Ritorika və məntiq
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti onun məntiqliyindən asılıdır. Ritor öz nitqini elə qurmalıdır ki, məntiqin heç bir qanunu pozulmasın. Məntiqin dillə əlaqəsi o qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm cərəyanı yaranmışdı. Onlar dil qanunlarrını məntiqlə eyniləşdirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın məntiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslanmayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Başqa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləşməsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv ger- çəkliyi əks etdirmir. Yəni məntiqi cəhətdən düzgün deyil, insan təfəkkürünə sığmır.
Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı olduğu kimi, sübutlardan, faktlardan düzgün və yerində istifadə edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır.
Ritor məntiqi sillogizmlərdən öz nitqində geniş istifadə edə bilməli, onları dinləyiciyə çatdırmağı bacarmalıdır. Habelə hökmün silloqistik ifadələrdən düzgün istifadə edə bilməlidir. Onlar aşağıdakılardır:
1) Barbara – Ümumi iqrarı hökm – Bütün tələbələr insandır.
2) Selarent – Xüsusi iqrarı hökm – Bəzi tələbələr əlaçıdır.
Yasəmən bəzi tələbələrdəndir.
Deməli, Yasəmən əlaçıdır, əlaçı olduğu üçün tələbədir, tələbə oduğu üçün insandır.
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur.
Təfəkkürün bütün (eyniyyət, ziddiyyət, kafi əsas, üçüncünü istisna) qanunları dildə öz əksini tapdığı üçün ritor bunlardan istifadə edə bilməli və ya onları nəzərə almalıdır. Məqsəddən uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi:
Müddəam sübut üçün eldə belə məsəl var,
Artıq sözlər küfrə dönər, məsələni gəl qutar.
Bir qədim rəvayət də bu haqda dəyərli material kimi verilir. Orada deyilir:
Bir nəfər öz dostu – hökmdarın evinə qonaq gedəndə həmişə böyük təntənə ilə qarşılanırmış: Bir dəfə də dostugilə gedəndə onu heç kəs qarşılamır. İçəri girib bunun səbəbini soruşduqda dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamadığının düz 86 səbəbi var. Qoy onları sayım:
Birinci – ərim artıq ölmüşdür.
Dostu təəssüflə deyir:
– Daha 85 səbəb lazım deyil.
Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçəndə bütün adları sadalasa, üç günə qurtarmaz. Onda ona heç kəs qulaq asmaz.
Ritorikanın qısa tarixi
Dostları ilə paylaş: |