Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə68/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   64   65   66   67   68   69   70   71   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

İmza: İntiqam Zahirov
27 fevral 2017-ci il
23. REQLAMENT. "Reqlament" fransız sözü olub (reqlement) müşavirənin, iclasın, toplantının, konfransın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən edilmiş və açılış anında qəbul edilən nizamnamə mənasındadır.
Nümunə: 20 may 2017-ci ildə TA 17-05-ci qrupda keçirilən iclasın
Reqlamenti
Birinci məsələ: Qrup nümayəndəsi Gülhüseyn Dadaşovun "Tələbələrin yay imtahan sessiyasına hazırlığı haqqında" məruzəsi - 10 dəqiqə:
Cari məsələlər:
1. Tələbələrin dərsə davamiyyəti və yığma komanda üzvlərinin dərslərə münasibəti (qrupun həmkarlar təşkilatının nümayəndəsi) - 5 dəqiqə;
2. İmtahan fənləri üzrə sərbəst mövzu və son kollokvium ballarının müzakirəsi (dekan müavini Q.M.Cəfərovun məlumatı) -5 dəqiqə;
3. Çıxışlar 1- 2 dəqiqə;


24. RƏY. "Rəy" ərəb sözü olub bir şey – əsər, tamaşa, konsert, kinofilm və s. haqqında fikir, mülahizə söyləməkdir. Rəyin yazılmasına verilən tələblər:
1. Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir;
2. Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır;
3. Yeni sətirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında rəy yazılan şey, hadisə, fakt təhlil olunur, onun müsbət və çatışmayan cəhətləri göstərilir;
4. Rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və tövsiyələrini bildirir;
5. Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını və soyadını, titulunu qeyd edir;
6. Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır.
Nümunə:
Azərb. DBTİA-nın "İdman oyun növləri" fakültəsinin
magistrantı Hüseynov Hüseyn Əlihüseyn
oğlunun "Gənc futbolçularda
maksimal aerob dözümlülüyün tədqiqi"
mövzusunda yazdığı magistr dissertasiyasına
Rəy
Gənc futbolçularda təkcə texniki və taktiki fəndlərin təkmilləşdirilməsi məsələsi deyil, eləcə də futbolçuların aerob dözümlülüyü məsələsi bu gün bütün aktuallığı ilə bu sahənin mütəxəssislərini maraqlandırır. Magistraturanı qurtarmaq ərəfəsində olan H.Hüseynov Akademiyanın futbol komandasının oyunçusu kimi çoxillik oyun təcrübəsinə istinad etməklə maraqlı mülahizələrlə dissertasiya işini bitirmişdir. Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Girişdə dissertasiya işinin məqsəd və vəzifələri qeyd edilmişdir. Birinci fəsildə əzələlərdə ATF resintezinin anaerob və aerob yolla baş verməsi məsələləri işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik sistemin iştirak etdiyi göstərilir. İkinci fəsildə magistrant qeyd edir ki, uzun müddətli və zəif şiddətli işdə əzələlərin oksigen tələbi tam ödənilir. Lazım olan enerji sulu karbonların və yağların oksidləşməsi nəticəsində alınır. İşin şiddəti artdıqca yağların oksidləşməsi nəticəsində alınan enerjinin istehsalına ehtiyac azalır. Magistrant gəldiyi nəticələri qısa şəkildə xülasə etmişdir. Dissertasiya magistrantın tədqiq etdiyi mövzunu yaxşı başa düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş dissertasiya işini müdafiəyə buraxmaq olar.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin