Ərizə Masallı rayonunda atam xəstədir. Ona baş çəkmək üçün mənə üç günlüyə (24-26 fevral) icazə verməyinizi xahiş edirəm.
(imza) N.Q.Kərimov
23 fevral 2017-ci il
Əl oyunları ixtisasına yiyələnmək arzumu nəzərə alaraq mənim ADPU-dan Sizin rəhbərlik etdiyiniz ali təhsil ocağına dəyişdirilməyimə razılıq verməyinizi xahiş edirəm.
İmza:T.S.Süleymanova 30 avqust 2016-cu il
10. XAHİŞNAMƏ. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiyasının rektoru, A.A.S. cənablarına İslam Museyib oğlu Əliyev "Bədən tərbiyəsinin nəzəriyyəsi və metodika"sı kafedrasının dosentidir. İ.Əliyev Azərb. DBTİA-nı 1972-ci ildə bitirib və elə həmin ildən də burada işləyir. 45 illik pedaqoji müəllimlik stajına malikdir. O, işinin öhdəsindən layiqincə gəlir. Olduqca qayğıkeş və təvazökardır. Tələbələrimizə mühazirə və seminar dərslərini yüksək keyfiyyətlə tədris edir. Pedaqoji təcrübədə onların gələcək müəllim və məşqçi kimi yetişməsində öz bilik və bacarığını əsirgəmir. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra beş metodik dərs vəsaitinin müəllifidir. Kollektiv arasında böyük nüfuza malikdir. Dərs dediyi tələbələr fənn olimpiadalarında və elmi-praktik konfranslarda həmişə fərqlənmiş, diplomlara layiq görülmüşlər. Oktyabr ayının 15-də anadan olmasının 70 ili tamam olacaqdır. İ.Əliyevin 70 illik yubileyinin oktyabr ayında Akademiya səviyyəsində təntənəli keçirilməsini xahiş edirik.
“Bədən tərbiyəsinin nəzəriyyəsi
və onun metodikası” kafedrasının müdiri: (imza) A.A.S.
15 iyun 2017-ci il.