Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə50/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   46   47   48   49   50   51   52   53   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

d)Təkrir sözün, ifadənin cümlənin sırf üslubi məqsəd üçün təkrarına deyilir. Təkrir ekspressivlik yaradan söz oyu­nudur. Məsələn;
Gedənlərdən neçəsi
axşam evində yatıb,
gecə getdi.
Gedənlər bilir, gedən
gedəndə necə getdi!..
(R.Rza)
e)İnversiya konkret üslubi məqamda fikrin ifadə tərzini qüvvətləndirmək məqsədilə söz sırasının qəsdən pozulmasına deyilir.
Car çəkir çarxların çaxnaşıq səsi,
Car çəkir, qışqırır nəhəng motorlar...
(Səməd Vurğun)

Bu gün yola salırıq sizi qanlı döyüşə,


İstəyirik dağlara, dərələrə ün düşə.
Dalğalana vüqarla Qarabağda bayrağım,
Dincəlib rahat yata qana batmış torpağım.
Uğur olsun, balalar, zəfərlərlə qayıdın!
Dünyanı salamlayan səhərlərlə qayıdın!
(Vidadi Babanlı)


Elmi üslub Bu üslub o qədər də qədim deyildir. Əsasən qə­dim, nisbətən də orta əsrlərdə ərəb-fars dilləri hakim mövqe tutduğundan Azərbaycan alimləri öz əsərlərini bu dildə yazmağa məcbur olmuşlar. İnkişaf dövrü əsasən XVIII-XIX əsrlərə təsadüf etsə də, XX əsrin əvvəllərindən bu üslub geniş vüsət aldı.
Elmi həqiqətlərin dərin və sistemli izahı üçün elmi mü­hakimələr, məntiqi sübutlar, ardıcıllıq, konkretlik və ümumiləşdirmə bu üslubda mühüm rol oynayır.
Elmi əsərlər ixtisaslı oxucuları öz ətrafında birləşdirdiyi üçün elmi üslubda ünsiyyət nisbətən məhdud dairəni əhatə edir. Elmi terminlər bu üslubda daha çox işlənir. Bu üslubu terminsiz təsəvvür etmək mümkün deyildir.
Bədii üslubda-sözün bədii mətndəki vəzifəsinə poetizm deyildiyi kimi, elmi üslubda sözün əsas vəzifəsinə terminoloji funksiya deyilir. Mətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə termindir.
Fikrin ifadə tərzi də fərqlidir. Burada “bizə elə gəlir ki”, “bizim fikrimizcə”, “bu sətirlərin müəllifi”, “zənnimcə”, “onu da qeyd etmək lazımdır ki” və s. ara sözlərdən, mürəkkəb cümlələrdən, şərti işarələrdən, çıxarışlardan istifadə edilir.
Elmi üslubda fikri dəqiq ifadə etmək üçün termin sıxlığı, düsturlar, teoremlər, qrafik vasitələr, diaqramlar, şərhlər və cədvəllərdən istifadə olunur.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin