Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə24/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   20   21   22   23   24   25   26   27   ...   72
nitq

Rusiyada ritorika

XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişafı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü təsir göstərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir Lomonosov natiqlik sənəti haqqında (1748-ci il, «Kratkoe rukovodstvo krasnoreçiu») yazdığı əsəri çap etdirdi. Əsərdə yunan «Ritorikası»nın təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif, natiqin və dinləyicinin əhvalruhiyyəsini əsas şərt kimi qəbul edir. Gertsen, Stankeviç, Xomyakovun rəhbərliyi altında bir çox dərnəklər fəaliyyətə başlayır. Rus natiqləri «Ritorika»nı əzbərləyib, kor-koranə öyrənməyin əleyhinə çıxır. Belinski yazırdı: «Əgər siz natiq olmayanlarda natiqlik sənəti haqqında təsəvvür yaratmaq, natiq olmaq istəyənlərə isə köməklik göstərmək istəyirsinizsə, «Ritorika» yazmayın, bütün xalqların müxtəlif dövrlərdə fəaliyyət göstərmiş məşhur natiqlərinin nitqlərini toplayın, bu natiqlərin hər birinin həyatı haqqında geniş məlumat verin, siz belə bir kitabla həm natiqlərə, həm də natiq olmayanlara boyük xidmət göstərirsiniz». Rus natiqlik məktəbinin xarakteri özündən əvvəlki sələflərindən onunla fərqlənirdi ki, Rusiyada nitqlər kütləvi xarakter daşıyırdı. Əvvəlkilərdə isə məhkəmə natiqliyi hakim mövqe tuturdu. Fəhlə sinfindən S.H.Xolturin, P.A.Alekseyev, Q.P.Petrovski, A.J.Badayev, İ.V.Babuşkin və digərlərinin adı tarixdə fəhlə-natiq kimi həkk olunmuşdu.



Şərqdə ritorika

Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında “Qurani-Kərimin”in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd(əs) məclislərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın birliyinə inanmaqda – möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Məhəmməd(əs.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi. Koto Lombun yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş.




Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin