Azərbaycan diLİ FƏNNİNDƏN


SİFƏTİN MÜQAYİSƏ DƏRƏCƏLƏRİ



Yüklə 203,13 Kb.
səhifə6/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   62

SİFƏTİN MÜQAYİSƏ DƏRƏCƏLƏRİ


Sifətin üç dərəcəsi var:

  1. Adi dərəcə əlamətin adi halda olduğunu bildirir: qırmızı

  2. Azaltma dərəcəsi əlamətin adi haldan az olduğunu bildirir: qırmızımtıl, ağımsov, açıq-qırmızı

  3. Çoxaltma dərəcəsi əlamətin adi haldan çox olduğunu bildirir: tünd-qırmızı, qıpqırmızı və s.

ADİ DƏRƏCƏ


Adi dərəcə digər dərəcələr üçün ölçüdür. Azaltma və çoxaltma dərəcələri adi dərəcənin əsasında müəyyənləşdirilir.

AZALTMA DƏRƏCƏSİ


Azaltma dərəcəsi iki üsulla düzəlir:

  1. morfoloji üsul — şəkilçilər vasitəsilə:

-ımtıl4, -raq2, -ımtraq (-mtraq), -sov (-ımsov, ümsov), -şın

  1. sintaktik üsul — sözlər vasitəsilə:

-açıq (sözə defislə birləşir): açıq-yaşıl
-təhər (sözə bitişik yazılır): qırmızıtəhər

ÇOXALTMA DƏRƏCƏSİ


Çoxaltma dərəcəsi iki üsulla düzəlir:

  • morfoloji üsul — şəkilçilər vasitəsilə:

-ca2: körpə-körpəcə, bala-balaca

-m, p, s, r samitləri ilə: göy-gömgöy, şirin-şipşirin, qoca-qosqoca, təmiz-tərtəmiz.



  • sintaktik üsul — sözlər vasitəsilə:

-tünd (sözə defislə birləşir): tünd-yaşıl -al (sözə defislə birləşir): al-qırmızı
-düm (sözə bitişik yazılır): dümağ - ən, lap, daha, olduqca (sözdən ayrı yazılır): ən cavan

Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin