Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
a) İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
b) Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc – yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Dostları ilə paylaş: |