Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 19 ELMİ VƏ PUBLİSİSTİK ÜSLUB



Yüklə 264,25 Kb.
səhifə52/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   48   49   50   51   52   53   54   55   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

MÖVZU 19
ELMİ VƏ PUBLİSİSTİK ÜSLUB


Elmi üslub. Elmi təfəkkürün ifadə tərzi elmi üslubun əsasını təşkil edir. Elmi üslub elm aləmində  elmi ədəbiyyatda, elmi mühazirə, məruzə və söhbətlərdə istifadə olunan üslubdur. Elmi üslub elmi əsərlərin dilində təzahür edir. Elmi fikir elmi əsərlərdə şərh olunur. Elmin, istehsalat və texnikanın ayrı-ayrı sahələrinə aid məqalə, tezis, məruzə, rəy və monoqrafiyalar bu üslubda yazılır. Elmi üslubun əlamətdar cəhətlərindən biri elmi anlayışların ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem halında işlənməsi onu digər üslublardan fərqləndirən əsas əlamətdir. Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmiləl alınmaların həqiqi mənada işlədilməsi, fikirlərin dəqiq, konkret və birmənalı ifadə edilməsidir. Elmi üslubda sözlərin öz müstəqim mənasında işlənməsi bəhs edilən təbiət və cəmiyyət hadisələri haqqında tam, dürüst və dəqiq məlumatın verilməsi ilə bağlıdır. Bu üslubda məcazi mənalı sözlərə yer verilmir. Emosionallıq, obrazlıq kimi xüsusiyyətlər də bu üslub üçün xarakterik deyildir. Elmi üslubda mövzu müəyyən ixtisas sahəsinə aid olur, kitabın, monoqrafiyanın adı, onlarda verilmiş fəsil, bölmə və başlıqlar, şərh olunmağa yönəlmiş mətnlər səbəb-nəticə əlaqələri əsasında qurulur, burada sübut və dəlillər elmi şəkildə tərif, düstur, cədvəl və rəqəmlərlə verilir, mürəkkəb cümlə tipləri üstünlük təşkil edir. Fikirlər sübutlara, faktlara istinad edilir, ümumiləşdirilmələr aparılır, nəticə çıxarılır. Elmi üslubda yazılmış əsərlər daha çox öz sahəsinə aid mütəxəssislər arasında yayılır, işlədilir və elə onlar tərəfindən də tam və əhatəli şəkildə başa düşülür. Çünki hər hansı bir elm sahəsinin özünəməxsus, sfesifik sözləri və terminləri vardır ki, bu terminlər, əsasən, başqa dillərdən alınan sözlərdir, onlar ya olduğu kimi işlənir, ya tərcümə olunur, ya da kalka üslulu ilə yeni sözlərin meydana gəlməsi ilə reallaşır. Orta məktəbdə tədris olunan fizika, riyaziyyat, həndəsə, kimya fənləri, ali məktəbdə keçilən informatika, idman metrologiyası, idman psixologiyası, insan fiziologiyası fənləri, gimnastikaya, su idmanı növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi terminlər üzərində qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil və üslubuna görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin bir səhifəsinə, hətta bir abzasına belə baxan kimi onun hansı elm sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin