Azərbaycan dili və nitq mədəniyyəti Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir?



Yüklə 1,06 Mb.
səhifə1/6
tarix20.05.2018
ölçüsü1,06 Mb.
#51014
  1   2   3   4   5   6

Azərbaycan dili və nitq mədəniyyəti


1.Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir?

A) Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir

B) İnsanlar düşündükləri və dərk etdiklərini dil vasitəsilə ifadə edirlər.

C) Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün zəruri olan vasitədir.

D) Təffəkürün ifadə vasitəsi olan dil ictimai hadisədir

E) Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olur.



  1. Dil haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Dil irqlə bağlıdır.

B) Dil ictimai hadisədir.

C) Dil ünsiyyət vasitəsidir.

D) İnsanın dik yeriməyə başlaması, onun orqanizminin şaquli şəklə düşməsi dilin yaranmasında mühüm rol oynamışdır.

E) Dil anlayışı insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.

3.Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə fərmanın imzalanma tarixini göstər.


A) 2001-ci il 18 iyun

B) 2001-ci il 4 iyul

C) 2001-ci il 9 avqust

D) 2002 ci il 30 sentyabr

E) 2003-cü il 2 yanvar

4.“Dil xalqın böyük sərvətidir” – ifadəsi kimə məxsusdur?

A) H. Əliyev

B) M. Rəsulzadə

C) B. Çobanzadə

D) F. Köçərli

E) M. Kazımbəy



5.Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu neçə fəsil və neçə maddədən ibarətdir?

A) 3fəsil, 20 maddə

B)2 fəsil, 22maddə

C)3 fəsil, 15 maddə

D) 2fəsil, 20 maddə

E) 2fəsil, 10 maddə



6. Bu dillərin biri türk dillərinin oğuz qrupuna daxil deyil.

A) qumuq


B) qaqauz

C) Azərbaycan

D) türk

E) türkmən



7.Məhəmməd peyğəmbərə aid olan BU kəlam hansı məşhur əsərdəngöturülmüşdür: “ Türk dilini öyrənin, türklərin uzun sürən hakimiyyəti vardır”

A) “Divani lüğət-it-türk”;

B) “Qanuni-Qüds”;

C) “Hədiqətüs-süəda”;

D) Qurani-Kərim;

E) “Əsrimizin Səyavuşu”



8.Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə daxildir?

A) morfoloji quruluşuna görə;

B) türk dilləri ilə qohumluğuna görə;

C) lüğət tərkibinin zənginliyinə görə;

D) cümlədəki sözlərin sırasına görə;

E) Alınma sözlərin azlığına görə



9.Bu və ya başqa məlumat və hadisənin şəkillər vasitəsilə ifadə etdiyi yaziya ... deyilir:

  1. Piktoqrafik yazı

  2. Sillioqrafik yazı

  3. Ideoqrafik yazı

  4. Fonoqrafik yazı

  5. Fonematik yazı

10.Silloqrafik yazı nəyə deyilir?

  1. Şərti işarələrlə bütöv hecaları göstərən yazıya;

  2. Şərti işarələrlə dilin səslərini əks etdirən yazıya;

  3. Bu və ya başqa məlumat və hadisənin şəkillər vasitəsilə ifadə etdiyi yazıya;

  4. Nitqdəki sözlərin ideoqramlarla əks olunmasına;

  5. Dilin ancaq səslərini əks etdirən yazıya.

11.Ərəb əlifbası yazımızdan neçənci ildə tamamilə çıxarıldı?

  1. 1929-cu il yanvarın 1-də

  2. 1918-ci il yanvarın 1-də

  3. 1922-ci il yanvarın 1-də

  4. 1925-ci il yanvarın 1-də

  5. 1930-cu il yanvarın 1-də

12.Ilk dəfə olaraq Azərbaycan yazısını asanlaşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyasını irəli sürən kim olmuşdur?

  1. M.F.Axundov

  2. H.Zərdabi

  3. C.Məmmədquluzadə

  4. M.Ə.Sabir

  5. Ə.Haqverdiyev

13.M.F.Axundovun latın qrafikası əsasında tərtib etdiyi Azərbaycan əlifbası layihəsində neçə işarə var idi?

  1. 42

  2. 32

  3. 33

  4. 35

  5. 45

14.Azərbaycanda rus qrafikası əsasında yeni əlifba yaradılması məsələsi neçənci ildə qaldırılmışdı?

  1. 1939-cu ilin əvvəllərində

  2. 1937-ci ilin axırlarında

  3. 1938-ci ilin əvvəllərində

  4. 1940-cı ilin axırlarında

  5. 1942-ci ilin əvvəllərində

15.Rus qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası yazımızda neçənci ildən aparılmağa başlamışdır?

  1. 1940

  2. 1937

  3. 1938

  4. 1939

  5. 1942

16.Latın qrafikalı sonuncu Azərbaycan əlifbasına neçənci ildən keçirildi?

  1. 2001-ci il 1 avqustdan

  2. 1992-ci il 1 avqustdan

  3. 1995-ci il 1 avqustdan

  4. 2000-ci il 1 avqustdan

  5. 2002-ci il 1 avqustdan

17.Azərbaycan ədəbi dilinin şifahi növünün yaşı neçə ildən çoxdur?

  1. 1300 ildən çox

  2. 1200 ildən çox

  3. 1250 ildən çox

  4. 1400 ildən çox

  5. 1500 ildən çox

18.Azərbaycan yazılı ədəbi dilinin tarixi neçənci əsrdən başlayır?

  1. XIII əsrdən

  2. XII əsrdən

  3. XIV əsrdən

  4. XV əsrdən

  5. XIV əsrdən

19.Azərbaycan ədəbi dilinin yeni dövrü neçə mərhələni əhatə edir?

  1. 3

  2. 1

  3. 2

  4. 4

  5. 5

20.Azərbaycan dilinin varlığını inkar etməyə cəhd edən jurnal hansı idi?

A) “Füyuzat”

B) “Kəşkül”

C) “Əkinçi”

D)“Molla Nəsrəddin”

E)“Yeni yol”



21.XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında xüsusi rolu olmuşdur:

A)M.P.Vaqif

B)İ.Nəsimi

C)M.Füzuli

D)Ş.İ.Xətai

E) İ.Həsənoğlu



22.XV əsrdə Azərbaycan dilini dövlət səviyyəsinə qədər yüksəlməsinə xüsusi səy göstərmişdir:

A)Ş.İ.Xətai

B)İ.Nəsimi

C) İ.Həsənoğlu

D)M.Füzuli

E)M.P.Vaqif



23.Qoşma üslubunun formalaşmasında və inkişafında xüsusi rol oynamışdır:

A)M.P.Vaqif

B)İ.Xətai

C)İ.Nəsimi

D)M.Füzuli

E)M.V.Vidadi



24.Ədəbi dilimizin inkişafında rolu böyük olmuşdur:

A) “Əkinçi”

B)“Kəşkül”

C) “Füyuzat”

D) “Şəlalə”

E)“Yeni yol”



25.XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında xüsusi rolu olmuşdur:

A)M.Füzuli

B)İ.Həsənoğlu

C)Ş.İ.Xətai

D)İ.Nəsimi

E)M.P.Vaqif



26.Kim demişdir: “Bizə elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun: asan yazmaq, asan oxumaq, asan çap etmək”.

A) M.F.Axundov

B)C.Məmmədquluzadə

C) H.Zərdabi

D)M.Ə.Sabir

E)Ş.İ.Xətai



27. Ədəbi dil danışıq dilinə hansı cəhətdən təsir edir və inkişaf etdirir?

A) Fonetik və leksik

B) Leksik

C)Leksik və qrammatik

D)Fonetik, leksik və qrammatik

E)Fonetik və qrammatik



28.Yunanlar “Azərbaycan” adını necə yazmışlar?

A) Atrapatena

B) Atropat

C) Adırbaycan

D)Atrabadaan

E) Atratakan



29.“Azərbaycan dili” adına ilk dəfə təsadüf olunur:

A)Xətib Təbrizidə

B)Əbülülada

C)Ş.İ.Xətaidə

D)İ.Həsənoğlunda

E)İ.Nəsimidə



30.Ümumxalq dili neçə tərkib hissəyə bölünür?

1 - ədəbi dil 2 - rəsmi və kütləvi dil 3 - danışıq dili 4 - dialekt və şivə 5 - şifahi və yazılı

A) 1, 3

B) 2, 4


C) 3, 5

D) 4, 5

E) 1, 4
31. Aşağıda verilmiş bəndlərdən hansı ümumxalq danışıq dilinə aiddir? 1 - rəsmi danışıq; 2 - dialekt danışığı; 3 - jarqon danışığı; 4 - kütləvi - ədəbi söhbət; 5 - loru danışıq

A) 2, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 4, 5
32.Danışıq dilinin xüsusiyyətidir:

A) Dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilər.

B)Bütün mədəni tələblərin ödənilməsinə kömək edir.

C)Yazı ənənələri ilə sıx bağlıdır.

D)Bütün milli dil vasitələri hamı üçün eynidir.

E) Müəyyən normalara əsaslanır.


33. Tələffüz üslublarını seçin.

1 - kitab üslubu 2 - normativ üslub 3 - adi danışıq üslubu 4 - səsli oxuma üslubu 5 - ifadəli oxu üslubu 6 - səssiz oxuma üslubu

A)1, 2, 3

B) 2, 4, 6

C) 5, 6

D) 3, 4, 5

E) 3, 4, 6
34.Assimilyasıya hadisəsi nəyə deyilir?


  1. Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

  2. Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

  3. Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına;

  4. Sözdən bu və ya digər səsin düşməsinə;

  5. Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

35. Yerdəyişmə hadisəsi nəyə deyilir?

A) Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

B)Sözdən bu və ya digər səsin düşməsinə;

C)Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

D)Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

E)Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.
36. Səsdüşümü nəyə deyilir?

A) Sözdən bu və ya digər səsin düşməsinə.

B) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

C)Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.

D)Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

E) Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına.

37.Səsartımı nəyə deyilir?

A) Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.

B)Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

C)Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

D) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

E)Sözdən bu və ya digər səsin düşməsinə.


38.Dissimilyasiya hadisəsi nəyə deyilir?

A) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə;

B)Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.

C)Sözdən bu və ya digər səsin düşməsinə.

D) Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

E)Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına.


39. Qohum dillər və konkret bir dilin fonetik tərkibindəki müəyyən yaxınlıq, oxşarlıq və fərqli cəhətlərin öyrənilməsi ilə fonetikanın hansı növləri məşğul olur?

A) Müqayisəli fonetika;

B)Ümumi və xüsusi fonetika;

C)Tarixi fonetika;

D) Təsviri fonetika;

E) Təcrübi fonetika


40. Fonetikanın neçə növü var?

A) 3;


B) 2;

C) 1;


D)4;

E)5
41.Fonetika dilin hansı sahəsini öyrənir?

A) Dilin səs sistemini;

B) Diliin leksik sistemini;

C) Dilin morfem sistemini;

D) Dilin sintaqm sistemini;

E) Dilin üslubi xüsusiyyətləri.
42.Fizioloji fonetika nədən bəhs edir?

A) Danışıq üzvlərindən

B) Danışıq səslərinin ictimai mahiyyətindən;

C) Danışıq səslərinin funksiyasından;

D) Danışıq səslərinin məxrəcindən.

E) Danışıq səslərinin fiziki xassələrindən

43.Akustik fonetika nəyi izah edir?

A) Danışıq səslərinin fiziki xüsusiyyətlərini;

B)Danışıq üzvlərini;

C) Danışıq səslərinin ictimai mahiyyətini;

D) Danışıq səslərinin məxrəcini;

E) Danışıq səslərinin vəzifəsini


44.Sözü fərqləndirən səs necə adlanır?

A) fonem;

B) morfem;

C) sintaqm;

D) leksem;

E) frazem


45.Dilçilikdə saitlər sistemi ........adlanır. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?

A) vokalizm;

B) morfem;

C) frazem;

D) fonem;

E) leksem


46.Dilçilikdə samitlər sistemi ........ adlanır. Nöqtələrin yerinə hansı söz yazılmalıdlr?

A) konsonantizm;

B) morfem;

C) fonem;

D) frazem;

E) leksem


47.Fəal danışıq üzvlərini göstər.

A) dil, dodaqlar, yumşaq damaq;

B)dil, dişlər, sərt damaq;

C) dil, yumşaq damaq, yuvaqlar;

D) dil, dişlər, yuvaqlar;

E) üst çənə, dil, dodaqlar


48.Saitlər hansı əlamətinə görə acıq və qapalı kimi növlərə bölünür?

A) dilin üst damağa doğru qalxması və ya nisbətən aşağı enməsinə görə

B) uzun və qısa tələffüz olunmasına görə

C) dodaqların vəziyyətinə görə

D ) dilin ön və arxa hissəsində deyilməsinə görə

E) sərbəst və maneəsiz tələffüzünə görə


49. Hansı növ saitlərin tələffüzü ücün alt cənənin yuxarıya doğru qalxması və ağız boşluğunun daralması səciyyəvi xüsusiyyətdir?

A) qapalı

B) incə

C) qalın



D) açıq

E) dodaqlanmayan


50. Cingiltili samitlərin yaranmasında aşağıdakılardan hansı daha fəal iştirak edir?

A) səs telləri

B dil

C) dodaqlar



D) damaq

E) dil və damaq


51. Yalnız cingiltili samitlər olan sıranı göstərin.

A) b, q, ğ, d, c

B) z, y, t, p, ş

C) v, y, k, l, ç

D) q, d, l, ç, h

E) y, l, m, n, f

52. “Məftil” sözünün fonetik təhlilindəki səhvi göstərin:

A) Yazılışı ilə tələffüzü fərqlənmir

B) İki hecadan ibarətdir

C) Saitlərin hər ikisi incədir, dodaqlanmayandır

D) Samitlərdən ikisi [m] və [l] kar qarşılığı olmayan çingiltili samitdir.

E) 6 hərf, 6 səsdən ibarətdir


53. Hansı sözdə bitişdirici samit işlənmişdir?

A) küçənin

B) küçələrin

C) Mahirin

D) sənədin

E) köməyə


54. “Çarıq” sözünün fonetik təhlilindəki səhvi göstərin:

A) Bir kar [ç], iki cingiltili - [r], [q], samit işlənmişdir

B) Deyilişi ilə yazılışi fərqlənir.

C) Sözdə qalın və dodaqlanmayan saitlərin ahəngi gözlənilmişdir

D) Saitlərdən biri açıq, digəri isə qapalıdır

E) İkihecalıdır, vurğusu ikinci hecaya düşür

55.Hansı sırada açıq, incə, dodaqlanmayan saitlər verilmişdir?

A) e, ə;

B) o, ö;

C) a, e;


D) i, ü;

E) ö, ü
56.Burun samitləri hansı cərgədədir?

A) m, n;

B) n, p;


C) b, t;

D) c, ş


E) m, b;
57.Dilönü saitlər verilən sıranı göstər.

A) ə, i, ö, ü, e;

B) a,ı, o, u;

C) e, ə,i, ö, ü;

D) o, ö, y, ü;

E)e, ə, i, ı


58.Azərbaycan dilində kipləşən – novlu( qovuşuq) samitləri göstər.

A) c, ç.


B) j, ç;

C) ç, t;


D) c, ş

E) c, s.


59. “a”, “e”, “o”, “ə” saitlərini birləşdirən nədir?

A) acıq saitlərdir

B) dodaqlanan saitlərdir

C) qapalı saitlərdir

D) dodaqlanmayan saitlərdir

E) qalın saitlərdir


60. Sözlərdən biri səhv yazılmışdır:

A) karidor

B) paradoks

C) saymazlıq

D) fakültə

E) miniatür


61.Azərbaycan dilində hansı saitlər sözün həm əvvəlində, həm ortasında, həm də sonunda işlənir?

A) a, ə, i, u, ü, e;

B) i, o, ə, i, u, ü;

C) a, ə, ö, u, ü, e;

D) ə, i, u, ü, o, e;

E) a, ı, o, u, ö, ü


62. Hansı sırada dodaqlanan qalın saitlərin ahəngi var?

A) ulduz, noğul, bulud

B) qoyun, uşaq, oyun

C) kömür, ürək, üzük

D) qalib, sahib, nazir

E) ailə, nadir, Səlim


63. Hansı sözdə tələffüz zamanı saitlərdən biri düşür?

A) Altıağac

B) əcaib

C) auditoriya

D) sərinlik

E) aviavağzal


64. İlk saiti “o” ilə yazilib “a” kimi oxunan sözlər cərgəsini göstərin:

A) Odessa, portfel

B) poema, moruq

C) proqram, oçerk

D) orden, okean

E) otaq, orbit

65. “Torpaq” sözünün fonetik təhlilində səhvi tapın:

A) Samitlərin ikisi kar, ikisi cingiltilidir.

B) “p” samitdir, kardır

C) “a” saitdir, qalındır

D) Sözdə iki sait, dörd samit var

E) İkihecalıdır, vurğu ikinci hecaya düşür


66.T, d, s, z, ş, j, c, ç, l, n, r samitləri əmələgəlmə yerinə görə necə adlanır?

A) Dilönü samitlər;

B) Dilarxası samitlər;

C) dodaq samitləri;

D) Qoşadodaq samitləri;

E) dodaq- diş samitləri


67.Partlayan samitlərin sırasını göstər.

A) k, g, p, b, t, d, q, m, n ;

B) t, d, s, z, ş, j, c, ç, l, n, r;

C) z, s, j, ş, v, f, y, l, r, ğ, x, h;

D) q, ğ, x, k;

E) y, k, g


68.Sözdə hecaların sayı necə müəyyənləşdirilir?

A) saitlərin sayına görə;

B) dodaqlanan saitlərin sayına görə;

C )samitlərin sayına görə;

D) açıq saitlərin sayına görə;

E) kar samitlərin sayına görə


69.Açıq hecalı sözlər olan sıranı göstər.

A) xala, nəvə, dayı;

B) qapı, ağac, uşaq;

C) ipək, dovşan, körpü;

D) quzu, dəftər, noxud;

E) əmi, dəniz, dəmir


70.Qapalı hecalı sözlər olan sıranı göstər.

A) qardaş, dəftər, pambıq;

B) dolça, qələm, armud;

C) dərə, papaq, liman;

D) ayaq, gilas, agız;

E) boyun, çinar, barmaq


71.Sonu samitlə bitən hecalar ........ adlanır. Nöqtələrin yerinə yerinə hansı söz yazılmalıdır.

A) qapalı heca;

B) açıq heca;

C) örtüsüz heca;

D) örtülü heca;

E) örtülü- qapalı heca


72. Azərbaycan dilində sözün sonunda işlənməyən sait.

A) o


B) e

C) ü


D) ı

E) i
73.Göstərilən vurğu növlərindən hansı Azərbaycan dili üçün səciyyəvi deyil?

A) sərbəst vurğu;

B) məntiqi vurğu;

C) sabit vurğu;

D) həyəcanlı vurğu;

E) həyəcanlı və sabit vurğu
74.Sərbəst vurğu ən çox hansı dil üçün səciyyəvidir?

A) rus dili;

B) fars dili;

C) alman dili;

D) Azərbaycan dili;

E) ingilis dili


75.Hansı sözdə vurğu son hecaya düşür?

A) bayraqdar;

B) respublika;

C) yenə;

D) sanki;

E) gömgöy


76.Hansı sıra yalnız vurğu qəbul etməyən şəkilçilərdən ibarətdir?

A) –gil, -madan, -casına, - san;

B)- dan, -di, -sız, -lı;

C) – il, -da, -ıntı, -mış;

D)-ar, -ır, -acaq, -dı;

E) –lar, - ın, -çı, -cil;


77.Az, üst, səs, dost, şəxs- sözlərindəki hecaların növünü müəyyənləşdir

A) küylü heca;

B)sonorlu heca;

C) küylü- sonorlu heca;

D) təksonorlu – heca;

E) küylü- təksonorlu heca


78.Çəmənlər, bağçalar, bağlar sararsa,

Fəzalar dönərək sular qararsa,

Hər şeyi bir ölüm qorxusu sarsa

Əyiməm bir daha .... bir həvəs məni...

nümunəsində altından xətt çəkilmiş sözdə hansı fonetik hadisə baş vermişdir?

A) dissimilyasiya;

B) assimilyasiya;

C) səsartımı;

D) səsdüşümü;

E) yerdəyişmə


79.Ahəng qanununa tabe olmayan, fars dilindən keçmiş və əslinə müvafiq tələffüz olunması tələb edilən sözlərdə, bəzi Avropa mənşəli sözlərdə hansı səs uzun tələffüz olunur?

A) a saiti;

B) e saiti;

C) ə saiti;

D) ı saiti;

E) o saiti


80.Örtüsüz hecalı sözlərdən ibarət olan cərgəni göstər.

A) əl, ip, od;

B) bu, el, at;

C) su, ot, ət;

D) od, ye, su;

E) yu, ac


81.Hansı sıradakı sözlərin hamısı iki səsdən ibarət təkhecalı sözlərdir?

A) əl, su, ot;

B) ip, baş, qol;

C) ac, dil, göz;

D) ət, çöp, ev;

E) dağ, el, göl.


82.Cingiltili samitlərin yaranmasında aşağıdakılardan hansı daha fəal iştirak edir?

A ) səs telləri

B) dodaqlar

C) dil


D) damaq

E) dil və damaq


83.Bu əlamətlərdən samitlər üçün doğru olanı hansıdır?

A) kar və cingiltili olur

B) dodaqlanan və dodaqlanmayan olur

C) qalın və incə olur

D) heca yaradır

E) açıq və qapalı olur


84.Yalnız cingiltili samitlər olan sıranı göstərin.

A) b, q, ğ, d, c

B) v, y, k, l, ç

C) z, y, t, p, ş

D) q, d, l, ç, h

E) y, l, m, n, f


85. “a”, “e”, “o”, “ə” saitlərini birləşdirən nədir?

A) acıq saitlərdir

B) dodaqlanan saitlərdir

C) qapalı saitlərdir

D) dodaqlanmayan saitlərdir

E) qalın saitlərdir


86.İlk saiti “o” ilə yazilib “a” kimi oxunan sözlər cərgəsini göstərin:

A) Odessa, portfel

B) proqram, oçerk

C) poema, moruq

D) orden, okean

E) otaq, orbit

87.Yalnız fonetikaya aid terminlər hansı sırada verilib?

A) səs, vurğu

B) omonim, heca

C) isim, sifət

D) ahəng qanunu, sinonim

E) sintaksis, dilçilik

88.Aşağıdakılardan hansı fonetikanın mövzusuna aid deyil?

A) sözün tərkibi

B) ahəng qanunu

C) vurğu

D) heca

E) sözün səs tərkibi

89.Hansı sözdə vurğu ilk hecaya düşür?

A) yenə


B) yeni

C) yenicə

D) yenidən

E) yeniyetmə


90.Hansı söz düzgün yazılmamışdır?

A) bialogiya

B) inkişaf

C)realizm

D) protokol

E) magistratura

91.Fonetik təhlilə aid deyil:

A) sözün mənşəyinin tapılması

B) sözün səs və hərf tərkibinin göstərilməsi

C) sait səslərin göstərilməsi

D) samit səslərin göstərilməsi

E) sözün heca və vurğusunun göstərilməsi


92.Heca üçün yanlış olanı göstərin:

A) sözlərdəki bütün hecalar vurğulu olur

B) sözlər sətirdən-sətrə heçalarla keçirilir

C) heçalar sait səslər əsasında formalaşır

D) heca tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissəsidir

E) əsl Azərbaycan sözlərində vurğu son hecaya düşür


93.Dilimizdə vurğu əsasən hansı hecaya düşür?

A) sonuncu hecaya

B) birinci hecaya

C) orta hecaya

D) həm ilk, həm də son hecaya

E) ikinci hecaya


94.Vurğusu birinci hecaya düşən söz hansıdır?

A) Roma


B) Rəna

C) İngiltərə

D)Almaniya

E) Paris


95.Hansı sözdə ahəng qanunu pozulub?

A) katib

B) dəftər

C) müəllim

D) qələm

E) ana


96.Hansı sözdə – lar şəkilçisi vurğu qəbul etmir?

A) yorurlar

B) gəldilər

C) onlar

D) uşaqlar

E) məktəblilər

97. “Kitab” sözünə bu şəkilçilərdən hansı artırılsa, vurğu yerini dəyişməyəcək?

A) - dır4

B) – ça2

C) – lar2

D) -dan2

E) – ımız4


98.Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?

A) sapsarı, sanki, lakin

B) ancaq, gömgöy, tüstü

C) büsbütün, yalnız, yalqız

D) amma, nəhayət, bizcə

E) bəzən, görünür, dinməzcə


99.Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü müəyyənləşdirin:

A) qovurma

B) barama

C) xurma

D) məhkəmə

E) tirmə
100. Yazılı nitqdə məntiqi vurğunun yeri:


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin