrazlılıqdır. Obrazlılıq müxtəlif səviyyələrdə özünü göstərə bilər.
fonetik səviyyədə obrazlılıq daha çox səslərin hesabına yaranır. Fonetik səviyyədə obrazlılıq: alliterasiya, assonans, səs və heca təkrarları, intonasiya.
Alliterasiya sözlərin əvvəlində eyni və ya yaxın səslərin gəlməsidir. Məsələn, Aşpaz Abbas aş asmış, asmışsa da az asmış (yanıltmac)
Assonans sözlərin müxtəlif yerlərində uyğun səslərin melodiya, ritm yaratmasıdır. Məsələn, Ərənlər məskəni vətənim mənim.
b) leksik səviyyədə obrazlılıq daha çox sözlərin köməyi ilə düzəlir.
Leksik səviyyədə obrazlılıq: epitet, təşbeh, mübaliğə, istiarə (metafora), kinayə, frazeoloji birləşmələr, omonimlik, sinonimlik, antonimlik, çoxmənalılıq və s.
qrammatik səviyyədə obrazlılq daha çox cümlə ilə bağlıdır.
qrammatik səviyyədə obrazlılq: inversiya, sözlərin, müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı, qeyri – normativ cümlələr və s.
bəzən eyni söz müxtəlif üslublarda verilən mətnlərdə eyni məna ifadə etmir, onun funksiyası dəyişir; məs:
Mənə elə söz deki ona inanım.
Söz vardır – kəsdirər başı, Söz vardır – kəsər savaşı
Müxtəlif səslərin hər hansı bir leksik və qrammatik məna ifadə edən birləşməsinə söz deyilir.
Dostları ilə paylaş: |