Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə65/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   61   62   63   64   65   66   67   68   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Müqavilə
Bakı şəhəri 12 mart 2017-ci il Biz, aşağıda imza edənlər-sonradan "Nicat" adlanacaq ticarət kompleksinin direktoru Y.Ə.Nuriyev və gələcəkdə "İcarəçi" adlanacaq satış birliyinin direktoru C.N.Hüseynli belə bir müqavilə bağladıq:
1. Bakı şəhəri H.Ə.Əliyev küçəsi-89, 1-ci mərtəbə, 105 kv metr sahəsi olan otaqları satış müəssisəsi yaratmaq məqsədilə "Nicat" ticarət kompleksi "İcarəçi"yə kirayəyə verir, "Nicat" isə kirayə götürür.
2. Kirayə müddəti müəyyənləşdirilib: 02.03.2017-ci ildən 02.03.2020-ci ilə qədər.
3. Tərəflərin razılığına görə kirayə haqqı hər kvadrat metr üçün 20 (iyirmi) manatdır.
4. Bu müqavilədə göstərilən hüquqların başqasına verilməsi yalnız "Nicat"ın qeyd olunmuş yazılı razılığı ilə mümkündür.
5. "İcarəçi" hər rübün birinci ayının 10-a qədər rüblük kirayə haqqını ödəməlidir.
6. Müqavilə iki nüsxədə imzalanmaqla biri "Nicat"a, digəri "İcarəçi"yə verilir. Tərəflər:
"Nicat" ticarət kompleksi
Bakı şəhəri, H.Əliyev küçəsi-89,
Hesab 9876543 və Bakı,
H.Cavid prospekti-156,
Hesab 3210567 mərkəzi bank
Ticarət kompleksinin sahibi: (imza) Y.Ə.Nuriyev
"İcarəçi"nin müdiri:
(imza) C.N.Hüseynli


19. MÜRACİƏT. "Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırıĢ" mənasını ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan müraciətdə aşağıdakılar nəzərdə saxlanılır:
1. Müraciətin kimə ünvanlandığı qeyd olunur;
2. Müraciətin mətni məzmunlu və qısa olur;
3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir.
4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir.
Nümunə:
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
və Milli Birlik Günü münasibətilə bütün gənclərə


MÜRACİƏT
Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzuları, ideyaları ilə yaşamışdır. Dünya azərbaycanlılarının təşkilatlanması, onların milli birlik və həmrəyliyinin güclənməsi son illərdə daha da geniş vüsət almışdır. Biz, bütün dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin, ümummilli ideyaların güclənməsinə bütün bacarıq və iş fəaliyyətimizi sərf edək. Hər yerdə Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşək, ölkəmizin daxili və xarici siyasətini dəstəkləyək.
Şəmsəddin Hacıyev,
Azərb. DBTİA-nın II kurs tələbəsi
Bakı şəhəri, 31 dekabr 2017-ci il.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin