Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə67/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   63   64   65   66   67   68   69   70   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

İclasın gündəliyi:
1. 2017-2018-ci tədris ilinin birinci yarısında tələbələrin dərsə davamiyyəti haqqında.
2. Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıq haqqında.
Eşidildi:
1. Müzakirə olunan birinci məsələ haqqında təşkilat sədrinin müavini E.Şükürov məruzə etdi (məruzənin mətni protokola əlavə olunur).
2. İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə prorektoru D.Q.Quliyev məlumat verdi.
Çıxışlar
“İdman təkmübarizliyi” fakültəsinin dekan müavini Q. M.Cəfərov, "İdman oyun növləri" fakultəsinin dekan müavini A.M.İbrahimli, tələbələrdən Əliyev E. (qrup OA 17-02), Həşimov M. (qrup OA 17-10), Süleymanov Ç. (qrup TA 17-4) çıxış edərək müzakirə olunan məsələyə münasibət bildirdilər.
Qərar:
1. Birinci məsələ haqqında məruzə edənlər və çıxışçıların göstərdikləri qeydlər nəzərə alınsın. Qərarın icrasına nəzarət Akademiyanın Tələbə-Gənclər Təşkilatının sədrinə həvalə edilsin.
2. Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıqla bağlı ayrı-ayrı idman növləri üzrə işləri gücləndirmək aidiyyatı olan kafedra müdirlərinin nəzərinə çatdırılsın. Növbəti iclasda görülmüş işlər haqqında Akademiyanın idman işləri üzrə prorektorunun geniş məruzəsi dinlənilsin.
Sədr: (imza) G.Qarayev
Katib:(imza) F.Həsənova
21. RAPORT. "Raport" fransız sözü olub bir şəxsin vəzifəcə böyük şəxsə verdiyi şifahi və ya yazılı məlumatdır.
Nümunə:
"İdman oyun növləri " fakültəsinin dekanı
A.A.S.-a II kurs OA 17-10-cu qrupun nümayəndəsi
Müzəffər Şükürovun
Raportu
Sizin tapşırığınıza əsasən Akademiya binasının cənub səhəsi - keçmiş yataqxanaya tərəf ərazi qrupumuzun tələbələri tərəfindən təmizlənib qaydaya salınmışdır. Tələbələrdən Ələkbərov Habil və Əzimov Möhsün stadionda işləyən 8-ci qrupa kömək etməyə göndərilmişdir.
İmza:Müzəffər Şükürov
25 aprel 2017-ci il


22. REFERAT. "Referat" latın sözü olub "məruzə etmək", "məlumat vermək" mənasındadır. Referat elmi və ya bədii əsərin, hər hansı kitabın məzmununa, xülasəsinə, məxəzin icmalına həsr olunmuş yığcam məruzə mənasında da işlədilir. Referat incəsənət, elm, texnika və təsərrüfatın, məktəb həyatının ən aktual problemləri ilə əlaqədar məsələləri işıqlandırır. Referatın yazılma forması belədir:
1. Vərəqin ortasında böyük hərflə "Referat" sözü yazılır;
2. İki sətirdən sonra abzasdan "Mövzu" sözü və mövzunun adı qeyd edilir;
3. Abzasdan "Referat müəllifi" sözü və müəllifin adı, atasının adı və soyadı yazılır;
4. Abzasdan referatın planı verilir, sonra məzmunu şərh olunur;
5. Yazının sonunda referat müəllifi imzasının qoyur, imzanın altından tarix göstərilir.
Nümunə:
Referat
Mövzu: "Ağırlıqqaldırma idmanında yeniyetmələrin məşq metodikası" Referat müəllifi: İntiqam Zahirov Son illər ağırlıqqaldırma idmanında yüksək nəticə göstərən gənc idmançıların mübarizəsi daha gərgin keçir. Azərbaycanın gənc ağırlıq qaldıranları ildən-ilə nəticələrini yaxşılaşdırmaqla müxtəlif miqyaslı yarışlarda uğurla çıxış edirlər. Lakin bunlara baxmayaraq yeni başlayan gənc idmançıların nəzəri biliklərə lazımınca yiyələnə bilməmələrinin səbəbi məşq metodikasına aid dərslik və dərs vəsaitlərinin az yazılmasıdır. "Ağırlıqqaldırma və boks" kafedrasının dosenti Qubad Əli oğlu Cəbrayılovun "Ağırlıqqaldırma idmanında yeniyetmələrin məşq metodikası" 369 dərs vəsaiti həmin boşluğu doldurmaq və müasir şəraitə uyğun məşq prosesinin təşkil olunmasına köməklik göstərməkdir. Dərs vəsaiti dörd fəsildən ibarətdir. Hər fəsildə məşq yükünün təşkilindən, saatların bölüşdürülməsindən, müxtəlif yaş qruplarında aparılan planlaşdırmadan, məşq yükünün tədricən artırılmasından geniş və ətraflı danışılmışdır. Vəsaitdə müəllif ixtisasçı tələbələrin tədris proqramında olan mövzuların planlı və saatlar üzrə bölgüsünü nümunələr əsasında işıqlandırır. Dərs vəsaitinin nəşri gənc idmançılara, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə, eləcə də Azərb. DBTİA-nın ağırlıqqaldırma idmanı ilə məşğul olan tələbələrinə vaxtında verilmiş faydalı töhfədir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin