SAMİT SƏSLƏRİN BÖLGÜSÜ
Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Səs tellərinin iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili
l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət olur. Kar samitlər: [ç], [fj, [h], [x], [k], [p], [s], [ş], [t].
2)Cingiltili samitlərin yaranmasında səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz da olur. Cingiltili samitlər: [c], [v], [ğ], [g], [b], [z], [j], [d], [q], [y]
Sonorlar: [1], M, [n], [r]. Yaranma və səslənmə ardıcıllığına görə kar və cingiltili samitlər bir-biri ilə qarşılıq təşkil edir.
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
1) assimilyasiya, 2) dissimilyasiya, 3) səsartımı, 4)səsdüşümü, 5) yerdəyişmə, 6) ahəng qanunu, 7) cingiltiləşmə qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, “r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.
Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə - dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Dostları ilə paylaş: |