Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə23/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   19   20   21   22   23   24   25   26   ...   72
nitq

Avropada ritorika

Qədim Yunanıstanda və Romada təşəkkül və tərəqqi tapmış, uzun tarixi yol keçmiş natiqlik sənəti durğunluq illərini yaşamağa başlayır. Bu durğunluq XVIII əsrə qədər davam edir. XVIII əsrdən başlayaraq, burjua zülmünə və istismara qarşı baş verən iğtişaşlar, mitinqlər natiqlik sənətinin inkişafına təkan verdi. Qərbi Avropadakı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır. Bu illəri tədqiqatçılar renessans dövrü adlandırır. «Renessans» fransız sözü olub, mədəniyyətin, ictimai-siyasi həyatın oyanması, dirçəlməsi deməkdir. Xüsusilə, Fransada, Almaniyada, İtaliyada, Avstriyada baş verən burjua-demokratik inqilabları bir çox natiqlərin yetişməsinə səbəb oldu. Məsələn, Fransada Jerbye, Koşen, Tarja, Jül, Laşo, Favr, Demanj, Düpen, Almaniyada Robert Blyum, Sikizmund, Borkheym, Vilhelm Volf kimi natiqlər yetişmişdir. Xüsusilə, Fransada Demosfenin, Lisinin, Siseronun nitqləri tərcümə olunub, öyrənilməyə başlanmışdı. Fransada fəaliyyət göstərən andlı məhkəmə prosesi daha geniş vüsət almışdı. Məsələn, Fransa ordusunun kapitanı Alfred Dreyfusu vətənə xəyanət üstündə həbs edirlər. Məşhur yazıçı Emil Zolya buna etirazını bildirərək xalqa və prezidentə müraciət edir. On iki il davam edən bu işi üç natiq - Mornar, Labori, Mano müdafiə edir. Bu məhkəmə natiqliyində Yunanıstan natiqlik məktəbinin təsiri açıq-aşkar duyulmaqdadır. Fransızlar da Yunanlar kimi əsas diqqəti nitqin üslubuna, ardıcıllığına, aydınlığına, dəqiqliyinə, təsirliliyinə, emosionallığına verirdilər. Fransa natiqlik məktəbi bir çox ölkələrə müsbət təsirini göstərdi. Almaniyada natiqlik məktəbinin nümayəndəsi Avqust Bebel hamının sevimlisinə çevrilmişdi. Onun dərin məzmunlu nitqi xalqın rəğbətini qazanmışdı. Bu sözləri xalq seçkilərində gözəl və aydın çıxışları ilə radikalların qələbəsini təmin edən Vilhelm Volfun da ünvanına söyləmək olar.




Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin