Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə25/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   21   22   23   24   25   26   27   28   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

8.Nitqin rabitəliliyi. Nitq prosesində əgər sözlər yerli-yerindədirsə, cümlələr düzgün qurulmuşsa, mövzu rabitəli, əlaqəli şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Belə vaxt hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. ümumiyyətlə, ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun üçün materialın əsas və ikinci dərəcəli məsələləri bir-birindən ustalıqla ayrılmalı, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.
9.Nitqin orijinallığı. Özünəməxsusluğu ilə seçilən, bir sıra məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir:
1) Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz tərzində. Natiq cümlələrdəki ayrı-ayrı sözləri, məqamında ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz edir, söz və qrammatik formalarda orfoepik normaları tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir.
2) Mövzu ilə əlaqədar sitatlardan, poetik-üslubi ifadələrdən, aforizmlərdən, atalar sözləri, zərb-məsəllərdən bacarıqla istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla nitqini orijinal qurur. Bu zaman mühazirə, məruzə və ya çıxışda mövzunun aktuallığı nəzərə tez çarpır, mövzunun məzmunu bütün təfərrüatı ilə izaha cəlb olunur, axırda da nəticə çıxarılmaqla deyilənlər yekunlaşdırılır. Əlbəttə, mövzunun aktuallığını ön plana çəkməmişdən natiq öz dediklərinə diqqəti cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı bir görkəmli tarixi şəxsiyyətdən, dövlət xadimindən bir sitat gətirməklə fikrini əsaslandıra bilər. Bədii təsvir vasitələri də nitqin orijinallığını təmin etməyə yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacarığından, aldığı ixtisasdan, bədii sözün sirlərinə bələdliyindən asılıdır. Bədii əsərləri müntəzəm mütaliə edən, şair, yazıçı və ya söz ustalarının dilində səslənən aforizm və hikmətli sözləri öyrənib yaxşı mənimsəmiş şəxslər obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa, anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer verməklə öz nitqini bədii, daha yararlı və münasib edən orijinal üsullarla gözəlləşdirə bilir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin