Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə40/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   36   37   38   39   40   41   42   43   ...   72
nitq

Lənkərandayıq, Lənkərandayıq,

Həyəcandayıq, həyəcandayıq.

Eləcə də uşaqlar üçün qurulan yanıltmaclarda: Getdim gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Burada da k və r samitlərinin təkrarı məqsədyönlü şəkildə qurulmuşdur.

Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Məsələn, ...Nəuzibillah bir dəqiqəliyə belə güman eləyək: Yer üzündə heç bir din yoxdur, yəni cəmi millətlər dinsizdir.., və habelə nə kafir var, nə iman əhli var var, və sünni, na şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə ortodoks, nə rus, nə müsəlman, nə kilsə, nə məscid, nəuzibillah, nə isna əşəri, nə şafeyi. nə həmbəli hənəfi, babi, malakan, pirigün, şeyx, dərviş, ... (üzr istəyirik).

(C.Məmmədquluzadə)

Onomastik laydan da üslubi məqsədlər üçün istifadə edilir. Obrazın daxili aləmini açmaq üçün onlara verilən ad və soyadlardan geniş istifadə edilir. Məsələn, Haray Həşirzadə, Lal Dinməzov, Yazıq Fağırzadə kimi ad və soyadlar obrazın xarakterini əvvəlcədən oxucuya məlum edir. Üslubi morfologiyada müəyyən şəkilçilərin artırılıması və ya ixtisarı üslubi xarakter daşıyır. Məsələn, Xalqın düşmənləri xalq düşmənlərini məhv edir. Burada xalq sözünün birincisində yiyəlik hal şəkilçisi vardır. Deməli, düşmənlər də, xalq da konkretdir. İkinci xalq sözündə isə, müəyyənlik bildirən yiyəlik hal şəkilçisi yoxdur. Buna görə də həm xalq, həm də düşmən sözləri qeyri-müəyyəndir (ya uydurmadır).

Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa səviyyə üslüblarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır. Məsələn, Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Culfadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı; Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır, – cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır.

(“Molla Nəsrəddin” jurnalı. 14 noyabr 1925-ci il. səh. 46)

Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:

1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik – obrazlılıqdır. Növləri – qəzəl, qəsidə, şeir, nəsr, dram və s, üslubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.

2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.

3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi şəkildə olmalıdır.

4. Rəsmi-kargüzarlıq üslubu – Dəftərxana sənədləri üslubudur,

5. Natiqlik üslubu. Məruzə, Mühazirə, çıxış.

6. Məişət üslubu. Ailə-məişət üslubu,

7. Epistolyar üslüb – Məktublar, intim məktublar, rəsmi məktublar və ədəbi məktublar.


Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin