Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə61/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   57   58   59   60   61   62   63   64   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

11. XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır:
1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır.
2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.
4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur.
5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir.
6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.
Nümunə:


Xasiyyətnamə
Verilir 1999-cu il noyabr ayının 30-da Lənkəran rayonunun Digah kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, bitərəf Əyyub Etibar oğlu Pirverdiyevə. Pirverdiyev Əyyub Etibar oğlu 2016/2017-ci tədris ilində Azərb. DBTİA-ya daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək səviyyədə toplamış və hazırda II kursda (qrup TA 17-10) oxuyur. Bu müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuş, heç vaxt dərslərə gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, dekanlıqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi rəhbəri professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür. Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir.
"Təkmübarizlik" fakültəsinin dekanı: (imza) A.A.S.
Azərb.DBTİA Tələbə Həmkarlar İttifaqı
Komitəsinin sədri: (imza) A.A.S.
26 fevral 2017-ci il
12. HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.
Nümunə:

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin