Azərb.DBTİA-nın "Təkmübarizlik" fakültəsi TA 17-04-cü qrupun (II kurs) tələbəsi Eyvaz Nəriman oğlu Musayevin 2017-ci il yanvar ayının 25-dən fevral ayının 15-dək Türkiyənin Antalya kurort şəhərində təlim-məşq toplanışında iştirak etməsi haqqında
Hesabatı Göstərilən tarixdə biz - "İnter" futbol klubunun gənclərdən ibarət komanda üzvləri yanvar ayının 25-də səhər saat 1000 -da Antalya şəhərinə avtobusla yola düşdük. Səhəri gün, yanvarın 26-da günün ikinci yarısı saat 1800 -da orada olduq. Həmin gün oteldə gecələdik. Yanvarın 27-dən 31-nə kimi hər gün günün birinci və ikinci yarısında məşqçimiz Gəray Qarayevin başçılığı altında 4-5 saat məşq edirdik. Fevralın 2-də və 6-da şəhərin birinci divizyonunda çıxış edən "Urfaspor" və "Şannıspor" komandaları ilə yoldaşlıq görüşləri keçirtdik, 3:2 və 3:1 hesabları ilə qələbə qazandıq. Hər iki matçda mən də qol 359 vurdum. Fevralın 12-nə kimi şəhərin görməli yerlərinə səyahətə çıxdıq, muzeylərə baş çəkdik. Yaxşı dincəldik. Fevralın 13-də məktəblilərdən ibarət yerli komanda ilə görüşdük, 6:2 hesablı qələbə qazandıq. Fevralın 14-də təcrübə mübadiləsi aparmaq məqsədilə "Qazanspor" komandasının məşq bazasında olduq, "sol ayaqla zərbə taktikası" mövzusunda seminarda iştirak etdik. Fevralın 15-də İstanbuldan təyyarə ilə Bakıya uçduq.
İmza: E.N.Musayev 16.02.2017
13. XƏBƏRDARLIQ. "Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir.
Nümunə: