Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 9 MƏDƏNİ NİTQƏ VERİLƏN TƏLƏBLƏR



Yüklə 264,25 Kb.
səhifə20/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   16   17   18   19   20   21   22   23   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

MÖVZU 9
MƏDƏNİ NİTQƏ VERİLƏN TƏLƏBLƏR

Təkcə dilin qrammatik qaydaları və tələffüz normalarını bilməklə nümunəvi nitqə yiyələnmək olmaz. Çünki bunlar şifahi və yazılı nitqə verilən birinci tələb və nitq mədəniyyətinin ilk pilləsi hesab olunur. Yüksək səviyyəli nitq dedikdə, ilk növbədə, təsirli, aydın, ifadəli və kütləvi nitq nəzərdə tutulur. Sözlərin formaca düzgün qurulmasına baxmayaraq, oradakı fikirlər aydın, dəqiq və ifadəli olmaya da bilər.


Belə bir fikirlə razılaşmalıyıq ki, nitq mədəniyyətinin əsas şərti düzgünlükdür. Biz burada hər şeydən əvvəl, nitqin hazırkı dövrümüzdə qəbul olunmuş əbədi dil normalarına uyğun gəl­məsini, orfoepiya, orfoqrafiya, qrammatik və leksik norma­lardan həm sərbəst, həm də bacarıqla istifadə edə bilməyi nəzərdə tuturuq. Bununla belə qrammatika yaxşı danışmağı öyrətmir, çünki düzgün danışmaq və yaxşı danışmaq tamamilə ayrı-ayrı anlayışlardır. Yəni düzgün hesab edilən hər bir nitq tam mədəni sayıla bilməz, bunun üçün başqa şərtlərə də əməl etmək lazımdır. Bu şərtlər aşağıdakılardır:
1.Nitqin yığcamlığı və sadəliyi. Nitq o zaman sadə və yığ­cam olur ki, orada işlədilən bütün sözlər dinləyənlərin (yəni auditoriyanın) ümumi səviyyəsinə, xüsusiyyətlərinə uyğun gəl­sin və hamı üçün anlaşıqlı olsun. Nitqin sadəliyini səciyyələn­dirən başlıca xüsusiyyət onun məzmununun əksəriyyət tərəfin­dən asan dərk edilməsidir. Bunun üçün nitqi ağırlaşdıran, çətin başa düşülən söz və ibarələrdən istifadəyə yol verilməməlidir.
Nitqin yığcamlığı deyərkən, birinci növbədə nitqin audito­riya üçün lakonik olması nəzərdə tutulur. Burada “nitqin tə­miz­lənməsi” əməliyyatı əsas rol oynayır. Yəni yersiz sözlər, artıq ifadələr mədəni nitqin müsbət təsirini azaldır. Odur ki, məzmun üçün uyarlı olmayan, anlaşılmanı mürəkkəbləşdirən qəliz ifadələr nitqdən təcrid edilməlidir. Az sözlə dərin mənalı və bitkin fikir ifadə olunmalıdır.
Sadəlik dedikdə heç də bəsitlik, ibtidailik nəzərdə tutulmur. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan uzaq nitqdir. Məzmunsuz bəzək-düzək əslində fikir yoxsulluğundan irəli gəlir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin